Məhkəmə qərarları › İş №2(001)-2975/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2975/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2975/2025 18.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon, Samsung Charger üçün 967 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 96,70 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Toshiba» markalı televizor üçün 801 manat ödənilməmiş hissə və 80,10 manat cərimə olmaqla, ümumilikdə 1968,40 manat borcun və 39,69 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon, Samsung Charger və «Toshiba» markalı televizor almış, nəticədə 1968,40 manat borc yaranmışdır. Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1935 manat olan «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon, Samsung Chargeri ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 161,25 manat ödəmək şərti ilə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 801 manat olan «Toshiba» markalı televizoru ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 44,5 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon, Samsung Charger üçün ümumilikdə 1087,30 manat olmaqla, ondan 967 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 96,70 manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən «Toshiba» markalı televizor üçün ümumilikdə 881,10 manat olmaqla, ondan 801 manat ödənilməmiş hissə, 80,10 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 968 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 13905821 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 12 ay müddətinə, hər ay 161,25 manat ödəmək şərti ilə, dəyəri 1934,95 manat olan «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon və Samsung Charger satmışdır. X4 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən «Samsung Galaxy S22» (İMEİ Kodu **********01419) markalı telefon və Samsung Chargeri Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Arayışdan və təhvil təslim aktından görünür ki, Samsung Galaxy S22 (İMEİ Kodu **********01419) markalı telefonun açılıb bağlanması xidmətinə görə X1 23,30 manat pul ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 02986444 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 44,5 manat ödəmək şərti ilə, dəyəri 8001 manat olan «Toshiba” markalı televizor satmışdır. X4 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən «Toshiba» markalı televizor Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 967 manat əsas borc və 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 96,70 manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqavilə üzrə 801 manat əsas borc və 80,10 manat cərimə borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi tam təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 967 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi, 96,70 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 801 manat əsas borc, 80,10 manat cərimə alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən, ödənilmiş 39,69 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 967 (doqquz yüz altmış yeddi) manat məbləğində əsas borc, 23,6 (iyirmi üç manat 60 qəpik) manat məbləğində İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi, 96,70 (doxsan altı manat 70 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 801 (səkkiz yüz bir) manat məbləğində əsas borc, 80,10 (səksən manat 10 qəpik) manat məbləğində cərimə borcu və 39,69 (otuz doqquz manat 69 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2008,09 (iki min səkkiz manat 09 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar