Məhkəmə qərarları › İş №2(001)-2955/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2955/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2955/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il taridə idarə etdiyi “X1” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonu istiqamətində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Opel” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək surətdə yolda sağa olan döngəni kəsə bilmədiyindən, iddiaçının hərəkətdə olduğu zolağa çıxaraq, onun idarə etdiyi avtomobilin sol tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində də, İddiaçı müxtəlif bədən xəsarətləri alaraq, həm avtomobilinə, həm də özünə ziyan dəymişdir. Göründüyü kimi iş üzrə İddiaçı xəsarətin yetirilmə yeri Zərdab rayonu ərazisi, ziyan vuranın qeydiyyatda olduğu yer isə Laçın rayonu, Çağazur kəndi olması müəyyən edilmişdir. Cavabdehin yaşayış yerinin Binəqədi rayonu olması barədə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.6ci maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə ya ziyan vurma yerinə görə Zərdab Rayon Məhkəməsinə, ya da ziyan vuranın qeydiyyatda olduğu yer üzrə Laçın Rayon Məhkəməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. (MPM 45.1) Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (müvafiq olaraq ya ziyan vurma yerinə görə, ya da ziyan vuranın qeydiyyatı üzrə) məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada (müvafiq olaraq ya ziyan vurma yerinə görə, ya da ziyan vuranın qeydiyyatı üzrə) məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar