Məhkəmə qərarları › İş №2(001)-2926/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2926/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2926/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9770/2018 saylı 14.12.2018-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsinə, Cavabdeh 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 aprel 2012-ci il tarixdə rəsmi nikaha girərək, evlənib ailə qurmuşlar. Birgə nikahdan 28 aprel 2013-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 11387/2015 saylı 08.10.2015-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah məhkəmə qaydasında pozulmuş və 28.04.2013-cü il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilməklə, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin aylıq gəlir, qazancının ¼ hissəsi və 15 manat sabit pul məbləği şəkilində aliment tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-9770/2018 saylı, 14.12.2018-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 154 manat miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir və həddindən artıq azdır. O, uşağın təhsili ilə bağlı, həmçinin sağlamlığının qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun isə təkbaşına bütün maddi tələbatları ödəmək imkanı yoxdur . Alimentin məbləğinin artırılması onun normal təhsil alması, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Uşaq məktəblidir və onun təhsil alması ilə bağlı da xeyli əlavə vəsaitlər tələb olunur. Cavabdeh də bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və ilk növbədə uşağın hüquqları nəzərə alınmalıdır ki, alimentin ödənilməsi uşağın maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Həmçinin o, dəfələrlə cavabdehdən alimentin məbləğini artırmasını tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdeh işləyir , 480 manat maaş alır , İİİ qrup əlildir , əlliyə görə 120 manat müavinət alır və əlavə gəliri var, öz həyətində kirayəyə evlər verir. Qeyd olunmalıdır ki, uşaqlar üçün minimum yaşayış həddi də dəfələrlə qaldırılmışdır. Ona görə də alimentin miqdarı artırılmalı və hər ay sabit məbləğdə 193 manat olmaqla aliment cavabdehdən tutulmalıdır. Cavabdeh isə “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiasının heç bir əsası olmadığı üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etmir və iddia tələbi rədd edilməlidir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 08.10.2015-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur və 28.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirin (qazancın) ¼ hissəsinin tutulması qət edilmişdir. Onun maddi vəziyyətində heç bir yaxşılaşma halı baş verməmiş və dəyişiklik olmamışdır. O, ümumi xəstəlik İİİ qrup əlilliyə görə aylıq 120 (bir yüz iyirmi) manat məbləğində sosial müavinət alır və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitununun Təchizat və Təsərrüfat işləri Şöbəsində yükdaşıyan peşəsində işləyir və 470 (dörd yüz yetmiş ) manat əmək haqqı alır. Göründüyü kimi onun əlavə qazanc və gəliri yoxdur. Onun maddi vəziyyətində dəyişiklik olmamışdır. Onun əmək haqqısı və müavinət birlikdə 590 (beş yüz doxsan) manat edir və bir uşağa qanunvericlikdə nəzərdə tutulduğu qaydada 1/4 hissəsi 147 manat edir və belə olan halda ödənilən 154 manat aliment miqdarı həmin məbləğdən yüksəkdir. Aliment miqdarının artırılması üçün heç bir əsas yoxdur. Həmçinin iddiaçı tərəf də bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsində iştirak etməlidir və uşağın saxlanılması onun da borcudur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul ermədiyini bildirib, iddia ərizəsinə etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 107802 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 aprel 2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9770/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikadan olan uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, Cavabdeh tərəflərin birgə nikahdan olan 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin artırılaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli **********8 saylı Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ümumi xəstəlik İİİ dərəcəli əlilliyə görə aylıq 120(bir yüz iyirmi) manat məbləğində sosial müavinət alır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən verilmiş 10 may 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh 26.02.2014-cü il tarixdən “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun Təchizat və təsərrüfat işləri şöbəsində yükdaşıyan işləyir və aylıq əmək haqqısı 470 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 10 mart 2022-ci il tarixli arayışdan görünür ki, keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 154 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən uşağın saxlanması üçün hazırda cavabdeh tərəfindən uşağa görə ödənilən 154 manat aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən də azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2018-ci ildə, yəni uşağın 5 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşağın 9 yaşı vardır və ötən 4 il ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatlarının cavabdeh tərəfindən ödənilən 154 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərinə qədər, yəni 193 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9770/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 154 manat miqdarda alimentin məbləği atırılmalı, 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 193 manat miqdarda aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və qanunla müəyyən edilmiş qaydada ölkədə yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş məbləğdən aşağı olmaması nəzərə alınmaqla ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9770/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 28 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar