Məhkəmə qərarları › İş №2(001)-2961/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2961/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2961/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ACER ASPİRE kompüter üçün, 1763 (bir min yeddi yüz altmış üç) manat ödənilməmiş hissə, 176.3 (yüz yetmiş altı manat, 30 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG, HOFFMANN PARTY BOX musiqi mərkəzi, üçün, 1440.2 (bir min dörd yüz qırx manat, 20 qəpik) manat ödənilməmiş hissə, 144.02 (yüz qırx dörd manat, 2 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********35200 XİAOMİ REDMİ A3 markalı telefon, İmei kod **********81639 HUAWEİ NOVA Y61 markalı telefon üçün, 504.8 (beş yüz dörd manat 80 qəpik) manat ödənilməmiş hissə, 50.48 (əlli manat, 48 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********33906 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 220 (iki yüz iyirmi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ELEKTROMOBİL MERCEDES üçün, 183.9 (yüz səksən üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, 18.39 (on səkkiz manat, 39 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41241 SAMSUNG GALAXY A14, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF üçün, 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16.5 (on altı manat, 50 qəpik) manat dəbbə: xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********81303 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 159 (yüz əlli doqquz) manat ödənilməmiş hissə, 15.9 (on beş manat, 90 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, EPSON printer üçün, 142 (yüz qırx iki), 14.2 (on dörd manat, 20 qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94560 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 110.6 (yüz on manat, 60 qəpik) manat ödənilməmiş hissə, 11.06 (on bir manat, 6 qəpik) manat dəbbə, ümumilikdə 5157.35 manat borc, 71.58 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə ödənilmiş rüsumun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(bundan sonra MPM): 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, MPM-nin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi, o cümlədən ödənilmiş 71,58 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, o cümlədən 71.58 (yetmiş bir manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar