Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-265/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 22%-lə 33 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. ********* №-li kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edirlər. xx.xx.2019-cu il tarixinədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 12953,33 ABŞ dolları əsas, 5472,08 ABŞ dolları faiz, 14781,38 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % 1240,20 ABŞ dolları olmaqla cəmi 34446,99 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Cavabdeh1 ilə bağlanan kredit müqaviləsini, Cavabdeh2 ilə bağlanan zaminlik müqaviləsini məhkəməyə təqdim etmək mümkün deyildir. Borcun verilməsini təsdiq edən sübut İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borca görə 12953,33 ABŞ dolları, faiz borcuna görə 5472,08 ABŞ dolları, cərimə borcuna görə 14781,38 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün 5 % olmaqla 1240,20 ABŞ dolları borc olmaqla ümumilikdə 34446,99 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ASC-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 49/15 AYİB saylı kredit müqaviləsi üzrə 19000 ABŞ dollarını almışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə əsas borca görə 12953,33 ABŞ dolları borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 12953,33 ABŞ dolları, faiz borcuna görə 5472,08 ABŞ dolları, cəriməyə görə 14781,38 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 1240,20 ABŞ dolları ümumilikdə 34446,99 ABŞ dolları borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcluya xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, zaminə xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2079 saylı rəyindən müəyyən olunur ki, mülki işin materiallarında kredit müqaviləsi və status vərəqəsi aşkar olunmadığından tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 20 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4288 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015ci il tarixli ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alaraq xx.xx.2019-cu il tarixinə (maliyyə arayışı üzrə tarixə) LPO İddiaçı ASC-yə olan əsas borcun 12953,33 ABŞ dolları, faiz borcunun 5472,08 ABŞ dolları olmaqla cəmi borc 18425,41 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş materiallarında olan hesab çıxarış materialarından göründüyü kimi Cavabdeh1 tərəfindən banka xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 9079,18 ABŞ dolları ödəniş edilmiş, həmin vəsaitin 6046,67 ABŞ dolları əsas borcdan 3032,51 ABŞ dolları faiz borcundan silinmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehlərlə kredit və zaminlik müqavilələri bağlamasını bildirsə də, həmin müqavilələri məhkəməyə təqdim etmədiyindən iddia tələbində istinad etdiyi halı, yəni verdiyi borcu hansı faizə verməsini, hansı hallarda cərimə hesablamaq, hansı hallarda zamindən borcalanın öhdəliyinin icrasını tələb etmək hüququnun olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 19000 ABŞ dolları borc verməsi, sonuncunun həmin borcdan 9070,18 ABŞ dolları qaytarması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının Cavabdeh1 əsas borca görə 9920,82 ABŞ dolları tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixdə verilmiş borca görə 9920,82 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyərinə görə 165 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-265/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-265/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver