Məhkəmə qərarları › İş №2(001)-2969/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2969/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2969/2021 13.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN plitə üçün 95 manat ödənilməmiş hissə, 28 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG soyuducu, LG qabyuyan, LG paltaryuyan, SAMSUNG mikrodalğalı soba üçün 3.971 manat ödənilməmiş hissə, 1.191 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, X4 üçün 1.182 manat ödənilməmiş hissə, 354 manat dəbbə, ümumilikdə 6.821 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6.851 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxxxxxx 2018-ci il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrinə əsasən, HOFFMANN plitə, LG soyuducu, LG qabyuyan, LG paltaryuyan, SAMSUNG mikrodalğalı soba, X4 almış və nəticədə 6.821 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 347 manat (18 ay x 19 manat + 5 manat ilkin ödəniş) HOFFMANN plitə üçün ümumilikdə, 123 manat olmaqla ondan 95 manat ödənilməmiş hissə, 28 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3.971 manat (11 ay x 361 manat + 0 manat ilkin ödəniş) LG soyuducu, LG qabyuyan, LG paltaryuyan, SAMSUNG mikrodalğalı soba üçün ümumilikdə, 5.162 manat olmaqla, 3.971 manat ödənilməmiş hissə, 1.191 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.182 manat (6 ay x 197 manat + 0 manat ilkin ödəniş) X4 üçün ümumilikdə 1.536 manat olmaqla ondan, 1.182 manat ödənilməmiş hissə, 354 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 252 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etməyərək bildirdi ki, o, həmin əşyaları kafe işlətdiyinə görə almış, lakin həmin əşyalar başqa şəxs tərəfindən oğurlanaraq satılmışdır. Hazırda bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş və araşdırma aparılır. İddiaçı tərəfindən hesablanmış cərimə də yüksəkdir, həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 347 manat ilkin ödəniş 5 manat ödənilməklə olan plitə HOFFMANN G70NERC markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00310410 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3.971 manat olan soyuducu LG GA-B459SMHZ (gümüşü), qabyuyan LG DFB512FP (gümüşü), paltaryuyan LG F4J6TN8S (gümüşü), mikrodalğalı soba SAMSUNG ME83MRTS/BW markalı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00914981 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.182 manat olan X5 Atron H28 (75/100 sm) markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00915068 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə əsas borcu 95 manat, cərimə borcu 28 manat olmaqla, cəmi 123 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 3.971 manat, cərimə borcu 1.191 manat olmaqla, cəmi 5.162 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1.182 manat, cərimə borcu 354 manat olmaqla, cəmi 1.536 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6.821 manat məbləğində borcu vardır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı, xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı və xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 6.821 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı, xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı və xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 5 manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 100 manat və xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı müqavilə üzrə əsas borc 95 manat, cərimə borcu 5 manat olmaqla, cəmi 100 manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı müqavilə üzrə əsas borc 3.971 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 4.071 manat, xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilə üzrə əsas borc 1.182 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 1.232 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2018-ci il tarixli, 00310410 saylı müqavilə üzrə Cavabdeh 95 (doxsan beş) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxxxx 2019-cu il tarixli, 00914981 saylı müqavilə üzrə Cavabdeh 3.971 (üç min doqquz yüz yetmiş bir) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə olmaqla, cəmi 4.071 (dörd min yetmiş bir) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxxxx 2019-cu il tarixli, 00915068 saylı müqavilə üzrə Cavabdeh 1.182 (bir min yüz səksən iki) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.232 (bir min iki yüz otuz iki) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23 (iyirmi üç) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar