Məhkəmə qərarları › İş №2(001)-2823/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2823/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2823/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung S5” markalı mobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 77 manat, 03 fevral 2015-ci i! tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone 5S” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 64 manat, 20 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X1” markalı tmobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat, 28 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X3 2” markalı tmobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 28 manat, 03 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X1” markalı tmobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat, 07 aprel 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S5” markalı mobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 78 manat, 15 aprel 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X1” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 32 manat, 15 aprel 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy S5” markalı tmobil telefona görə 6 ay ərzində ödəniş cədvəli üzrə hər ay 78 manat, 05 may 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X3” markalı tmobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 28 manat, 05 iyul 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “X2 Prime” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 85 manat, “İphone S5” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə 32 maanat, saç qurutma cihazına görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 3 manat, olmaqla hər on müqavilə üzrə cəmi 5430 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, 14 dekabr 2014-cü ıl tarixli müqavilə üzrə sonuncu dəfə 14 noyabr 2016-cı il tarixdə 50 manat, 03 fevral 2015-cı ıl tarixli müqavilə üzrə 08 iyun 2015-ci il tarixdə 64 manat, 20 mart 2015-ci il tarixli müqavilə uzrə 07 iyul 2015-ci il tarixdə 32 manat, 28 mart 2015-ci il tarixli müqavilə üzrə 07 iyul 2015-cı ıl tarixdə 28 manat, 03 mart 2015-ci il tarixli müqavilə üzrə 12 iyun 2015-ci il tarixdə 32 manat, 07 aprel 7015-ci il tarixli müqavilə üzrə 12 iyun 2015-ci il tarixdə 78 manat, 15 aprel 2015-ci ıl tarixli müqavilə üzrə 01 iyun 2015-ci ıl tarixdə 32 manat, 21 aprel 2015-ci il tarixli müqavilə üzrə 17 may 2015-ci il tarixdə 78 manat, 05 may 2015-cı il tarixli müqavilə üzrə 07 iyul 2015-ci il tarixdə 28 manat, 05 iyul 2015-ci il tarixli müqavilə üzrə isə heç bir ödəniş aparmamışdır. Beləliklə, Cavabdeh 14 dekabr 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 417 manat, 03 fevral 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 256 manat, 20 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 96 manat, 28 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 84 manat, 03 mart 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66 manat, 07 aprel 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 78 manat, 15 aprel 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 32 manat, 21 aprel 2015-cı ıl tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 78 manat, 05 may 2015ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 56 manat ödədikdən sonra ödənişləri dayandırmış və on müqavilə üzrə qalıq qalmış 4237 manat borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4237 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4237 (dörd min iki yüz otuz yeddi) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar