Məhkəmə qərarları › İş №2(001)-2814/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2814/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2814/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilə üzrə 798,8 manat əsas, 79,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1363,93 manat əsas, 136,07 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 659,71 manat əsas, 65,29 manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə ümumilikdə 3103 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 51,03 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23250767 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 3939,9 manat olan İMEİ kod **********74485 İPAD Pro markalı planşet üçün ilkin ödəniş 1266,3 manat olmaqla, məbləği 12 ay ərzində aylıq 222,8 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 798,8 manat əsas, 79,2 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 2291,96 manat olan ASUS Vivobook kompyuter üçün 90,74 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 122,29 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 1363,93 manat əsas, 136,07 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1480,04 manat olan Lenovo İdeapad 5 kompyuter üçün ilkin ödəniş 96,08 manat olmaqla, məbləği 12 ay ərzində aylıq 115,33 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 659,71 manat əsas, 65,29 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4889,46 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli, 23250767 saylı müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 3939,9 manat olan İMEİ kod **********74485 İPAD Pro markalı planşet üçün ilkin ödəniş 1266,3 manat olmaqla, məbləği 12 ay ərzində aylıq 222,8 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh sonuncu alğısatqı qiyməti 2291,96 manat olan ASUS Vivobook kompyuter üçün 90,74 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 122,29 manat ödəmək şərti ilə kreditlə almışdır. - xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 1480,04 manat olan Lenovo İdeapad 5 kompyuter üçün ilkin ödəniş 96,08 manat olmaqla, məbləği 12 ay ərzində aylıq 115,33 manat ödəmək şərti ilə kreditlə almışdır. - 02.03.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23250767 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqavilələri üzrə həmin tarixə ümumilikdə 3103 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hər üç müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzində 51,03 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23250767 saylı müqavilə üzrə 798,8 manat əsas, 79,2 manat dəbbə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1363,93 manat əsas, 136,07 manat dəbbə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 659,71 manat əsas, 65,29 manat dəbbə borcu olmaqla hər üç müqavilə üzrə ümumilikdə 3103 (üç min yüz üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 51,03 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar