Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-270/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (eyni zamanda Cavabdeh3 nümayəndəsidir) iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 19.279,42 manat əsas, 14.313,51 manat faiz, 1045,47 manat cərimə olmaqla, ümumilikdə cəmi 34.638,40 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Səməd bəy Rəfibəyli küçəsində yerləşən 133.2 kv.m ümumi, 50.7 kv.m yaşayış və 82.5 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Səməd bəy Rəfibəyli küçəsində yerləşən 133.2 kv.m ümumi, 50.7 kv.m yaşayış və 82.5 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 və digər şəxlərin həmin fərdi yaşayış evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh3, Cavabdeh2 və digər şəxlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər məhkəməyə 28 aprel 2022-ci il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini, 28 aprel 2022-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 28 aprel 2022-ci il tarixli barışıq sazişindən görünür ki, onlar müəyyən etdikləri şərtlərlə barışığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Cavabdehlər X3 qızı, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-yə 6-G-4-1-1544-14 saylı 07 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19279.42 AZN əsas, 14313.51 AZN faiz, 1045.47 AZN cərimə olmaqla ümumilikdə cəmi 34638.4 (otuz dörd min altı yüz otuz səkkiz manat qırx qəpik) AZN məbləğində borcun olmasını qəbul edir. 2.Tərəflər arasında bağlanmış 21 aprel 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Səməd bəy Rəfibəyli küçəsində yerləşən, 133.2 kv.m ümumi, 50.7 kv.m yaşayış və 82.5 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 98 000 (doxsan səkkiz min) manat məbləğində müəyyən edilsin.
3. Cavabdeh X3 qızı kreditin qalıq məbləği olan 19279.42 AZN əsas borc və 7720.58 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 27000 (iyirmi yeddi min) AZN məbləği 30 ay müddətinə (ilk ödəniş 13 may 2022-ci il tarixdən başlanmaqla) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə hər ay 900 AZN Banka ödəməyi öhdəsinə götürür.
4. 15 aprel 2022-ci il tarixə hesablanıb ödənilməyən 7638.4 AZN məbləğində olan faiz və cərimə borcu yeni veriləcək ödəniş cədvəli üzrə son ödəniş tarixinə keçirilir.
5. Cavabdeh yeni qrafik üzrə ödənişlərini vaxtında və lazımi qaydada tam icra etdikdə, sonuncu ödənişə keçirilmiş faiz və cərimə borcunu güzəşt etməyi Bank öz üzərinə götürür. Gecikdirilmiş, Əsas və faiz sonuncu Ödənişin borcdan Cəmi ödəniş Ödəniş günləri ödəniş sayı ödəniş (AZN) tarixnə (AZN) keçirilmiş faiz və cərimə 1 13 may 2022 900 0 900 2 14 iyun 2022 900 0 1800 3 15 iyun 2022 900 0 2700 4 15 iyul 2022 900 0 3600 5 15 avqust 2022 900 0 4500 6 15 sentyabr 2022 900 0 5400 7 14 oktyabr 2022 900 0 6300 8 15 noyabr 2022 900 0 7200 9 15 dekabr 2022 900 0 8100 10 13 yanvar 2023 900 0 9000 11 15 fevral 2023 900 0 9900 12 15 mart 2023 900 0 10800 13 14 aprel 2023 900 0 11700 14 15 may 2023 900 0 12600 15 14 iyun 2023 900 0 13500 16 14 iyul 2023 900 0 14400 17 15 avqust 2023 900 0 15300 18 15 sentyabr 2023 900 0 16200 19 13 oktyabr 2023 900 0 17100 20 15 noyabr 2023 900 0 18000 21 15 dekabr 2023 900 0 18900 22 15 yanvar 2024 900 0 19800 23 15 fevral 2024 900 0 20700 24 15 mart 2024 900 0 21600 25 15 aprel 2024 900 0 22500 26 15 may 2024 900 0 23400 27 14 iyun 2024 900 0 24300 28 15 iyul 2024 900 0 25200 29 15 avqust 2024 900 0 26100 30 13 sentyabr 2024 900 7638.4 27000 Cəmi: 27000 7638.4 34638.4
6. Cavabdeh sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh3 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Səməd bəy Rəfibəyli küçəsində yerləşən, 133.2 kv.m ümumi, 50.7 kv.m yaşayış və 82.5 kv.m yardımçı sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin və 0.04 ha torpaq sahəsinin girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.
7. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 34638.4 (otuz dörd min altı yüz otuz səkkiz manat qırx qəpik) AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdeh X3 qızından Bankın xeyrinə tutulsun.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Məhkəmə xərcləri cavabdeh X3 qızı tərəfindən ödəniləcəkdir.
10. Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
11. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
12. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
13. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
14. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə