Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2837/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil3, Cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Abşeron rayon 2 saylı Notariat ofisinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisinə, Abşeron rayon 2 saylı Notariat ofisinə, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisinə, Abşeron rayon 2 saylı Notariat ofisinə, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz əməlləri nəticəsində vurulmuş olan 200.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 1096.1-ci və 1097.1-ci maddələrinə istinad etməklə belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə 2000-ci ildən 2013-cü ilədək birgə nikah münasibətlərində olmuşdur. Birgə nikah dövründə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 2 mərtəbəli, 293,24 kv.m sahəsi olan bağ evi tikmişlər. Birgə nikah münasibətlərinə xitam verildikdən sonra həmin bağ sahəsinin yeganə övladlarının gələcəyi və təhsili üçün saxlanılması və lazım olacağı təqdirdə satılacağı barədə razılaşdıqları üçün bağ evi onların arasında birgə mülkiyyət kimi bölünməmişdir. 2018-ci il tarixdə övladının xaricdə təhsil alması üçün gələcəkdə kifayət qədər vəsait lazım olacağını fikirləşib keçmiş həyat yoldaşı Cavabdeh3 həmin bağ sahəsini satıb pulu bölüşdürməyi təklif etmiş, lakin Fariz təklifi eşidərkən neçə il olar ki, onu aldatdığını və həmin bağın hazırda özünə və ya onlara məxsus olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, əslində o, 48 saylı notariat kontorunun notariusu X8 ilə əlbir olaraq onun adından həmin evin ipotekaya qoyulmasına razı olmağı ilə bağlı saxta ərizə tərtib edib, notarius isə guya onun notariat kontoruna gəlməyi ilə bu razılığı verməyinə dair notariat hərəkətini rəsmiləşdirərək, yəni notariat hərəkətlərinin reyestrinə bilə-bilə saxta məlumatlar daxil edərək onun həmin ev üzərində mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnən cinayətkar hərəkətlərə yol vermişdir. Bu ev əvvəlcə "xxxx"ya, daha sonra isə həmin bankdakı sənədlər və yenə də onun adından saxtalaşdırılaraq 48 saylı notariat kontorunun notariusu S.Hüseynov tərəfindən təsdiq olunmuş ərizə əsasında hal-hazırda ləğv etmə prosesində olan QSC "xxxx" KB-yə sonrakı ipotekaya qoyulmuş, ipoteka ilə təmin olunmuş öhdəlik icra edilməmiş və o, mülkiyyətindən məhrum olmuşdur. Belə ki, o, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin ipotekaya qoyulması ilə bağlı heç bir notariusda, ümumiyyətlə notarial qaydada razılıq verməmişdir. Onun imzası 48 saylı notariat kontorunda saxtalaşdırılmışdır və onun adından hazırlanmış razılıq ərizəsi əsasında həmin bağ evi "xxxx"ya ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 4/1072 nömrəli rəyində göstərilmişdir ki, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd olunması üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə, yəni tədqiq olunan imzada qrafik materialların azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması qəti bir rəyə (müsbət və ya mənfi rəyə) gəlməyə imkan vermədiyindən müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 03 mart 2021-ci il tarixli 4/65 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evinin "xxxx"ya ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza İddiaçı tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, X8 tərəfindən yox, başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293,24 kv. metr olan 7 otaqdan ibarət bağ evini "xxxx" ASC-yə ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı “Эзимова Э” yazısı və “20734” rəqəmləri İddiaçı tərəfindən yox, X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynov notariat hərəkətlərini apararkən nöqsana yol verərək, bilə-bilə bilavasitə sənədləri saxtalaşdıraraq onun hüquqlarına mühüm zərər vurmuşdur. Belə ki, 48 saylı Notariusun notariat kitabının, Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat bölməsində vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qondarma seriya nömrəsi olmuş, bu vəsiqə ümumiyyətlə ona aid olmamış və həmin kitabda qeyd olunan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yeddi rəqəmdən ibarət olmuşdur. Qeyd edir ki, o, 2003-cü ildə ünvan 1 ünvanına qeydiyyata düşmüş və ona Binəqədi Rayon Polis İdarəsi tərəfindən AZE 01151357 seriya nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Yəni notariat kitabında qeyd edilən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi nə ona nə də ki başqa bir şəxsə məxsusdur. Bu seriya nömrəsi Hüseynov Səadət tərəfindən uydurma bir nömrə olmuş və hal-hazırda da elə bir seriya nömrəsi heç bir şəxsiyyət vəsiqəsində mövcud deyildir. Bundan başqa QSC "xxxx" KB ilə bağlanmış ipoteka müqaviləsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, 22 aprel 2014-cü il tarixli 1xx/xx/3031/13 və 1xx/xx/3031/13-1xx/xx/3502/14 nömrəli sonrakı ipoteka müqavilələri Abşeron rayon 2 saylı notariat kontorunda təsdiqlənərkən onun yəni, İddiaçı ərizəsi, daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış tələb edilməmiş, yalnız yoldaşı Cavabdeh3 məxsus qeyd edilən əmlakın "xxxx"ya ipotekaya qoyulmasına etiraz etməməsi barədə 06 iyul 2012-ci il tarixdə 48 saylı notariat kontorunda imzasının saxtalaşdırılması yolu ilə təsdiqlənmiş ərizəyə (hansı ki, həmin ərizə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı korporativ filialına yox, "xxxx" banka ipotekaya qoyulmasına etiraz etməməsinə görə tərtib olunmuşdur) 26 iyun 2012-ci il tarixli 30 gün müddətinə etibarlı sayılan, lakin müqavilə bağlanarkən müddəti keçdiyinə görə etibarsız olan arayışa istinad edilmişdir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimat”ın 8.4-cü maddəsinə əsasən, arayışın etibarlılıq müddəti (bu Təlimatın 5-ci bəndi istisna olmaqla) 30 (otuz) gündür. Lakin qeyd olunan bu halların heç biri bank tərəfindən yoxlanılmamışdır. Qeyd edilən hallarla bağlı olaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Abşeron Rayon Prokurorluğuna müraciət etmiş və hal-hazırda araşdırmalar davam edir. Həyat yoldaşı Cavabdeh3 və 48 saylı notariat kontorunun notariusu X8 tərəfindən onun adından həmin evin ipotekaya qoyulmasına razı olmağı ilə bağlı saxta ərizə tərtib olunması və imzasının saxtalaşdırılması, sonradan Abşeron rayon 2 saylı notariat kontoru və QSC "xxxx" KB tərəfindən yuxarıda qeyd olunan qanun pozuntularına yol verilməsi onun əmlakının əlindən çıxmasına və ona mühüm zərər vurulmasına səbəb olmuşdur. Hazırda əmlakın real bazar qiyməti təqribən 400.000 manat təşkil edir və həmin əmlak birgə mülkiyyətləri olduğundan ona təxminən 200.000 manata yaxın maddi ziyan dəymişdir. Cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin notariusu X8 məhkəməyə iddiaya yazılı etiraz-mülahizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, rəhbəri olduğu kontor tərəfindən həyata keçirilmiş rəsmiləşdirməyə görə guya o mülkiyyətindən məhrum olmuş, ziyana düşmüşdür. Lakin işin hallarına baxıldıqda açıq-aydın görünür ki, Cavabdeh3 ilə bank "xxxx" ASC arasında 24 ay müddətinə 06 iyul 2012-ci il tarixli kredit müqavilə bağlanılmış və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən əmlak ipoteka qoyulmuşdur. Kredit 09 iyun 2014-cü il tarixində tam şəkildə ödənilmiş, yəni Cavabdeh3 bank qarşısında hansısa öhdəliyi qalmamış, müqavilə icra edildiyi üçün ona xitam verilmiş və bununla da ipotekaya qoyulmuş əmlak girovluqdan çıxmışdır. Göründüyü kimi, 48 saylı notariat kontorunda aparılmış əməliyyat nəticəsində iddiaçıya heç bir ziyan dəyməmiş, yəni əmlak Cavabdeh3 mülkiyyətində qalmışdır. İddiaçının iddiasının əksinə olaraq bildirir ki, mübahisə predmeti olan bağ evi mülkiyyətçinin əlindən çıxmadığı, nəticədə kontorda verilmiş ərizə üzrə hər hansı fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin mənafeyinə ziyan dəyməmişdir. Müqavilə öhdəliklərinə icra ilə əlaqədar xitam verilmiş və bununla da Cavabdeh3 "xxxx" ASC ilə qarşılıqlı hansısa öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsində qeyd olunur ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmçinin Mülki Məcəllənin 295-ci maddəsində qeyd olunur ki, ipoteka saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün ipoteka tutma obyektinə qoyulmuş əşyaya borclu ipoteka ilə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. O cümlədən nəzərə alınmalıdır ki, həmin müqaviləyə icra ilə əlaqədar xitam verilməsindən artıq 6 ildən çox müddət keçmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər tam icra edilmiş və ipoteka qoyulmuş əmlak azad olaraq mülkiyyətçinin mülkiyyətində qalmışdır. Bundan sonra mülkiyyətçinin başqa hansısa notariusda həmin əmlakın girov qoyulması ilə bağlı mübahisələrin ona heç bir aidiyyəti yoxdur. Bir daha qeyd edir ki, onun tərəfindən kimsənin mülkiyyət hüququ pozulmamış, kimsə mülkiyyətindən məhrum olmamışdır. Əlavə olaraq bildirir ki iddiaçı tərəfin də qeyd etdiyi kimi "xxxx" üçün tərtib edilmiş 2012-ci iİ tarixli və 30 gün müddətində etibarlı olan, yəni “Bank Standard" üçün qüvvəsi olmayan bir sənəddən iki il sonra başqa bir notarius tərəfindən "xxxx" üçün istifadə edilməsi onun təqsiri kimi qiymətləndirilməməlidir. Yəni, başqa bir notariat kontorunun etdiyi hansısa pozuntu varsa da belə ona görə məsuliyyəti o, daşımır. Əgər iddiaçının dediyi kimi hər hansı məqsədi olsaydı, o zaman haqlı sual yaranır, nə üçün "xxxx"la olan müqavilə üzrə rəsmiləşdirmələr rəhbəri olduğu kontorda aparılmayıb? İddiaçı iddiada həmçinin qeyd edir ki, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluğa müraciət edib və hazırda araşdırmalar davam edir. Lakin bildirir ki, iddiaçının qeyd etdiklərinin tam əksinə olaraq onun əməlində hər hansı bir cinayətin tərkibi müyyənləşdirilməmişdir. Belə ki, Binəqədi Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi Vasif Musayev tərəfindən araşdırma aparılaraq 31 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 tərəfindən “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir, ibtidai istintaqda İddiaçı şikayətləri üzrə tam qanuni araşdırma aparılmış və nəticədə onun əməlində cinayət tərkibinin olmaması təsbitini tapmış və sözügedən qərarlar qəbul edilmişdir. Onu da xüsusilə qeyd edir ki, iş materiallarından açıq-aydın görünür ki, şikayətçinin şikayətləri əsassız olmaqla yanaşı, ona böhtan atmaqla onu ağır cinayətlərdə ittiham edir və buna dair heç bir sübutu yoxdur. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X3 tərəfindən “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərar qəbul edilməsi ilə də razılaşmayan İddiaçı məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. O da dərhal öz yazılı etiraz-mülahizəsini məhkəməyə təqdim edərək sözügedən şikayətin hüquqlarına toxunduğunu əsas gətirərək prosesdə özünün və vəkilinin iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə qapalı iclas olduğunu əsas gətirərək iştiraklarını təmin etməmiş və lakin buna baxmayaraq Binəqədi Rayon Məhkəməsinin hakimi cənab Elçin Ağayev işi tam araşdıraraq əsaslı, qanuni qərar qəbul edərək İddiaçı Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın qanuni hesab edilməsi barədə 17 may 2022-ci il tarixli, 6(001)-71/2022 saylı qərar qəbul etmişdir. Yəni, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ilə şikayətçi İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi əsassız şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarının ləğv edilərək şikayətinin təmin olunması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev İddiaçı əsassız şikayətini təmin edərək iş materiallarının yenidən araşdırılması üçün ibtidai istintaqa göndərilməsi barədə qərar qəbul etmişdir. Lakin nəzərə alınmalıdır ki, hakim Qədim Babayevin işi İddiaçı xeyrinə geri qaytarmaq üçün göstərdiyi nüanslar məhz ibtidai istintaq və eləcə də birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılaraq cinayət işinin başlanmasının hissəvi rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Hazırda iddiaçının işin əsl hallarını gizlədərək ona sərf edən qanunvericiliklə işə uzlaşmayan halları qeyd edərək əməldə cinayət olduğunu bildirərək və təqsirli hərəkətlər nəticəsində ona ziyan dəyildiyini deyərək maddi ziyan qismində pul tələb etməsi əsassızdır. Çünki özünün də bildirdiyi kimi iş hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırılır və iş yekunlaşmayıb, yəni təqsirlilik müəyyən edilməyib. Belə olan halda hansı cinayət hadisəsinə, təqsirliliyə istinad edilərək bildirir ki, maddi ziyan dəyib? Birincisi, hazırki iddianın araşdırılması məhz iddiaçı tərəfin də istinad etməyə çalışdığı təqsirliliklə bağlı olduğundan həmin hallara cinayət təqibi qaydasında hüquqi qiymət verildikdən sonra baxılmalı, yəni hazırki iddia cinayət təqibinin yekunlaşmasına kimi dayandırılmalıdır. Çünki hazırda iddiaçının iddia etdiyi, ittiham etdiyi qaydada hansısa cinayət əməli sübuta yetirilməmişdir. Belə olan halda, iddiaçının özünə sərf edən hallara istinad edərək iddianı verməsi əsassızdır. Bir daha bildirir ki, onun əməlində hər hansı cinayətin tərkibi yoxdur. Belə ki, iddiaçı qanunsuz maraqlarına nail olmaq üçün əsassız olaraq onu ağır cinayətlərdə ittiham edir, barəsində həqiqətə uyğun olmayan halları qeyd edərək nüfuzuna xələl gətirir. İddiaçı keçmiş ərini cavabdeh qismində qeyd etsə də bildirir ki, bu formallıq təşkil edir. Çünki, heç bir təqsiri olmadan onun haqqında əsassız şikayətlər edən, məsuliyyətə cəlb edilməyini istəyən iddiaçı keçmiş ərinin, yəni Cavabdeh3 məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlara şikayət etməmişdir. Dəfələrlə onun özü iddiaçıya demişdir ki, “barəmdə əsassız şikayətlər edirsən, bəs nə üçün keçmiş ərin barədə nəsə demirsən, susursan”. Aydın olduğu kimi, sadə məntiq lazımdır ki, iddiaçının yalnız və yalnız notariat kontorlarından şikayət etməsi, keçmiş ərindən isə şikayətçi olmaması, onun da məsuliyyətə cəlb edilməsi üçün bir cümlə belə yazmaması, tələb etməməsi ər-arvadın oyun qurduqlarını sübut edir ki, hansı yolla olursa olsun pul əldə etsinlər. İkincisi isə nəzərə alınmalıdır ki, iddiaçının iddiası onun iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması səbəbindən də rədd edilməlidir. Belə ki, iddiaçı iddiasında qeyd edir ki, birgə nikah dövründə əmlakı əldə ediblər və hazırda o əmlakından məhrum olub ona ziyan dəyib. Amma baxmaq lazımdır, iddiaçının həmin əmlaka hüququ çatırmı, hazırki iddianı verməyə subyektiv hüququ varmı? İddiaçı iddiaya özünə sərf edən halları qeyd etmişdir. Lakin iddiaçının da bildiyi kimi, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş iddia müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. Belə ki, iddiaçı ilə onun keçmiş əri Cavabdeh3 arasındakı nikah 04 sentyabr 2013-cü ildə pozulmuşdur. Lakin iddiaçı isə əmlakın bölgüsü ilə bağlı iddianı 5 il keçdikdən sonra vermişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Ailə Məcəlləsinin birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü üzrə müəyyənləşdirilmiş 3 illik iddia müddətini buraxdığını sübut edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli 2(102)- 2506/2019 saylı qərarına baxmaq kifayət edir ki, iddiaçının sözügedən əmlak üzərində hər hansı hüququnun təsbit edilmədiyi görülsün. Belə ki, qeyd edildiyi kimi, iddiaçı 2013-cü ildə boşandığı halda 5 ildən sonra və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən əmlakın 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə yoldaşının paylarının müəyyənləşdirilməsi üçün iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir. Bundan narazı qalan İddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmə isə 08 aprel 2019-cu il tarixli, 2(102)-2506/2019 saylı qərar ilə kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Ali Məhkəmənin sözügedən qərarında qeyd edilir ki, “iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçı məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirilmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyin tələblərinə görə əmlak birgə nikah dövründə əldə edilsə belə həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Lakin işin hallarından görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payın müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının əqdi mübahisələndirməkdə həmçinin subyektiv hüquqları da mövcud deyildir. İddiaçının subyektiv hüququnun olmaması həmçinin iddiaçının “Bank Avrasiya" ASC və “Bank Standard“ QSC ilə bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı verdiyi iddia ərizələrinin təmin edilməməsi barədə Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnamələrindən verdiyi apellyasiya şikayətinin əsassız və qanunsuz olması səbəbindən təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-1816/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnamədə də öz təsbitini tapmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ünvan 3 ünvanlayaraq bildirmişdir ki, iddiaçının keçmiş əri Cavabdeh3 Novxanı bağlarında yerləşən bağ evinin ipotekaya qoyulması ilə bağlı Abşeron Rayonu 2 saylı Notariat Ofisində 06 iyul 2012-ci il tarixdə ipoteka, 23 aprel 2014-cü il və 06 yanvar 2015-ci il tarixlərində Sonrakı ipoteka müqavilələri, 18 mart 2016-cı il tarixdə isə əlavə ipoteka müqaviləsi bağlamış və həmin müqavilələr bunun üçün zəruri olan sənədlər təqdim edildikdən sonra notarius tərəfindən təsdiq edilmişdir. 06 iyul 2012-ci il tarixdə Cavabdeh3 ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi təsdiq edilərkən Fariz ilə İddiaçı rəsmi nikahda olmuşlar və bu barədə Bakı şəhər Səadət Sarayı tərəfindən AZ-İ seriyalı 382634 nömrəli 10 mart 2000-ci il tarixli nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Qeyd edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 31-ci bəndinin tələbinə əsasən, Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş fiziki şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatların nümayəndələrinin və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini və səlahiyyətini, habelə hüquqi şəxsin hüquq qabiliyyətini və qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır. 23 aprel 2014-cü il tarixdə Sonrakı ipoteka müqaviləsi bağlanan zaman Cavabdeh3 şəxsiyyətini təsdiq edən sənədin surəti notariat ofisində saxlanılmamış, lakin sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı reyestr kitabında qeyd edilmişdir. Bundan əlavə qeyd edir ki, 06 yanvar 2015-ci il tarixli 3M-01 reyestrlə təsdiq edilmiş Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh3 subay olması barədə arayış təqdim edildiyindən Sonrakı ipoteka müqavilələrinin təsdiqi zamanı İddiaçı əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizələri tələb olunmamışdır. Həmçinin bildirir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" ASC-yə qarşı dəfələrlə bağlanmış ipoteka müqavilələrini mübahisələndirmiş, ləğv edilmələrini, etibarsız sayılmalarını tələb etsə də, məhkəmələr tərəfindən iddia müddətinin buraxılması və ya iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddiaları təmin edilməmişdir. Hesab edir ki, Cavabdeh3 ilə 23 aprel 2014-cü il və 06 yanvar 2015-ci il tarixlərində Sonrakı ipoteka müqavilələri bağlanan zaman tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyi üçün Abşeron rayon 2 saylı Notariat ofisi cavabdehlər sırasından çıxarılmalı və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh3 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikah bağlanmış və nikahlarının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qərarı ilə pozulması, uşağın ananın yanında saxlanılması qət edilmişdir. Bundan sonra tərəflərin arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. Belə tələblərin olmadığı tədqirdə iddiaçının öz iddia ərizəsində qeyd etdiyi “İddiaçı ərizəsinin, daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyat hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın tələb edilməsi” fikirinin heç bir əsası olmamışdır. Belə ki, iddiaçı mübahisələndirdiyi əmlaka dair hər hansı hüququnun olmasını sübut edə bilməmişdir. Oxşar və eyni məzmunlu iddia ərizələri ilə iddiaçı dəfələrlə məhkəmələrdə ayrı-ayrı vaxtlarda iddia qaldıraraq Cavabdeh3 gah "xxxx" ilə gah da QSC "xxxx"la bağladığı ipoteka müqavilələrini mübahisələndirmiş, onların etibarsız sayılmasını, ləğv edilməsini tələb etmişdir. Lakin məhkəmələr yekunda iddiaçının iddiasını iddia müddətinin keçməsi ilə, iddiaçının subyektiv hüquqlarının olmaması səbəbi ilə təmin etməmiş və iddianı rədd etmişdir. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsi 2(103)-1816/2022 saylı qətnaməsi ilə yuxarıda göstərilən halları qeyd etmişdir. İddiaçının iddia tələbləri vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı iddianı mülki hüquq pozuntularından əmələ gələn (deliktlərdən) öhdəliklərlə əsaslandırmağa çalışaraq əsas kimi Mülki Məcəllənin 1096, 1097-ci maddələrinə istinad etmişdir. Lakin iddiaçı istinad etdiyi maddələrin tələbləri və şərtləri hər hansı bir törədilmiş mülki hüquq pozuntusunun mövcud olunması və onun barəsində pozuntunun olduğunu göstərən qərarın olması ilə bağlıdır. Göründüyü kimi tərəf qeyd edilən maddələrə istinad etsə də, deliktlərin mövcud olması barədə heç bir sübut ortaya qoya bilməmişdir. Bundan başqa tərəfin hər dəfə qaldırdığı əsassız iddialar iş üzrə süründürməçiliyə və iş üzrə cavabdeh olan Bankın işlərinin əsassız olaraq çoxalmasına gətirib çıxarmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abşeron rayonu 2 saylı Notariat ofisinin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Vİİ-ЖГ 382634 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında nikah 10 mart 2000-ci il tarixdə bağlanmışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi (0.1612 ha) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur; AZ-İ seriyalı 179157 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında olan nikah 11 may 2013-cü il tarixdə ləğv edilmişdir; 06 iyul 2012-ci il tarixdə İddiaçı adından Abşeron rayonu Notariat kontoruna ünvanlanmaqla notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, əri Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evini "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, o, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir; 22 aprel 2014-cü il tarixdə ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış 1xx/xx/3031/13 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsi və ona 1 Saylı Əlavə ilə borcalana ayrılmış kreditin təminatı qismində ipotekaya qoyan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 293.24 kv.m ümumi, 219.62 kv.m yaşayış, 73.62 kv.m yardımçı sahədən ibarət 7 otaqlı bağ evini ipoteka ilə yüklü etmişdir; 18 mart 2016-cı il tarixdə ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ilə borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış “06 yanvar 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinə Əlavə”nin surətindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli 1xx/xx/3502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 25 dekabr 2022-ci il tarixədək illik 15 faiz ödəməsi şərtilə 1.912.300,00 ABŞ dolları və 25 dekabr 2014-cü il tarixli 170/023502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 16 mart 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən 63.000 ABŞ dolları məbləğində kredit verir və borcun təminatı qismində ipotekaya qoyan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 293.24 kv.m ümumi, 219.62 kv.m yaşayış, 73.62 kv.m yardımçı sahədən ibarət 7 otaqlı bağ evini ipoteka ilə yüklü edir; Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(105)-3564/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Abşeron rayon 2 saylı Notariat kontoruna qarşı “birgə nikah dövründə əldə edilmiş bağ evinə dair ipoteka müqaviləsinin etibarsız hesab olunması və bağ evində payların müəyyən olunması” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(012)-2744/2018 saylı qətnaməsi ilə təmin edilmiş, lakin həmin qətnamədən ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(012)-2744/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Sözügedən qətnamədə qeyd edilmişdir ki, “...işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh3 həmin bağ evini QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış 1.912.300 ABŞ dolları məbləğində 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zaman Cavabdeh3 rəsmi sənədlərə əsasən subay olmuşdur. İddiaçının hüququ isə daşınmaz əmlaka birgə hüququ olan şəxs kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyanın həmin ipoteka predmeti barəsində tam səlahiyyətli olub-olmaması barədə bankın məlumatı ola bilməzdi. Məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka saxlayan bank hazırki halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır” Məhkəmə kollegiyası qəbul etdiyi həmin qətnaməni həmçinin onunla əsaslandırmışdır ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh3 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində, tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının hazırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(105)-3564/2018 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(102)-2506/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Vəkil3 ünvanladığı 24 yanvar 2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı 31 iyul 2003-cü il tarixdə ünvan 6 ünvanına qeydiyyata düşərək ona AZE 01151357 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı 11 may 2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonuna qeydiyyata düşdüyü üçün ona məxsus AZE 01151357 nömrəli şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evini "xxxx"ya ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2021-ci il tarixli rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evini "xxxx"ya ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza İddiaçı tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, X8 tərəfindən yox başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293.24 kv. metr olan 7 otaqdan ibarət bağ evini "xxxx" ASC-yə ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı “Эзимова Э” yazısı və “20734” rəqəmləri İddiaçı tərəfindən yox, X8 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" ASCyə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia təmin edilməmişdir; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(009)- 47/2021 saylı Əlavə qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin, 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı Əlavə Sazişin etibarsız hesab edilməsi və əmlakın girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddia tələbi təmin edilməmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(105)- 2310/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(012)-3766/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(012)- 3766/2019 saylı qətnaməsi qismən, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0.1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış MA 0217161) istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(103)-1816/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı və 20 avqust 2021-ci il tarixli, 2(009)-47/2021 saylı Əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “işin hallarından göründüyü kimi, tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh3 həmin bağ evini QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh3 rəsmi sənədlərə əsasən subay olmuş, iddiaçının daşınmaz əmlaka birgə mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda bank ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır.” Bununla yanaşı, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh3 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçı məhkəməyə qanunla nəzərdə tutulmuş müddət bitdikdən sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyinin tələblərinə görə birgə nikah dövründə əldə edilsə belə, həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iddia tələbindən görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payının müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Digər tərəfdən iddiaçının sabiq əri, hazırki iş üzrə digər Cavabdeh3 iddianı qəbul etməsi, hazırki tələbə mübahisəsiz yanaşması, tərəflər (keçmiş ər-arvad) arasında mübahisənin olmaması kimi qiymətləndirilməməli, əksinə, Cavabdeh3 hüquqdan sui-istifadə edərək digər cavabdehə (banka) münasibətdə mülki (kredit) öhdəliklərdən yayınması kimi qəbul edilməlidir. Göründüyü kimi, məhkəmələrin hüquqi mövqeyindən belə nəticə hasil olmuşdur ki, iddiaçının əqdi mübahisələndirməkdə həmçinin subyektiv hüquqları da mövcud deyildir. Bununla yanaşı, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyi həmçinin Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb üzrə də keçərlidir. Həmçinin, Cavabdeh3 ilə "xxxx" ASC arasında 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanan zamanı iddiaçının notariat qaydasında təsdiq olunmuş razılıq ərizəndəki imzanın onu məxsus olmaması halı da bankın ipotekaya münasibətdə vicdanlılığını istisna etməmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, bu istiqamətdə iddiaçının şikayəti üzrə cinayət təqibi üzrə araşdırma aparılmış, cinayət işinin başlanması bir neçə dəfə rədd edilmişdir. Hər bir halda cinayət təqibi üzrə araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçı təqsirkar şəxslərə qarşı zərər barədə tələb hüquqlarını özündə saxlayır” Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edilmişdir; Abşeron Rayon Prokurorluğunun İddiaçı ünvanladığı 01 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, birgə nikah dövründə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 2 mərtəbəli, 293.24 kv.m olan bağ evinin keçmiş əri Cavabdeh3 ondan xəbərsiz olaraq Abşeron rayon 2 saylı dövlət notariat kontorunda saxtalaşdırmaqla satması barədə prokurorluqda araşdırma aparılır; 14 mart 2022-ci il tarixdə icra məmuru X10, tələbkar İddiaçı, hal şahidləri X7 və X4 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, onlar, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(105)-2310/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evində olmuşlar. İcra zamanı tələbkar həmin bağ sahəsinə köçürülmüşdür. İcra zamanı həmin fərdi yaşayış evinin istifadəyə yararlı vəziyyətdə olduğu aşkar edilmişdir; Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi” haqqında 04 iyul 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə X5 əməlində cinayət tərkibi olmadığından cinayət təqibinə başlanmasının rədd edilməsi, Abşeron rayon 2 saylı notariat kontorunun vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi üçün materialın 04 iyul 2021-ci il tarixdə aidiyyəti üzrə Abşeron Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2022-ci il tarixli, 6(103)-177/2022 saylı qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 04 iyul 2021-ci il tarixli qərarı “cinayət işinin başlanmasının hissəvi rədd edilməsinə” dair hissədə ləğv edilmiş və material yenidən araşdırılması üçün ibtidai araşdırma orqanına gödərilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, “istintaq orqanı tərəfindən Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin əməlində Cinayət Məcəlləsinin 308, 314 və 320-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmiş, ümumiyyətlə bu istiqamətdə araşdırılma aparılmamışdır” 31 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 490 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə İddiaçı ilə Cavabdeh3 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qərarı ilə pozulmuşdur. Bununla yanaşı, işdə olan sübutlara görə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, yəni iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan isə götürülmüş kreditlərə görə "xxxx" ASC və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin daşınmaz əmlakın qeyd edilən banklar qarşısında ipoteka ilə yüklü edilməsi ilə bağlı müvafiq əqdləri mübahisələndirərək, əmlakın girovdan (ipotekadan) azad olunmasını və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etmiş, lakin tələbləri təmin edilməmişdir. Hazırda iddiaçı ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə "xxxx" ASC və "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 200.000 manat məbləğində maddi zərərə məruz qaldığını iddia edərək hazırkı iddia tələbini irəli sürmüş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının da istinad etdiyi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ümumiyyətlə sübuta yetirilmir. Belə ki, iddiaçı ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə maddi zərərə məruz qaldığını iddia etsə də, bu hallar iş materialları ilə müəyyən olunmur. Əksinə iş materiallarından aydın olur ki, onun (iddiaçının) həmin əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bütün bunlar iddiaçının iddia tələbinin, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını göstərir. Ən azından ona görə ki, iddiaçının həmin iddiası (mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması iddiası) mübahisəli əmlakın cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, məhz iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmədiyi halda, iddiaçının həmin əmlakın yüklü edilməsi səbəbindən 200.000 manat məbləğində zərərə məruz qalması da mümkün deyildir və işin qeyd edilən faktiki halları iddia tələbinin əsassız olduğunu göstərir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan məhkəmə qətnamələri ilə iddiaçının və oğlu – X6 həmin bağ evi üzərində istifadə hüquqlarının tanındığı və onların oraya köçürülmələrinin qət olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən proses iştirakçılarının izahatları ilə də həmin qətnamələrinin icra edilərək iddiaçının və X6 həmin bağ evinə köçürüldükləri, hazırda da orada yaşadıqları, bağ evinin hələ də Cavabdeh3 mülkiyyətində olduğu və ona tutma yönəldilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, indiki halda iddiaçının həmin bağ evi üzərində olan istifadə hüququnun pozulması da müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisinə, Abşeron rayon 2 saylı Notariat ofisinə, Cavabdeh3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2837/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2837/2022
25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver