Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2888/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ”Kazımlı Company” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı X18 cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Binəqədi rayonu, 7-ci mk-n S.S.Axundov küçəsi i/b ev 1-də yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından və həmin Cəmiyyətin qanuni təmsilçisi kimi eyni ünvanda qeydiyyatda olan X3, TAYOTA PRİUS (HİBRİD) markalı,müh. 4260163, ban nömrəsi JTDKB20U087810362, 2008-ci il buraxılışlı ** OT *** dövlət qeydiyyat nişanlı, alqı-satqı ilə verilmiş avtomobilə dəymiş ziyana görə 2600 manat, tərəfindən ödənilmiş cərimələrin bir hissəsinin pulu olan 966 manat, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin quraşdırdığı kameralara cavabdehin həmin avtomaşını idarə edərkən düşdükləri digər cərimələrdən qalmış 5170 manat pulun, ümumilikdə cəmi 8736 manat pul məbləğində dəymiş ziyanın cavabdeh, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X8 tərəfindən iddiaçı X14 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 10 may 2022-ci il tarixində iddiaçı cavabdeh X4 əsl cavabdeh ”Kazımlı Company” MMC ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilmişdir.
3. Daha sonra iddiaçı X18 faktiki sahib kimi etibarnaməsinin müddətinin bitməsinə görə avtomobilin mülkiyyətçisi olan İddiaçı əsl iddiaçı kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçı öz razılığı ilə məhkəmənin qərardadına əsasən əsl olmayan iddiaçı ilə əvəz edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 11 may 2021-ci Bakı şəhəri 16 saylı Notariat ofisində 7E-5519 nömrəli reyestlə verilmiş, TAYOTA PRİUS (HİBRİD) markalı, müh. 4260163, ban nömrəsi JTDKB20U087810362, 2008-ci il buraxılışlı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili X9 xx.xx.2023-cü il tarixədək ümumi etibarnamə ilə almışdır. 19 avqust 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Natariat ofisində 3M-2343 saylı reyestrlə Binəqədi rayonu, 7-ci mk-n S.S.Axundov küçəsi i/b ev 1-də yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından və həmin Cəmiyyətin qanuni təmsilçisi kimi eyni ünvanda qeydiyyatda olan X4 nümayəndəsi kimi 43 saylı Notariat ofisində verilmiş etibarnaməyə əsasən X17 ilə Nəqliyyat vasitələrinin ilkin alqı satqısı müqaviləsi bağlanmışdır. Nəqliyyat vasitələrinin ilkin alqı-satqısı müqaviləsinin 1-ci bəndində göstərilmişdir ki, alqı-satqı zamanı avtomaşının həbsdə və girovda olmaması barədə (müayinə) arayış təqdim edildikdən sonra avtomaşının dəyəri 22000 manata, "alıcı" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlinmiş və müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndində göstərilir ki, satılacaq avtomobili satıcı tərəf 22000 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı öhdəsinə götürür."Alıcı" "Kazımlı Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X8 isə ilkin alqı-satqı müqaviləsi bağlayaraq avtomobili 22000 manata almağı öhdəsinə götürür. "Alıcı" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X8 və nümayəndəsi X6 məbləği olan 22000 manatı har ay 1000 manat olmaqla xx.xx.2023-cü ilə qədər ödəməyi öhdəsinə götürür. Müqavilənin 6-ci bəndində müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər-hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Müqavilənin 7-ci bəndində isə tərəflər arasında mübahisələr qarşılıqlı razılıq əsasında olmadıqda isə qanunvericilikdə nəzərdə tutulan qaydada həll olunur. Cavabdeh avtomaşını aldıqdan sonra avtomaşının 5 ay onlar tərəfindən idarə va istifadə olunmasına baxmayaraq vaxtında müqavilədə göstərilən pul ödənilməmiş, cəmi 2500 manat ödənilmişdir. O, avtomaşını CPS vasitəsi ilə nəzarət edərkən avtomaşının bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinin qarşısında dayandığını görüb həmin ünvana getmişdir. Müəyyən olundu ki, cavabdeh avtomaşını ofisin qarşısında qoyaraq getmiş, avtomaşına aid açarları isə X17 tərəfindən Saleh adlı şəxsə verilərək ona qaytarılması bildirilmişdir. Cavabdeh tərəfindən avtomaşınla Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədilməsinə görə avtomaşın cərimə meydançasına qoyulmuş, cərimələr onun tərəfindən 966 manat ödənilmişdir. 28 yanvar 2022-ci il tarixdə tərəfimdən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinin qarşısında avtomaşına baxış zamanı qabaq hissə, sağ qapılar əzik halda aşkarlanmış, təkərlərin sökülərək dəyişdirilməsi müəyyən edilmişdir. Tərəfindən texniki təmir məntəqəsində avtomaşına dəymiş ziyanın məbləği hesablanmış, dəymiş zərərin 2600 manat olduğu barədə X20 (VÖEN **********) tərəfindən akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən avtomaşın idarə olunarkən 13 dəfə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin quraşdırdığı kameralara düşmüşdür ki, həmin cərimələrin cəmi 6170 manat təşkil edir. Tərəfindən həmin cərimələrdən 966 manat ödənilsə də, qalan cərimələr ödənilməmişdir. Hal-hazırda avtomaşın işlək vəziyyətdə deyildir, eyni zamanda avtomaşın həbsdədir. Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(001)-2487/2022 nömrəli qərardadda göstərilən nöqsanlar aradan qaldırılmışdır. Cavabdehi məhkəməyə qədər görüşə çağırsa və ona öz pritenziyasını bildirsı də o, görüşə gəlməmiş, dəymiş ziyanı ödəməmişdir. Bununla əlaqədar olaraq tərəfindən ərazi aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmişdir. Tərəflərin izahatları:
5. Sonradan əsl iddiaçı kimi işə cəlb edilən İddiaçı iddia tələbinin əsaslandırılması ilə razı olduğunu və iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Müqavilə tərəfləri olan İddiaçı(birinci tərəf) və "xxxx" MMC(ikinci tərəf) arasında xx.xx.2021-ci il tarixdə Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləni birinci tərəfin əvəzinə etibarnamə üzrə nümayəndə X18, ikinci tərəfin əvəzinə X17 imzalamışdır.
8. Müqavilə üzrə tərəflər xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən AD-997578 saylı, xx.xx.2021-ci il tarixdə qeydiyyat şəhadətnaməsinə əsasən Toyota Prius (Hibrid) minik markalı, müh 4260163, ban nömrsi JTDKB20U87810362, 2008-ci il buraxılışlı, **-OT-*** DQN-lı avtomobil satıcı İddiaçı, həbsdə və girovda olmaması barədə (müayinə) arayışı aldıqdan sonra 22000 manata alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı satılacaq avtomobili 22000 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X8 ilkin alğı-satqı müqaviləsi bağlayaraq avtomobili 22000 manata almağı öhdəsinə götürür. Alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məbləğini 22000 manatı hər ay 1000 manat olmaqla, 19 iyun 2023-cü ilədək ödəməyi öhdəsinə götürür.
9. Nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə ƏN-Vİİ seriyalı, 738366 saylı etibarnamədən görünür ki, Sadıkov X12 Vüsal İsa oğluna 1 il müddətinə xx.xx.2022ci il tarixədək, “Toyota Prius” (hibrid) minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlər vermişdir.
10. İcraçı X20 (VÖEN: **********) tərəfindən sifarişçi X11 müraciəti ilə “Toyota Prius” markalı, **-OT-*** dövlət eydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və avtomobilin hissələrinə dəyən zərər ümumilikdə 2600 manat məbləğində qiymətləndirilmişdir.
11. Cərimələrə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli İXP4289270 saylı protokolla, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2021-ci il tarixində saat 21:10 radələrində İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC 5000 manat cərimə edilmiş, 500 manat endirim tətbiq edilməklə, cərimə məbləği 4500 manat müəyyən edilmişdir
12. Cərimələrə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli BNA1817503 saylı protokolla, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2021-ci il tarixində saat 14:43 radələrində İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən X18 20 manat cərimə edilmiş, 2 manat endirim tətbiq edilməklə, cərimə məbləği 18 manat müəyyən edilmişdir
13. Cərimələrə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli EQ8282381 saylı protokolla, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2021-ci il tarixində saat 00:51 radələrində İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən X18 10 manat cərimə edilmiş, 5,7 manat dəbbə pulu tətbiq edilməklə, cərimə məbləği 15,7 manat müəyyən edilmişdir
14. Cərimələrə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli İXP4311571 saylı protokolla, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2021-ci il tarixində saat 12:17 radələrində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən X7 100 manat cərimə edilmişdir
15. Cərimələrə dair çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli İXP4220434 saylı protokolla, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2021-ci il tarixində saat 13:47 radələrində İXM-nin 322.0.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən X10 40 manat cərimə edilmiş, 24 manat dəbbə pulu ilə birlikdə ödəniləcək məbləğ 64 manat hesablanmışdır.
16. İş materiallarında olan AR DİN BDYPİ –nə ödənilən cərimələrlə bağlı ödəniş qəbzlərindən görünür ki, ayrı-ayrı vaxtlarda 80,40 manat, 53,60 manat, 60,80 manat, 54,40 manat, 77,00 manat, sonuncu dəfə 640 manat olmaqla, ümumilikdə 966 manat məbləğində ödəniş edilmişdir.
17. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli icra sənədini qaytarılması barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi məhkəməyə qaytarılması qərara alınmışdır.
18. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu "xxxx" MMC-dən 5000 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcraat zamanı borclu "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından fəaliyyət göstərmədiyi və adına yönəldilə biləcəyi əmlak olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı tərəfindən X14 1 il müddətinə xx.xx.2022-ci il tarixədək, “Toyota Prius” (hibrid) minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlər vermişdir.
20. Həmin etibarnamə əsasında İddiaçı (əvəzinə X18) ilə "xxxx" MMC-nin adından X8 (əvəzinə X17) arasında 19 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi bağlanmışdır.
21. Həmin müqavilənin 3-cü bəndinə əsasən İddiaçı satılacaq avtomobili 22000 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə satmağı, alıcı "xxxx" MMCnin qanuni təmsilçisi X8 ilkin alğı-satqı müqaviləsi bağlayaraq avtomobili 22000 manata almağı və alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məbləğini 22000 manatı hər ay 1000 manat olmaqla, 19 iyun 2023-cü ilədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cəmi 2500 manat ödənilmiş, sonradan nəqliyyat vasitəsilə qəza törədilərək, cavabdehin ofisinin qarşısında tərk edilmiş halda saxlanılaraq, açarının iddiaçının nümayəndəsi olmuş X15 təhvil verilməsi tapşırılmışdır. İddiaçının nümayəndəsi avtomobili təhvil aldıqdan sonra avtomobilin qəzalı vəziyyətdə olduğunu və üzərində yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrinin olduğunu müəyyən etmişdir.
22. İddiaçı tərəf avtomobilin texniki baxışı keçirildikdən sonra avtomobilə dəyən zərərin 2600 manat olduğunu, o cümlədən ödənilməmiş cərimələrə görə 6170 manat borcun olduğunu müəyyən etmişdir. Avtomobili öz vəsaiti hesabına təmir elətdirmiş və cərimələrdən cəmi 966 manat ödəyə bilmişdir. Hal-hazırda iddiaçı həm avtomobilin təmiri ilə bağlı dəyən zərəri, özü tərəfindən cavabdehin əvəzinə ödənilmiş cərimələri, həm də avtomobilin üzərində olan məhdudiyyətləri götürmək üçün cavabdeh tərəfindən ödənilməmiş cərimələrin əvəzini tələb edir. Cavabdehin hüquqi ünvanına dəfələrlə bilidirişlər göndərilmiş, lakin bildirişlər təqdim edilə bilməmişdir. Buna baxmayaraq məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
23. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. - 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. - 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. - 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. - 402.5-cü maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. - 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
24. Göründüyü kimi İddiaçı (əvəzinə X18) ilə "xxxx" MMC-nin adından X8 (əvəzinə X17) arasında 19 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən Tayota Prıus (Hibrid) markalı,müh. 4260163, ban nömrəsi JTDKB20U087810362, 2008-ci il buraxılışlı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil gələcəkdə satılacağı "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
25. Faktiki olaraq tərəflər lizinq və nisyə-alqı satqı müqaviləsini pərdələmək məqsədilə ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Belə ki, ilkin müqavilənin mahiyyəti tərəflərin müqavilədə göstərilən şərtlərlə gələcəkdə əsas müqavilə bağlayacaqlarına dair üzərlərinə götürdükləri öhdəlikdir. Lakin hazırki mübahisədə tərəflər ilkin alqı-satqı müqaviləsini bağlayaraq, əmlakı satıcının mülkiyyətində saxlamaqla əmlakdan istifadə edilməsini satıcıya vermiş və əmlakın dəyərini hissə-hissə ödəməklə bağlı razılıq əldə etmişlər. Buna baxmayaraq məhkəmə hesab edir ki, müqavilənin əhəmiyyətsizliyi mülkiyyətə dəyən zərərin əvəzinin ödənilməsini istisna etmir.
26. Çünki Avtomobil "xxxx" MMC-nin istifadəsində olduğu müddətdə, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müxtəlif inzibati xətalar törədilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC 5000 manat cərimə edilmişdir.
27. Həmçinin MMC-nin istifadəsində olduğu dövrdə avtomobilin müxtəlif hissələrinə zərər vurulmuş, zərər məbləği X11 (avtomobili etibarnamə ilə alan şəxsin) müraciəti ilə “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş texniki baxış nəticəsində avtomobilin hissələrinə dəyən zərər ümumilikdə 2600 manat məbləğində qiymətləndirilmişdir.
28. Bundan başqa ilə “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxslər tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmiş və cərimə məbləğləri ödənilməmişdir.
29. Sadalanan məqamları nəzərə alan iddiaçı tərəfindən avtomobil təmir etdirilmiş, təmirinə 2600 manat xərc çəkilmiş, həmçinin avtomobil ilə törədilən inzibati xətalara görə 966 manat məbləğində cərimə ödənilmişdir. Ödənilməmiş 5170 manat məbləğində cərimə qalmışdır. Eyni zamanda inzibati xətalara dair işlər üzrə məhkəmənin inzibati tənbeh növü kimi cavabdeh barəsində inzibati cərimə seçməsi, həmin cərimənin ödənilməsi üçün cavabdehdən həmin məbləğin tələb edilməsini istisna etmir. Belə ki, halhazırda avtomobilin üzərində ödənilməmiş cərimələr olduğundan istifadəsi qadağan olunub və cavabdeh həmin cərimələri ödəməkdən yayınır. Nəticədə iddiaçı cavabdehin hüquqa zidd əməlləri nəticəsində mülkiyyətindən istifadə edə bilmir. Bundan başqa şəxsin barəsində inzibati xətaya dair iş üzrə inzibati tənbeh vermə haqqında məhkəmə qərarının olması məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.( Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi)
30. İddiaçıya vurulan zərər və çəkdiyi xərclər iş materiallarında olan zərər aktı, ödəniş qəbzləri və məhkəmə qərarı əsasında verilən müvafiq icra sənədi ilə sübut olunur. (9-cu bənd, 15-ci bənd və 16-cı bənd)
31. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
32. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
33. İşin hallarından da müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan və cavabdeh ”Kazımlı Company” MMC-nin faktiki sahibliyi və istifadəsində olmuş “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun birbaşa və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkətləri nəticəsində maddi zərər dəymişdir.
34. Odur ki , məhkəmə İddiaçı avtomobilə dəymiş ziyana görə 2600 manat, avtomobillə törədilən inzibati xətalara görə ödənilmiş 966 manat məbləğində cərimənin və ödənilməmiş 5170 manat məbləğində cərimə məbləğinin ümumilikdə 8736 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini barədə tələbini əsaslı hesab edir.
35. Tətbiq edilən prosessual normalar:
36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:
39. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh ”Kazımlı Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8736 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh ”Kazımlı Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8736(səkkiz min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev