Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2777/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqavilələrinin ləğv edilməsi, müqavilələr üzrə borcun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması barədə iddia ərizəsinə dair mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 17002- 0013/009094 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh2 ilə aralarında bağlanmış 17002- 0014/062009 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh3 ilə aralarında bağlanmış 17002- 0015/376562 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh5 ilə aralarında bağlanmış 17002- 0016/557918 saylı xx.xx.2017-ci il tarixli və Cavabdeh4 ilə aralarında bağlanmış 17002- 0017/077041 saylı xx.xx.2017-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bankın xeyrinə müştərək qaydada 1.334.015,37 (bir milyon üç yüz otuz dörd min on beş manat otuz yeddi qəpik) manat əsas, 31375,3 manat faiz, 434,35 manat penya olmaqla cəmi 1.365.825,02 (bir milyon üç yüz altmış beş min səkkiz yüz iyirmi beş manat iki qəpik) manat, eyni zamanda 639511,61 ABŞ dolları əsas, 7524,37 ABŞ dolları faiz, 615,53 ABŞ dolları penya olmaqla cəmi 647651,51 ABŞ dollarının, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0,07 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 177,9 kv.metr yaşayış, 509 kv.metr köməkçi sahədən ibarət 29 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bank olan kredit borclarının ödənilməsi, Cavabdeh3 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də istifadədə olan 0,0255 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91 kv.metr yaşayış, 231,7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bank olan kredit borclarının ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində həmin əmlakların boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, borcun qalan hissədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0015/376562 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 48 ay müddəyinə 600000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002-0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002-0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002-0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002-0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddəyinə ******* manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0014/062009 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 48 ay müddəyinə 300000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002- 0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002-0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002-0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh3 ilə 17002-0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002-0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0017/077041 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh4 48 ay müddəyinə 500000 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002- 0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002-0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh1 ilə 17002-0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002-0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh3 ilə 17002-0015/376562/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0016/557918 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh5 48 ay müddəyinə 300000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002- 0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh3 ilə 17002-0015/376562/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002-0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002-0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002-0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0014/062009/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002-0015/376562 saylı, həmin tarixli 17002-0016/557918 saylı və həmin tarixli 17002-0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0016/557918/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh5 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002- 0015/376562 saylı, həmin tarixli 17002-0014/062009 saylı və həmin tarixli 17002- 0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002- 0015/376562 saylı, həmin tarixli 17002-0016/557918 saylı və həmin tarixli 17002- 0014/062009 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0015/376562/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002- 0014/062009 saylı, həmin tarixli 17002-0016/557918 saylı və həmin tarixli 17002- 0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002-0017/077041/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh4 xx xxxx 2017-ci il tarixli 17002-0013/009094 saylı, həmin tarixli 17002- 0015/376562 saylı, həmin tarixli 17002-0016/557918 saylı və həmin tarixli 17002- 0014/062009 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh4 xx.xx.2017-ci il tarixli, 500000 manat məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 351743,88 manat əsas, 6294,99 manat faiz, 49,58 manat cərimə olmaqla ümumilikdə 358088,45 manat borcu vardır. Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 300000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 159682,32 ABŞ dolları əsas, 1410,56 ABŞ dolları faiz, 47,58 ABŞ dolları cərimə olmaqla ümumilikdə 161140,46 ABŞ dolları borcu vardır. Cavabdeh1 xx.xx.2017-ci il tarixli, ******* manat məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 982271,49 manat əsas, 25080,31 manat faiz, 384,77 manat cərimə olmaqla ümumilikdə 1007736,57 manat borcu vardır. Cavabdeh5 xx.xx.2017-ci il tarixli, 300000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 159682,32 ABŞ dolları əsas, 1409,82 ABŞ dolları faiz, 47,58 ABŞ dolları cərimə olmaqla ümumilikdə 161139,72 ABŞ dolları borcu vardır. Cavabdeh3 xx.xx.2017-ci il tarixli, 600000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 320146,97 ABŞ dolları əsas, 4703,99 ABŞ dolları faiz, 520,37 ABŞ dolları cərimə olmaqla ümumilikdə 325371,33 ABŞ dolları borcu vardır. xx xxxxxx 2017-ci il tarixli, 17002-0013/009094/Sİ-1 nömrəli “sonrakı ipoteka müqaviləsi”nə əsasən, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0,07 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 177,9 kv.metr yaşayış, 509 kv.metr köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evini İddiaçı ASC-nin qarşısında 17002-0013/009094, 17002- 0014/062009, 17002-0015/376562, 17002-0016/557918 və 17002-0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü etdirmişdir. xx xxxxxx 2017-ci il tarixli, 17002-0013/009094/Sİ-2 nömrəli “sonrakı ipoteka müqaviləsi”nə əsasən, Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də istifadədə olan 0,0255 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91 kv.metr yaşayış, 231,7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini İddiaçı ASC-nin qarşısında 17002-0013/009094, 17002-0014/062009, 17002- 0015/376562, 17002-0016/557918 və 17002-0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü etdirmişdir. Borclular tərəfindən kredit müqavilələri üzrə öhdəliklər lazımınca icra edilmədiyindən bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda A.E.Mikayılov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0015/376562 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 48 ay müddəyinə 600000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002- 0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002- 0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002- 0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002- 0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0013/009094 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddəyinə ******* manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0014/062009 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 48 ay müddəyinə 300000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002- 0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002- 0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh3 ilə 17002- 0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002- 0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0017/077041 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh4 48 ay müddəyinə 500000 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh5 ilə 17002- 0016/557918/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh1 ilə 17002- 0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002- 0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh3 ilə 17002- 0015/376562/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0016/557918 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh5 48 ay müddəyinə 300000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı kimi xx xxxx 2017-ci il tarixli, 17002-0013/009094 İ saylı ipoteka müqaviləsi, Cavabdeh3 ilə 17002- 0015/376562/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh4 ilə 17002- 0017/077041/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi, Cavabdeh2 ilə 17002- 0014/062009/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh1 ilə 17002- 0013/009094/Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0014/062009/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002-0015/376562 saylı, həmin tarixli 17002- 0016/557918 saylı və həmin tarixli 17002-0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0016/557918/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh5 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002-0015/376562 saylı, həmin tarixli 17002- 0014/062009 saylı və həmin tarixli 17002-0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0013/009094/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002-0015/376562 saylı, həmin tarixli 17002- 0016/557918 saylı və həmin tarixli 17002-0014/062009 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0015/376562/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 xx xxxx 2017-ci il tarixli 17002-0017/077041 saylı, həmin tarixli 17002-0014/062009 saylı, həmin tarixli 17002- 0016/557918 saylı və həmin tarixli 17002-0013/009094 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 17002- 0017/077041/Z nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh4 xx xxxx 2017-ci il tarixli 17002-0013/009094 saylı, həmin tarixli 17002-0015/376562 saylı, həmin tarixli 17002- 0016/557918 saylı və həmin tarixli 17002-0014/062009 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasında borclu ilə eyni məzuliyyəti öz boynuna götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli, 17002-0013/009094/Sİ-1 nömrəli “sonrakı ipoteka müqaviləsi”nə əsasən, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0,07 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 177,9 kv.metr yaşayış, 509 kv.metr köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evini İddiaçı ASC-nin qarşısında 17002-0013/009094, 17002- 0014/062009, 17002-0015/376562, 17002-0016/557918 və 17002-0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü etdirmişdir. xx xxxxxx 2017-ci il tarixli, 17002-0013/009094/Sİ-2 nömrəli “sonrakı ipoteka müqaviləsi”nə əsasən, Cavabdeh3 özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də istifadədə olan 0,0255 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91 kv.metr yaşayış, 231,7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evini İddiaçı ASC-nin qarşısında 17002- 0013/009094, 17002-0014/062009, 17002-0015/376562, 17002-0016/557918 və 17002- 0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü etdirmişdir. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində yerləşən 686,9 kv.metr ümumi sahəli, 29 saylı fərdi yaşayış evi 17002-0013/009094, 17002-0014/062009,17002- 0015/376562, 17002-0016/557918 və 17002-0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh3 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində yerləşən 322,7 kv.metr ümumi sahəli, 8 saylı fərdi yaşayış evi 17002-0013/009094, 17002-0014/062009,17002- 0015/376562, 17002-0016/557918 və 17002-0017/077041 saylı kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2017-ci il tarixli, 500000 manat məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 351743,88 manat əsas, 6294,99 manat faiz, 49,58 manat cərimə olmaqla ümumilikdə 358088,45 manat borcu vardır. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 300000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 159682,32 ABŞ dolları əsas, 1410,56 ABŞ dolları faiz, 47,58 ABŞ dolları cərimə olmaqla ümumilikdə 161140,46 ABŞ dolları borcu vardır. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, ******* manat məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 982271,49 manat əsas, 25080,31 manat faiz, 384,77 manat cərimə olmaqla ümumilikdə 1007736,57 manat borcu vardır. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh5 xx.xx.2017-ci il tarixli, 300000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 159682,32 ABŞ dolları əsas, 1409,82 ABŞ dolları faiz, 47,58 ABŞ dolları cərimə olmaqla ümumilikdə 161139,72 ABŞ dolları borcu vardır. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli, 600000 ABŞ dolları məbləğli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 320146,97 ABŞ dolları əsas, 4703,99 ABŞ dolları faiz, 520,37 ABŞ dolları cərimə olmaqla ümumilikdə 325371,33 ABŞ dolları borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehlər kredit müqavilələrinə əsasən kredit borclarını və faizləri ödəməyi öhdələrinə götürsələr də, bu öhdəliklərə əməl etməmiş, beləliklə də müqavilələri əhəmiyyətli dərəcədə pozmuşlar. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini tam icra etmədiklərinə görə iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdehlərin hər biri kredit müqavilərləi üzrə borclu, həmçinin digər cavabdehlərin kredit borcları üzrə zamin olduqlarından iddia onlaraq münasibətdə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdehlərlə iddiaçı arasında bağlanmış kredit müqavilələrində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17002-0013/009094 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh2 arasında bağlanmış 17002-0014/062009 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh3 arasında bağlanmış 17002-0015/376562 saylı xx.xx.2017-ci il tarixli, Cavabdeh5 arasında bağlanmış 17002-0016/557918 saylı xx.xx.2017-ci il tarixli və Cavabdeh4 arasında bağlanmış 17002-0017/077041 saylı xx.xx.2017-ci il tarixli kredit müqavilələri ləğv edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bankın xeyrinə müştərək qaydada 1.334.015,37 (bir milyon üç yüz otuz dörd min on beş manat otuz yeddi qəpik) manat əsas, 31375,3 manat faiz, 434,35 manat penya olmaqla cəmi 1.365.825,02 (bir milyon üç yüz altmış beş min səkkiz yüz iyirmi beş manat iki qəpik) manat, eyni zamanda 639511,61 ABŞ dolları əsas, 7524,37 ABŞ dolları faiz, 615,53 ABŞ dolları penya olmaqla cəmi 647651,51 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, Cavabdeh1 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0,07 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 177,9 kv.metr yaşayış, 509 kv.metr köməkçi sahədən ibarət 29 saylı fərdi yaşayış evinə tutma yönəldilməli, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bank olan kredit borcları ödənilməli, Cavabdeh3 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də istifadədə olan 0,0255 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91 kv.metr yaşayış, 231,7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməli, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bank olan kredit borcları ödənilməli, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh3 tərəfindən ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində həmin əmlaklar boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, borcun qalan hissədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ümumi qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinın iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17002-0013/009094 saylı xx.xx.2017-ci il tarixli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17002-0014/062009 saylı xx.xx.2017-ci il tarixli, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17002- 0015/376562 saylı xx.xx.2017-ci il tarixli, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 17002-0016/557918 saylı xx.xx.2017-ci il tarixli və İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 17002-0017/077041 saylı xx.xx.2017-ci il tarixli kredit müqavilələri ləğv edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 1.334.015,37 (bir milyon üç yüz otuz dörd min on beş manat otuz yeddi qəpik) manat əsas, 31375,3 (otuz bir min üç yüz yetmiş beş manat otuz qəpik) manat faiz, 434,35 (dörd yüz otuz dörd manat otuz beş qəpik-) manat penya olmaqla cəmi 1.365.825,02 (bir milyon üç yüz altmış beş min səkkiz yüz iyirmi beş manat iki qəpik) manat, eyni zamanda 639511,61 (altı yüz otuz doqquz min beş yüz on bir dollar altmış bir sent) ABŞ dolları əsas, 7524,37 (yeddi min beş yüz iyirmi dörd dollar otuz yeddi sent) ABŞ dolları faiz, 615,53 (altı yüz on beş dollar əlli üç sent) ABŞ dolları penya olmaqla cəmi 647651,51 (altı yüz qırx yeddi min altı yüz əlli bir dollar əlli bir sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutulsun. Tutma Cavabdeh1 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsində istifadədə olan 0,07 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 177,9 kv.metr yaşayış, 509 kv.metr köməkçi sahədən ibarət 29 saylı fərdi yaşayış evinə yönəldilsin, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı ASC-yə olan kredit borcları ödənilsin. Həmçinin, tutma Cavabdeh3 məxsus, ipoteka predmeti olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4-də istifadədə olan 0,0255 ha. ölçülü torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 91 kv.metr yaşayış, 231,7 kv.metr köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə yönəldilsin, evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 İddiaçı ASC-yə olan kredit borcları ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda borcun qalan hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ümumi qaydada tutulsun. İpoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh3 tərəfindən ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində həmin əmlaklar boşaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2777/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2777/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver