Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2763/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli 342600 saylı alqı-satqı müqaviləsinə əsasən ümumi qiyməti 15122 manat olan qızıl zinət əşyalarını cavabdeh 3024 manat ilkin ödəniş etməklə 3 ay müddətinə hər ay 4032,67 manat ödəmək şərti ilə iddiaçıdan almış və cəmi 12098 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyərək əsas borcundan bu günədək 2100 manat ödəniş etmiş, qalan 9998 manat əsas borcu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, aldığı əşyanın pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, nəticədə iddiaçıya 150 manat ziyan vurmuşdur. Ona görə də Cavabdeh əsas borca görə 9998 manatın, cərimə borcuna görə 150 manatın, dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.(MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli 342600 saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, alıcı satıcıdan hissə-hissə ödəniş etmək şərti ilə əldə etdiyi ümumi qiyməti 12098 manat olan 750 dəst 915, 750 dəst 918, 750 dəst 916, 750 dəst 917, 750 sırğa 935, 750 sırğa 933, 750 üzük 952, 750 üzük 927, 750 üzük 923, 750 üzük 920, 750 üzük 924, 750 üzük 951, 750 sırğa 934, 750 sırğa 932, 750 üzük 919, 750 sırğa 928, 750 sırğa 931, 750 üzük 926, 750 klon 936, 750 klon 913, 585 qolbaq 959, 585 sep 958, 585 sep 956 ibarət qızıl-zinət əşyalarının dəyərini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda satıcının öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfindən 3 gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə alıcı hər gecikdirilmiş gün üçün əşyanın qiymətinin 1%-i cərimə ödəyir. 04.06.2019-cu il tarixli 342600 saylı alqı-satqı müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, alıcı Cavabdeh 04.07.2019-cu il tarixdən 04.09.2019-cu il tarixədək olan dövr ərzində 12098 manat borcu 3 ay ərzində hər ay 4032,67 manat olmaqla hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında tərtib olunmuş 04.06.2019-cu il tarixli təhviltəslim aktından müəyyən olunur ki, Cavabdeh 750 dəst 915, 750 dəst 918, 750 dəst 916, 750 dəst 917, 750 sırğa 935, 750 sırğa 933, 750 üzük 952, 750 üzük 927, 750 üzük 923, 750 üzük 920, 750 üzük 924, 750 üzük 951, 750 sırğa 934, 750 sırğa 932, 750 üzük 919, 750 sırğa 928, 750 sırğa 931, 750 üzük 926, 750 klon 936, 750 klon 913, 585 qolbaq 959, 585 sep 958, 585 sep 956 ibarət qızıl-zinət əşyalarını xarici görünüşündə qüsur və yaxud defekt aşkar olunmadan təhvil almışdır. Satıcı İddiaçı 22.01.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 04.06.2019-cu il tarixli 342600 saylı alqı-satqı müqaviləsi üzrə 2100 manat ödəniş etmiş, onun 9998 manat əsas, 150 manat cərimə borcu vardır. Satıcı İddiaçı borclu Cavabdeh ünvanladığı 22.01.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı ilə bağladığı 04.06.2019-cu il tarixli 342600 saylı alqısatqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 9998 manat tutulmasına dair tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 5 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 04.06.2019-cu il tarixli 342600 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 9998 manat, cərimə borcuna görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10033 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2763/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2763/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver