Məhkəmə qərarları › İş №2(001)-2827/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2827/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2827/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 486 manat məbləğində dəymiş ziyanın məcburi qaydada tutularaq İddiaçı İB-in ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, Swift BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AKX- 01325xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********03338 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 486manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən həmin məbləğinkönüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Cavabdehtərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəməsən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı İB-in işçiləri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli akta əsasən ona məxsus evə aid qaz sayğacı yoxlanılmış və sayğacın alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmişdir. Həmin akt onun iştirakı olmadan tərtib edilmiş, qaz sayğacının çıxarılmasında və sonrakı ekspertizasında iştirakı təmin edilməmişdir. Bundan başqa, qaz sayğacı evdən kənarda çöldə yerləşir. Qoruyucu qutu ilə mühafizə olunmur. Küçədən keçən şəxslərin ona müdaxilə etməsi ehtimalı realdır. Bütün gün ərzində sayğacın müşahidəsini apara bilməz. Ona görə də hesab edir ki, sayğaca müdaxilə edilmiş olsa belə bu onun və ya ailəsinin üzvləri tərəfindən edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı İB ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-01325xx/xx-2019 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, İsgəndərov Zaur və Həsənov Şahin tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış və sayğacın alt hissəsinin deşici alətlə deşildiyi, hesablayıcı mexanizmdə əziklər olduğu müəyyən edilmişdir. Akt istehlakçı Cavabdeh iştirakı olmadan tərtib edilmiş, onun tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Dövlət yoxlamasının nəticələrinə dair 29/1710-02401-3 saylı Aktdan görünür ki, 1702AZ**********64 zavod nömrəli qaz sayğacında sayğacın gövdəsi sağ alt hissədən deşici alətlə deşilib. İsti metal qırıntısı düşməsi nəticəsində hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən zədələnib. Sayğacın yaddaş arxivi oxunmuş, sayğacda ismismar müddətində Alarm-1 rejimi aşkar olunmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli icra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, Boya sexinin yanı, 7-ci mikrorayonda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün; Kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 4860 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın .... 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Boya sexinin yanı, 7-ci mikrorayonda yerləşən istehlakçı Cavabdeh yaşadığı ünvanda yerləşən qaz sayğacı xx xxxxxx 2019-cu il tarixdə növbəti texniki baxışdan keçirilən zaman qaz sayğacına müdaxilə halı aşkar edilmiş, müvafiq akt tərtib edilərək dəymiş ziyan hesablanmışdır. İşin mübahisəsiz olan hallarına əsasən qaz sayğacı istehlakçı Cavabdeh tərəfindən istifadə olunan evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yolda yerləşir, digər tərəfdən isə növbəti texniki baxış təşkilatın mütəxəssisləri tərəfindən istehlakçı Cavabdeh iştirakı olmadan keçirilmiş, akt istehlakçının iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda sayğaca qanunsuz müdaxilə faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat verməməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktın bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin qaz sayğacına müdaxilə etdiyini sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktla bağlı məhkəmə bir daha qeyd edir ki, həmin akt cavabdeh tərəfindən imzalanmamış, aktın bir nüsxəsi cavabdehə təqdim edilməmiş, istehlakçı iştirak etmədiyi halda aktın tərtib edilməsinə bitərəf şəxslər (hal şahidləri) dəvət edilməmiş, qaz sayğacına müdaxilə halı həqiqətəndə aşkar edildiyi halda hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin müdaxilə edildiyi bildirilən qaz sayğacı cavabdehin yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yoldan keçdiyini və bu səbəbdən cavabdehin qaz sayğacını kənar müdaxilələrdən qorumasının qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı İB-in Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar