Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2752/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4556 manat əsas, 196,37 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2018-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 6186 manat dəyərində olan mebel almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alğı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 550 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 496,67 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 5636 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 1080 manat ödəniş etmiş, qalan 4556 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alğı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən , “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi gnədəl hər bir gün üçün 1 % cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 196,37 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2752/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlərin edilməsi qərar alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin 12 iyul 2021-ci il tarixində məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2018-ci il tarixli, №1036665 saylı alğı-satqı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1432 manat olan yataq dəsti, qiyməti 63 mnat olan karkas, qiyməti 2079 manat olan yumşaq dəst, qiyməti 416 manat olan stul, qiyməti 860 manat olan şkaf, qiyməti 277 manat olan komod, qiyməti 302 manat olan krovat, qiyməti 580 manat olan krovat və qiyməti 177 manat olan matras 1 illik qarantiya müddəti ilə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq ödəniş 469,67 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 28 iyul 2018-ci il, sonuncu ödəniş tarixi 28 iyun 2019-cu il müəyyən edilmişdir. İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, ona İddiaçınə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 28 iyun 2018-ci il tarixli ******* saylı Alğı-satqı müqaviləsi üzrə 5636 manat əsas borcundan bu günədək 1080 manat ödəniş etmiş, 4556 manat əsas, 196,37 manat cərimə borcu qalmışdır. 04 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlar əsasın məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 28 iyun 2018-ci il tarixli, №1036665 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı qiyməti 1432 manat olan yataq dəsti, qiyməti 63 mnat olan karkas, qiyməti 2079 manat olan yumşaq dəst, qiyməti 416 manat olan stul, qiyməti 860 manat olan şkaf, qiyməti 277 manat olan komod, qiyməti 302 manat olan krovat, qiyməti 580 manat olan krovat və qiyməti 177 manat olan matras 1 illik qarantiya müddəti ilə Cavabdeh mülkiyyətinə verilməsi barədə, alıcı isə 12 ay ərzində alınan əşyaların dəyərinin hissə-hissə ödənilməsi barədə öhdəlik götürmüşdür. Bundan başqa alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 1 % cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Satılan əşyaların qiyməti cəmi 5636 manat təşkil etmiş və tərəflər 28.07.2018-ci il tarixdən etibarən aylıq 469.67 manat məbləğdə, 12 müddətdə ödənişlər ödənilməsi barədə razılığa gəlmişlər.Göstərilən əşyalar alıcının mülkiyyətinə verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi nəzərdə tutulmuş qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı qalıq əsas borcu və hesablanmış cərimə borcunu tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə ilə nəzərdə tutulan öhdəliyini icra etmişdir. Cavabdeh isə müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən maliyyə arayışı ilə də müəyyən edilir ki, cavabdehin 4556 manat əsas borcu vardır. Belə ki, cavabdeh halhazıradək müqavilə üzrə cəmi 1080 manat ödəniş etmişdir. Bundan başqa tələb olunan cərimə məbləği isə əsas borca mütənasib məbləğdə tələb edilmişdir. Odur ki, əsas borca görə 4556 manat, cərimə borcuna görə 196.37 manat məbləğdə cavabdehdən pulun tutulması barədə iddiaçının tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28 iyun 2018-ci il tarixli, №1036665 saylı alqısatqı müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4556 manat, cərimə borcuna görə 196,37 manat olmaqla, ümumilikdə 4752,37 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28 iyun 2018-ci il tarixli, №1036665 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4556(dörd min beş yüz əlli altı) manat, cərimə borcuna görə 196,37(bir yüz doxsan altı manat, otuz yeddi qəpik) manat olmaqla, ümumilikdə 4752,37(dörd min yeddi yüz əlli iki manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30(otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2752/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2752/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver