Məhkəmə qərarları › İş №2(001)-2660/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2660/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2660/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 3053,3 manat ödənilməmiş hissə, 1526,65 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********65696 İPHONE 14 markalı telefon üçün 1827,8 manat ödənilməmiş hissə, 913,9 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********22199 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER üçün 1571,9 manat ödənilməmiş hissə, 785,95 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1375 manat ödənilməmiş hissə, 687,5 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üşün 1137,6 manat ödənilməmiş hissə, 568,8 manat dəbbə; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN BOSCH üçün 946,3 manat ödənilməmiş hissə, 473,15 manat dəbbə, ümumilikdə 14867,85 manat borc, 134,61 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2023-cü tarixli müqavilələrə əsasən, APPLE MACBOOK AİR 13 kompüter, İmei kod **********65696 İPHONE 14 markalı telefon, İmei kod **********22199 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER, PLAYSTATİON 5, PLAYSTATİON 5, PALTARYUYAN BOSCH almış və nəticədə 14867,85 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3100,8 manat (12 ay x 258,4 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə, 4579,95 manat olmaqla ondan, 3053,3 manat ödənilməmiş hissə, 1526,65 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2071,8 manat (18 ay x 115,1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********65696 İPHONE 14 markalı telefon üçün ümumilikdə 2741,7 manat olmaqla, ondan 1827,8 manat ödənilməmiş hissə, 913,9 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2204,46 manat (18 ay x 122,47 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********22199 SAMSUNG GALAXY S23 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 2357,85 manay olmaqla ondan, 1571,9 manat ödənilməmiş hissə, 785,95 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1380 manat (12 ay x 115 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə 2062,5 manat olmaqla ondan, 1375 manat ödənilməmiş hissə, 687,5 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1453,6 manat (12 ay x 94,8 manat + 316 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə 1706,4 manat olmaqla ondan, 1137,6 manat ödənilməmiş hissə, 568,8 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2300,04 manat (18 ay x 127,78 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN BOSCH üçün ümumilikdə 1419,45 manat olmaqla ondan, 946,3 manat ödənilməmiş hissə, 473,15 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2598.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Yəni, əsas borcu qəbul edir, dəbbə pulunu isə qəbul etmir. O, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18301947 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 3100,8 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03338584 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 2071,8 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03647696 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 2204,46 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13687495 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 1380 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02738303 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 1453,6 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 09381466 saylı müqavilədən və müqaviləyə əlavədən görünür ki, ümumi qiyməti 2300,05 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcunu 3 iş günü ərzində icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 3053,3 manat, cərimə borcu 1526,65 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 1827,8 manat, cərimə borcu 913,9 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 1571,9 manat, cərimə borcu 785,95 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 1375 manat, cərimə borcu 687,5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcu 1137,6 manat, cərimə borcu 568,8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcu 946,3 manat, cərimə borcu 473,15 manat olmaqla, cəmi 14867,85 manat məbləğində borcu var. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 134,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqavilələri bağlanılmış, iddiaçı müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilələrin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə dəbbə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı, xx.xx.2024-cü il tarixli, 18301947 saylı müqavilə üzrə cərimə məbləği 153 manat, xx.xx.2024-cü il tarixli, 03338584 saylı müqavilə üzrə cərimə məbləği 92 manat, xx.xx.2024-cü il tarixli, 03647696 saylı müqavilə üzrə cərimə məbləği 79 manat, xx.xx.2024-cü il tarixli, 13687495 saylı müqavilə üzrə cərimə məbləği 69 manat, xx.xx.2024-cü il tarixli, 02738303 saylı müqavilə üzrə cərimə məbləği 57 manat və xx.xx.2023-cü il tarixli, 09381466 saylı müqavilə üzrə cərimə məbləği 48 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 18301947 saylı müqavilə üzrə 3053,3 manat əsas borc, 153 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03338584 saylı müqavilə üzrə 1827,8 manat əsas borc, 92 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03647696 saylı müqavilə üzrə 1571,9 manat əsas borc, 79 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli, 13687495 saylı müqavilə üzrə 1375 manat əsas borc, 69 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli, 02738303 saylı müqavilə üzrə 1137,6 manat əsas borc, 57 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli, 09381466 saylı müqavilə üzrə 946,3 manat əsas borc, 48 manat məbləğində cərimə olmaqla, cəmi 10409,9 manat məbləğində borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 95 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 18301947 saylı müqavilə üzrə 3053,3 manat əsas borc, 153 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03338584 saylı müqavilə üzrə 1827,8 manat əsas borc, 92 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03647696 saylı müqavilə üzrə 1571,9 manat əsas borc, 79 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli, 13687495 saylı müqavilə üzrə 1375 manat əsas borc, 69 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixli, 02738303 saylı müqavilə üzrə 1137,6 manat əsas borc, 57 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli, 09381466 saylı müqavilə üzrə 946,3 manat əsas borc, 48 manat məbləğində cərimə olmaqla, cəmi 10409,9 (on min dörd yüz doqquz iki manat, doxsan qəpik) manat məbləğində borc və 95 (doxsan beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar