Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2946/2021 13.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayılov Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəbrayılov Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5025/2015 saylı, 20.08.2015-ci il tarixli qətnaməsi ilə 09.09.2011-ci il təvəllüdlü Cəbrayılova Yeganə Cavabdeh qızına müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi 09.09.2011-ci il təvəllüdlü Cəbrayılova Yeganənin saxlanılması üçün cavabdeh Cəbrayılov Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 06.01.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Kürdəmir RİH Qaran kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydiyyatı kitabında № 01 ilə qeydə alınmışdır. Birgə nikahlarında 09.09.2011-ci il tarixdə Cəbrayılova Yeganə Cavabdeh qızı doğulmuşdur. O zaman münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdeh öz ailəsinə qarşı biganə olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5025/2015 saylı 20.08.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 09.09.2011-ci il tarixdə Cəbrayılova Yeganə Cavabdeh qızının onun yanında qalması və cavabdehdən övladının saxlanması üçün hər ay 108 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda onda olan məlumata əsasən cavabdeh kənd təsərrüfatı sahibkarlığı ilə məşğuldur. Aylıq əliri 1000 manatdan çoxdur. Bununla belə övladına az miqdarda aliment ödəyir. Övladı orta məktəbdə oxuyur. Onun gələcəkdə Respublikanın sağlam və savadlı vətəndaşı olması üçün idman, musiqi,xarici dil kurslarında təhsil alması üçün əlavə məşğələlərlə məşğul olur. Hazırda Azərbaycan Respublikası üzrə uşaqların saxlanması üçün minimum yaşayış səviyyəsi 175 manat müəyyən edilmişdir. Ona görə də hesab edir ki, cavabdeh Cəbrayılov Cavabdeh 200 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə faktiki olaraq 108 manat ödənilir. Aliment ödənişlərini gecikdirdiyindən hal-hazırda cavabdehin 800 manat aliment borcu vardır. Bu ilin yanvar ayından isə ümumiyyətlə ödəniş etmir. Pandemiyada ev təmirini öz üzərinə götürərək, həmin evdə malyar kimi işləyir. Bakı şəhərində kirayə qalır. Kifayət qədər gəliri var. O, valideynləri ilə birlikdə qalır. Cavabdeh məhkəmənin olmasından xəbərdardır. Lakin iştirak etmir. Cavabdeh aliment borcuna görə Kürdəmirdə axtarışdadır. Aliment indiyə kimi cavabdehin anasının pensiyası əsasında ödənilirdi. Aliment borcunun ödənilməsi ilə bağlı şikayət etməmişdir. Cavabdehə bu gün məhkəmə prosesinin olduğunu desə də, cavabdeh gəlməkdən imtina etmiş, bildirmişdir ki, onsuz ödəyə bilməyəcək. Gəliri yoxdur. Özü üçün işləyir və ancaq özünü dolandıra bilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyinin üstünlüyü baxımından hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 07 aprel 2016-cı il tarixdə verilən AZ-İ seriyalı, 230688 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılov Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 aprel 2016-cı il tarixində 135 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Cəbrayılov”, qadına “Məmmədova” soyadı verilmişdir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən 15 dekabr 2011-cı il tarixdə verilən AZ- İİ seriyalı, 784425 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılova Yeganə Cavabdeh qızı 15 dekabr 2011-ci il tarixində Kürdəmir şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2262 № ilə qeyd edilmişdir. X1, anası X3r. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)- 5025/2015 saylı qətnaməsindən görünür ki, X4 ilə Cəbrayılov Cavabdeh arasında 06 yanvar 2011-ci il tarixində Kürdəmir rayon İHB-nin Qarasu kənd nümayəndəliyində rəsmiləşdirilmiş nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmiş, nikahın pozulması, 09.09.2011-ci il təvəllüdlü Cəbrayılova Yeganə Cavabdeh qızının anası Cəbrayılova Kəmalə Rəhman qızının yanında saxlanması, cavabdeh Cəbrayılov Cavabdeh övladı Cəbrayılova Yeganə Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması və iddiaçı X4na verilməsi qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Rəhim qızı ilə cavabdeh Cəbrayılov Cavabdeh birgə nikahından 09.09.2011-ci il təvəllüdlü Cəbrayılova Yeganə Cavabdeh qızı doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)-5025/2015 saylı qətnaməsi ilə Cəbrayılov Cavabdeh övladı Cəbrayılova Yeganə Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı artıq müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etdiyindən, məhkəmə onun tələbinə məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X6 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2015-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)-5025/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən hər ay iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək uşaqlar üçün nəzərdə tutulmuş yayayış minimumu həddində, yəni hər ay üçün 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri haqqında və artırılması xahiş olunan miqdarda aliment ödəmək iqtidarında olması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə əsaslı hesab edilməmişdir. Yuxarıda göstərilən Ali Məhkəmənin Plenum qərarında əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)-5025/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 09 sentyabr 2011-ci il təvəllüdlü Cəbrayılova Yeganə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəbrayılov Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan (175 - 108=67 x 12=804) ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdeh Cəbrayılov Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(001)- 5025/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 09 sentyabr 2011-ci il təvəllüdlü Cəbrayılova Yeganə Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəbrayılov Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Cəbrayılov Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2946/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2946/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver