Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2756/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 204,5 manat əsas, 20,6 manat faiz borcu olmaqla ümumilikdə 225,1 manat borcun və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manatın iddiaçının xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli, 2(001)- 1870/2015 saylı məhkəmə əmrinə əsasən, "xxxx" KB ASC-nin ərizəsi təmin edilmişdir. Sonradan Cavabdeh məhkəmə əmrinə etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(001)-1870/2015 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilmiş, ərizə iddia icraatına keçirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən, borcalanın razılığı tələb olunmadan borcverən tərəfindən kredit xəttinin limitinin 5000 manatadək artırıla bildiyi göstərilmişdir. Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulmuş müddətdə geri ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nətivəsində 204,5 manat əsas, 20,6 manat faiz borc yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən kredit borcu bank tərəfindən ona təqdim edilmiş kredit kartı ilə əlaqədar yaranmışdır. Lakin, 2021-ci ilin noyabr ayından bəri onun şəxsi hesabından hər ay 130 manat olmaqla pul tutulmuş, beləlilə göstərilən borc məbləği tam ödənilmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - 03 may 2014-cü il tarixli, 2380tkADJ/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 300 məbləğində kredit xətti ayırmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən, borcalanın razılığı tələb olunmadan borcverən tərəfindən kredit xəttinin limitinin 5000 manatadək artırıla bildiyi göstərilmişdir. - 25 dekabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə əsas borcu 204,5 manat, faiz borcu 20,6 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh oğlu kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Hazırki halda cavabdehin izahatında göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 204,5 manat əsas, 20,6 manat faiz borcu olmaqla ümumilikdə 225,1 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, "xxxx" KB ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" X2 Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh oğlundan 204,5 manat əsas, 20,6 manat faiz borcu olmaqla ümumilikdə 225,1 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2756/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2756/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver