Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2909/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında olan nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmiş, uşaqların hər birinə 170 manat aliment təyin edilmişdir. Nikah pozulduqdan sonra Cavabdeh uşaqları ilə maraqlanmamış, qətnamə ilə müəyyən edilmiş alimentdən savayı maddi köməklik göstərməmişdir. Bundan başqa, o valideyn kimi öz borcundan yayınmaq üçün əmək haqqısını bir neçə dəfə aşağı həddə müəyyənləşdirməsi üçün iş görmüşdür. İki yetkinlik yaşına çatmayan uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Düzdür özü işləyir və əmək haqqı alır, lakin yenə də onların xərclərini qarşılamaqda problemlər yaranmışdır. Bu gün durmadan artan qiymətlər, o cümlədən uşaqların yaşayışları üçün minimum təminatları dəyişdiyindən o, hesab edir ki, azyaşlılar üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalıdır. Himayəsində qalan uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı, məişət qayğılarının çəkilməsi üzərinə düşmüş və bu durumda xərclərin cavabdeh tərəfindən də qarşılanması labüddür. Nəzərə alınmalıdır ki, Rəcəb və Pərvinə aliment 2020-ci ildə minimum həddə təyin edilmiş, o zamandan hal-hazıradək uşaqların yaşayış minimumu ölkə üzrə 4 dəfə artırılmışdır. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş aylıq 170 manat sabit pul məbləğində alimentin artırılaraq hər bir uşağa görə 350 manat müəyyən edilməsi və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Eyni zamanda cavabdeh iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə gücünün çatmadığını əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 954/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1456 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X2 anaları X5 yanında qalmalarının müəyyən edilməsi və Cavabdeh 02 dekabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5996/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini hazırki vəziyyətdə alimentin artırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmasının iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X7 “X3” X9 işləməklə, aylıq vəzifə maaşı 898.7 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında “mühafizəçi” vəzifəsində işləyir və 400 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçı Ağayeva (Hüseynova) Elvira Arif qızı ilə xx.xx.2010-cu il tarixli Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanan nikahları, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-945/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 18 yaşlarına çatana qədər hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. 2020-ci il üçün yaşayış minimumunun məbləğini aliment olaraq ödəmək üçün heçbir etiraz etməmişdir. Çünki alimentin məbləğini ödəməyə maddi vəziyəti imkan verirdi. Ona görə də hal-hazırkı vaxta kimi ödənişlərində heç bir gecikmə halı da olmamışdır. Hazırda iddia üzrə isə iş yerini dəyişmək məcburiyyətində qaldığı üçün alimentin miqdarı artırılacağı təqdirdə ödənişlərdə çətinlik yaranacaqdır. Çünki yeni iş yerində əmək haqqının miqdarında azalma olmuşdur. Bununla bağlı bir dəfə 2022-ci ildə də məhkəməyə müraciət olunmuş, hakim ədalətli qərar qəbul edərək maddi vəziyyətini nəzərə almış, qətnamə ilə müəyyən olunan aliment dəyişdirilmədən saxlanılmışdır. Həmin zamandan həyatında heç bir şey dəyişməmiş, maddi gəliri daha da azalmışdır. Eyni zamanda o, yeni ailə həyatı qurmuş, arvadı da hazırda işləmir. Maddi durumu ürək açan deyildir. Uşaqlarını keçmiş arvadı və ailəsi ona göstərməmiş, həmin müddətdə də alimenti ödəməkdə davam etmişdir. 6 ay sonra o, uşaqlarını polis vasitəsi ilə axtarıb tapmışdır. İndi də onun uşaqları ilə ünsiyyəti demək olar ki, yoxdur. Çünki onları ona qarşı öyrədirlər. Normal sivil qaydada boşanmaqlarını qəbul etmirlər. Əslində bu nikahın ləğv edilməsində də təşəbbüskar o, yox qarşı tərəf olmuşdur. Hal-hazırda “Aral Plaza”-da mühafizə xidmətinində işləyir. Aylıq əmək haqqısı 400 manat məbləğindədir. İş yerini dəyişmək məcburiyyətində qaldığı və əmək haqqının miqdarında azalma olduğu üçün, mövcud qətnamə üzrə qət edilən 340 manat alimenti də ödəməkdə çətinlik çəkir. Məhkəmənin iddia üzrə qəbul edəcəyi artımlı məbləğ isə onun üçün icrası mümkün olmayan öhdəlik yaradacaqdır. Valideyn olaraq övladlarının saxlanılması üçün daha çox aliment ödəmək istəyərdi. Lakin hazırkı maddi vəziyəti bunu qeyri-mümkün edir. Aylıq gəlirinin əsas hissəsini aliment olaraq övladlarının saxlanılması üçün ödəyir. Şəxsi ehtiyaclarını isə necə təmin edəcəyini heç özü də bilmir. Onun aylıq qazancının miqdarında isə artım əvəzinə azalma olmuşdur. Ona görə də mövcud maddi vəziyyətinin məhkəmə tərəfindən nəzərə alınması ümidindədir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iş üzrə iddianın təmin ediməməsi və alimentin miqdarının olduğu kimi, yəni hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat məbləğində saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il və 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat və 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin (hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra Cavabdeh maddi vəziyyətində artım olmamış və hal-hazırda onun aylıq vəzifə maaşı 400 manat təşkil edir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hazırki vəziyyətinin tələb olunan alimenti ödəməyə imkanının olmaması özü-özlüyündə cavabdehin bir ata kimi aliment ödənilməsi, uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən artan tələbatlarının qarşılanması öhdəliyindən azad etməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göstərilənləri nəzərə alaraq, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-954/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-2909/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2909/2024
22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver