Məhkəmə qərarları › İş №2(001)-2654/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2654/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2654/2023 13.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 iyun 2023-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4950 məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında inşa edilmiş binanın B-4 girişinin 11-ci mərtəbəsində ümumi sahəsi 77,22 kv.metr olan mənzilinin təmir edilməsi üçün usta axtarmış, cavabdehlə tanış olmuş, aralarında 5 aprel 2022-ci il tarixdə notarial qaydada podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 75 gün ərzində mənzili yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən icra olunan işin ümumi dəyəri 16500 manat təşkil etmişdir. İddiaçı həmin məbləğin 30 faizini, yəni 4950 manatını müqavilə bağlandığı gün işin birinci mərhələsi üçün notariusun bankda açılmış depozit hesabına ödəyir, qalan 30 faizini, yəni 4950 manatını ikinci mərhələ, növbəti 30 faizini üçüncü mərhələ üçün, son 10 faizini isə mənzili tam təmirli vəziyyətdə təhvil alarkən notariusun hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh podrat müqaviləsində qeyd edilən 3 mərhələdən ikisini bitirmiş, 3cü mərhələdə iddiaçı tərəfindən pul vəsaiti notariusun bankda açılmış depozit hesabına köçürülmüş, lakin cavabdeh həmin pulu hesabdan götürərək yalnız kafel-metlax işini görmüş, həmin görülmüş iş keyfiyyətsiz, natamam və izolyasiya olmadan edildiyi aşkarlanmış, bir sıra yerlərdə çat və qırıqlar olduğundan sökülüb yenidən görülməsi zərurəti yaranmışdır. Cavabdeh işi yekunlaşdırmamışdır. İndiyədək iddiaçı dəfələrlə cavabdehə müraciət edərək, ya işi tamamlamağı, ya da 4950 manatını qaytarmasını tələb etsə də, cavabdeh pulu itirdiyini bildirmiş, işi də təhvil verməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini, cavabdeh isə iddianı qəbul etdiyini bildirmiş, bu barədə müvafiq ərizələri məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. 4950 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar