Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2708/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh X1 qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından olan 16 iyun 2010-cu il təvəllüdlü X4,25 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 09 mart 2021-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin 2(001)-2482/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində tutulmuş aliment məbləğinin dəyişdirilərək, miqdarı artırılıb hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində tutularaq ona verilməsini xahiş tmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edilmiş və aralarında barışıq sazişi bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında imzalanan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqlar 18 yaşına çatanadək İddiaçı adına açdırdığı karta hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment ödəməyə dair öhdəlik götürür. İddiaçı tərəflər arasında barışıq sazişinin bağlanmasına və aralarında olan mübahisənin artıq həll edilməsinə baxmayaraq, məhkəməyə eyni məsələ ilə bağlı tələb irəli sürmüşdür. Halbuki Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbi baxımından alimentin məhkəmə qaydasında tutulması o vaxt mümkündür ki, tərəflər arasında bu barədə saziş yoxdur. Bundan əlavə əgər tərəflərdən biri mediasiya prosesində bağlanmış barışıq sazişinin icrasından yayındıqda bununla bağlı barışıq sazişinin təsdiq edilməsinə dair icraat qaydasında(MPM 355-23-26) ərizə ilə məhkəməyə müraciət edə bilər. Lakin nə iddia ərizəsinin məzmununda, nə əlavə olunmuş sənədlərdə bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda belə hal olmuş olsaydı belə həmin icraat yuxarıda qeyd edilən normaların tələbinə uyğun olaraq həyata keçirilə bilərdi. Yəni əgər barışıq sazişinə əsasən aliment ödəməli olan şəxs alimentin icrasından yayınırsa xüsusi icraat (Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat) qaydasında məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2708/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2708/2023
03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver