Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2778/2020 07.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı QSC X5 Təşkilatının etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC X5 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC X5 Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 10394,34 ABŞ dolları, faiz borcu üzrə 669,19 ABŞ dolları olmaqla, cəmi 11063,53 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Elantra minik” markalı (buraxılış ili 2013, ban-KMHDG41C7EU819984, rəngi-ağ) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1967 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, № 01258 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 20.403 (iyirmi min dörd yüz üç) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SX-*** dövlət qeydiyyat nömrəli, “Hyundai Elantra minik” markalı (buraxılış ili 2013, ban-KMHDG41C7EU819984, rəngi-ağ) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 101032 №li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin banka hazırda əsas borc üzrə 10.394,34 ABŞ dolları, faiz borcu üzrə 669,19 ABŞ dolları olmaqla, cəmi 11063,53 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC X5 Təşkilatının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülüməsi ilə bağlı qeyd etdiklərinə münasibət bildirərək cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində ödəniş edildiyini, bununla da iddia müddətinin axımının kəsildiyini qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, iddiaçının mövcud tələblə cavabdehə qarşı iddia qaldırmaq hüququnun Kredit Müqaviləsi üzrə müddət baxımından keçdiyini qeyd etmiş və buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının xx.xx.2017-ci il tarixində cavabdeh tərəfindən ödəniş edildiyindən iddia müddəti axımının kəsilməsi ilə bağlı arqumentinə cavab olaraq bildirmişdir ki, qeyd edilən ödəniş cavabdeh tərəfindən edilməməmişdir. Qəbzdəki imza ona məxsus deyil. Həmin ödənişin kim tərəfindən edildiyini bilmirlər. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2013-cü iltarixli, 01258 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehə 36 (otuz altı) ay müddətinə illik 17 faiz dərəcəsi ilə 20403 ABŞ dolları kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, xx xxxxxxxx 2013-cü iltarixli, 01258 saylı kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği 727,42 ABŞ dolları olmaqla xx xxxxxxxx 2016-cı il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 17403 ABŞ dolları məbləğində pul xx.xx.2013-cü il tarixində Cavabdeh tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2013-cü iltarixli, 1258 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlamış olduğu kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Hyundai Elantra” markalı, ** SX *** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 101032 saylı, xx xxxxxxxx 2013-cü il tarixli çıxarış verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2013-cü iltarixli, 1258 saylıkredit müqaviləsinə əsasən 10394,34 ABŞ dolları əsas borcu, 669,19 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da, İddiaçı QSC-yə güzəşt etmişdir. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin surətindən və onun ünvan sahibi tərəfindən qəbul edilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə xx xxxxxxxx 2013-cü iltarixli, 01258 saylıkredit müqaviləsinə əsasən borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi ilə bağlı göstərdiklərini əsassız hesab etməklə qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki işin materiallarında olan müştəri Cavabdeh ******************** saylı hesabından çıxarışın surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2013-cü iltarixli, 01258 saylı Kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxxxxxx 2013-cü il tarixdə bağlanmış 01258 saylı Kredit müqaviləsinin 5-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilmiş, kreditin ödənilməli olan son tarixi xx xxxxxxxx 2016-cı il olaraq müəyyən edilmişdir. İcra müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, Cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni hesabından xx.xx.2017-ci il tarixdə 250 (iki yüz əlli) ABŞ dolları pul məbləğini kredit borcundan ödəməklə iddia müddətinin axımını kəsmişdir. xx.xx.2017-ci il tarixdən sonra Cavabdeh tərəfindən hər hansı bir məbləğdə ödəniş edilməsi müəyyən edilmədiyindən həmin tarixdən iddia müddəti yenidən başlamışdır ki, iddiaçı da müqavilə tələblərini qanunla müəyyən edilmiş 3 illik iddia müddəti keçmədən irəli sürmüşdür. Belə olan halda mövcud mübahisəyə iddia müddəti tətbiq edilə və bu əsasla iddia rədd edilə bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkili) ödənişlə bağlı qəbzdəki imzanın cavabdehə məxsus olmamasını bildirməklə iddia müddətinin tətbiq edilməsinə tənqidi yanaşaraq bildirir ki, həmin ödənişlərdən cavabdehin xəbərinin olmaması inandırıcı deyil və iş materialları ilə subuta yetirilmir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan 10394,34 ABŞ dolları əsas borc, 669,19 ABŞ dolları faiz borcu, cəmi 11063,53 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalı, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən İddiaçı QSCnin xeyrinə tutulmalıdır. İddia tələbinin satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ipotekaya qoyulmuş avtomobilin dəyərinin cavabdehin borcunu ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbinin “ipoteka predmeti olan əmlakın satışından əldə ediləcək pul vəsaiti tələbin ödənilməsi üçün kifayət etmədikdə tələbin ödənilməmiş hissəsinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10394,34 (on min üç yüz doxsan dörd dollar 34 sent) ABŞ dolları əsas borc, 669,19 (altı yüz altmış doqquz dollar 19 sent) ABŞ dolları faiz borcu, cəmi 11063,53 (on bir min altmış üç dollar 53 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü məzənnə üzrə manatla) və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Tutulacaq məbləğ Cavabdeh məxsus ** SX *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı (buraxılış ili 2013, ban-KMHDG41C7EU819984, rəngi-ağ) avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı QSC-yə ödənilsin. İddiaçı QSC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2778/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2778/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver