Məhkəmə qərarları › İş №2(001)-280/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-280/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-280/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X4, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair, Cavabdeh İddiaçı İB-yə qarşı “cərimə borcun silinməsi və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2805,80 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə təbii qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanaraq, ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edilmiş və qeyd olunan ünvana **********00040 nömrəli abonent kodu verilmişdir. Cavabdeh onunla bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin və “X5”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və yerindəcə aktlaşdırmaqla rəsmiləşdirilmişdir. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar İddiaçı İB-nə 2836,80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh həmin məbləğdən cəmi 31 manat ödəniş etmiş və 2805,80 manat borcu qalmaqdadır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2805,80 manat pul məbləğinin könüllü olaraq ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin borc ödənilməmiş bu səbəbdən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı İB-yə qarşı “cərimə borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İB tərəfindən əsassız yazılmış 2863 manat borcun silinməsi, dəymiş 350 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı İB-yə qaz çəkilişi və qaz sayğacının qoyulması ilə bağlı müraciət etmişdir. Bundan sonra ona Namiq adlı şəxs zəng edərək, sayğacın qoyulacağını bildirərək pul və sənədləri istəmişdir. İddiaçı dənizdə olduğundan, həyat yoldaşı vasitəsilə Fərid adlı taksi sürücüsünə pul və sənədləri verərək Namiq adlı şəxsə çatdırmışdır. Namiq adlı şəxs 10-15 günə sayğacın qoyulacağını bildirmişdir. Lakin iddiaçı 28 gün sonra işdən qayıtdıqdan sonra sayğacın qoyulmadığını görmüş və Namiqlə əlaqə saxlamışdır. Sonuncu ona pandemiya ilə əlaqədar sayğacın gec gələcəyini bildirmiş, yaranmış problemin həlli üçün qaz xəttini birbaşa qoşacaqlarını bildirmişlər. O, bununla bağlı 185 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Yaşayış sahəsinə sayğac qoyulmadığından o, Namiqdən pulunu geri istəmiş, sonuncu ona iş yerini dəyişdiyini, pulu Elçin adlı ərazi satış mühəndisinə verdiyini və onu gözləməsini xahiş etmişdir. 1-2 ay sonra Elçin adlı şəxs ona zəng edərək qanunsuz qaz xəttinin olduğunu bildirmişdir. Cavabdeh vəziyyəti ona izah etdikdən sonra o, Namiqlə danışdığını və narahat olmamasını bildirmişdir. Daha sonra Namiq onunla əlaqə saxlayaraq, Elçin adlı şəxsə 50 manat verəcəyini bildirirək, ondan pulu almış və sayğac quraşdırılacağını bildirmişdir. 1 ay sonra Namiq ona zəng edərək, Elçinin və istismar mühəndisinin yenidən pul istədiyini bildirmişdir. O, etiraz etmiş və sayğac quraşdırılmasını tələb etmişdir. Bu zaman Elçin onun ünvanına 450-500 manat cərimə yazacaqlaırnı bildirmişlər. Bundan sonra onlar arasında mübahisə düşmüş, Cavabdeh aidiyyatı üzrə qurumları hadisə ilə bağlı şikayətlər ünvanlamışdır. 2021-ci ilin yanvar ayında o, sayğac qoyulmaıs ilə əlaqədar Asan Xidmətə müraciət edərək, ona 2863 manat cərimə borcunun olduğunu bildirmişlər. Evin ümumi ərazisinin 28 kv.m olduğunu qeyd edərək, həmin mənzilə 2863 manat borcun yazılmasının qeyri-mümkün olmasını bildirmişdir. Bununla bağlı o, qaynar xəttə və İddiaçı İB rəhbərliyinə şikayət etmiş, lakin şikayəti nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5608/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı “cərimə borcun silinməsi və s.” tələbinə dair mülki iş, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə birlikdə baxılması üçün bir icraata birləşdirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən mənzilə sayğac qoşulduğunu və həmin sayğın qoşulması üçün 350 manat məbləğində ödəniş etdiyini bildirərək, tələbin yalnız əsassız yazılmış 2863 manat borcun silinməsi hissəsində müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi S.Qasımova İddiaçı İBnin iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini, Cavabdeh iddia tələbinin isə əsassız olduğunu qeyd edərək həmin tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı İB-nin iddia tələbinin əsassız olduğunu bildirərək, qeyd etdi ki, ilk olaraq mənzilə işlənmiş sayğac qoyulmuşdur. Daha sonra yeni sayğac pulsuz quraşdırılmalı olsa da, ondan 367 manat pul almışlar. Həmin mənzilə yazılan borc isə tam əsassızdır. Bu səbəbdən də İddiaçı İB-nin iddia tələbinin rədd, onun İddiaçıa qarşı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı iddia tələbi rədd, Cavabdeh İddiaçı İB-nə qarşı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh (abonent kodu: **********00040) tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2020-ci il üçün qalıq borcu 2836,80 manat təşkil edir. 2021-ci il üçün isə ödənilən cəmi məbləğ 31 manatdır. - xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qaz paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov (Privağzal) küçəsində yerləşən fərdi yaşayış evinə dair müqavilə bağlanmış və həmin mənzilə Zenner G4T smart markalı qaz sayğacı quraşdırılmışdır. - təbii X5nın pozulması haqqında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, mənzilə baxış keçirən zaman abonentin sayğacsız, təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş və dəymiş ziyanın ödənilməsi üçün aktlaşdırılmışdır. - itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair aktlardan görünür ki, qeyd olunan tarixlərdə ümumilikdə 28.368 m3 qaz sərfiyyatı hesbalanmışdır. - bildiriş-xəbərdarlıq məktubundan görünür ki, İddiaçı İB tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh 2836.80 manat məbləğində borcun ödənilməsi bildirilmiş, əks təqdirdə sayğac kartının bloklaşdırılacağı qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, ünvan 1 ünvanında yerləşən əmlak və torpaq sahəsi Cavabdeh məxsusdur və orada qeydiyyatsız olaraq yaşayır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5016 saylı və xx.xx.2022-ci il tarixli, 10/350 saylı ekspert rəylərinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin təqsirini sübuta yetirmədən borc hesablamışdır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin (qazın paylanması) 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydalari”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X5nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Beləliklə, müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov (Privağzal) küçəsində yerləşən (abonent kodu-**********00040) ünvanında qaz xəttinə baxış keçirilmiş, qaz xəttinin qeyri-qanuni yolla qoşulduğu müəyyən edilmiş və buna uyğun olaraq aktlar tərtib edilmişdir. Lakin həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən həmin xəttin qoşulub-qoşulmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə Cavabdeh İddiaçı İB-yə qarşı iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçının iddiası qismən əsaslıdır, buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı İB istehlakçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır. Göründüyü kimi istehlakçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək İddiaçı İB-nin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “cərimə borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2805,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azəriqaz” İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” nə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh İddiaçınə qarşı “cərimə borcunun silinməsi”nə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2805,80 (iki min səkkiz yüz beş manat səksən qəpik) manat məbləğində borc (cərimə) silinsin. İş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertiza tədqiqatının dəyərini təşkil edən 204 (iki yüz dörd) (hər iki ekspertiza üzrə 102+102 manat) manat ekspertiza İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar