Məhkəmə qərarları › İş №2(001)-2982/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2982/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2982/2021 24.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə və kredit müqaviləsi üzrə 11.06.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1123,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23760,61 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilin hərracdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə onlunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi şəkildə icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 11 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin 12 saylı filialından illik 25 % olmaqla 60 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzili 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü ilin 11 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 % dərəcəsi ilə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci ilin fevralın 16-dək Cavabdeh1 2014-ci il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 22636,81 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 Məmmədhüseyn qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşma ilə müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyi üçün, öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və onun satışından əldə edilən pul vəsaiti borcun əvəzinə ödənilməlidir. Bundan başqa 16 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə və kredit müqaviləsi üzrə 11.06.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1123,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23760,61 manat borc vardır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mülki iş üzrə təqdim edilmiş ekspertiza rəyləri ilə razıdır. Hazırki borc məbləği 24158 manatdır. Müqavilə üzrə sonuncu ödəniş 10 oktyabr 2017-ci il tarixində olmuşdur. Kredit müqaviləsi üzrə borc məbləğinin fərmanın təsir dairəsinə düşməsi barədə borclulara şifahi məlumat verilmişdir. Lakin borclular tərəfindən banka məlumat verilməmişdir. Tərəflərə yeni kredit müqaviləsinin bağlanması barədə bildirişin göndərilib-göndərilməməsindən məlumatsızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər 24.05.2021-ci il tarixində məhkəməyə yazılı etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar 2014-cü il 11 iyun tarixli müqaviləsinə əsasən Cavabdeh1 qızının adına "xxxx" İKB ASC-nin 12 saylı filialından 60 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşlər. Borcun təminatı olaraq isə cənab Prezidentin şəhid ailəsi qismində ailələrinə bağışladığı qızının mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mkr, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30.05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzili 2014-cü il 11 iyun tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddiaçı "xxxx" ASC “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 11 iyun tarixli kredit müqaviləsi üzrə banka 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə və kredit müqaviləsi üzrə 11.06.2019-cu il tarixdən 16.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1123,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23760,61 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinin hərracdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi şəkildə icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 otaqlı, 53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2Q nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edirlər ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası borca görə vətəndaşı mənzildən məhrum etməyi qadağan edir. İddia tələbindən açıqaşkar görmək mümkündür ki, iddiaçının birbaşa istəyi, tələbi və mövqeyi bilavasitə vətəndaşı tək yaşayış yeri olan mənzildən məhrum etməkdir. Bu isə beynəlxalq hüquq normalarına birbaşa ziddir. Bankın tutma yönəldilməsini xahiş etdiyi əmlak onlara məhz şəhid ailəsi olduqları üçün Prezident tərəfindən bağışlanılmışdır. Onuda qeyd edirlər ki,”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bizə müvafiq güzəşt tətbiq olunmuşdur. Buna baxmayaraq bank yenidən bu dəfə daha da şişirdilmiş rəqəmlərlə məhkəməyə müraciət etmiş, cənab Prezidentin güzəşt etdiyi vətəndaşlardan guya mülki qanunvericiliyə əsaslanaraq əldən çıxmış fayda qismində pul tələb edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Nikoil" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 24-G- 0-0-255-14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh1 illik 25% faiz hesablanmaqla 60 ay müddətinə, aylıq ödəniş 498,97 manat olmaqla 17000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “Nikoil" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2014-cü il tarixli 24-G-0- 0-255-14 saylı saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla ipotekaqoyan arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 24-G-0-0-255-14 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə ayrılmış 17000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər ünvan 1 ünvanında yerləşən 53,57 km.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilin ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 60000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" İKB ASC tərəfindən verilən 11 iyun 2014-cü il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 17000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ******* saylı, RX seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 saylı evin, 98 saylı mənzili mülkiyyət hüququ ilə Cavabdeh1 adına 14.05.2014-cü il tarixindən rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzili "xxxx" İKB ASC-nin 12 saylı filialının xeyrinə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 2128 nömrəli reyestr kitabının 197012 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən 10 iyun 2014-cü il tarixli 30 №-li arayışda görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilində qeydiyyatdadırlar. İpoteka saxlayan İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 ünvanlanan 12 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, ona kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə ipoteka müqaviləsinə əsasən tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilən 18.01.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə məktub göndərilmiş, lakin ünvanda məktubun götürülməsindən imtina edilmişdir. Bu səbəbdən məktub “imtina” qeydi ilə geri qaytarılmışdır. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı 12 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilən 18.01.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə məktub göndərilmiş, lakin ünvanda məktubun götürülməsindən imtina edilmişdir. Bu səbəbdən məktub “imtina” qeydi ilə geri qaytarılmışdır. İpoteka saxlayan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 22.01.2021-ci il tarixli (ipoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizəsindən görünür ki, bank qeyd edilən ərizə ilə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə tutmanı yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən elektron çıxarışdan görünür ki, bank tərəfindən idarəyə ünvanlanan ərizə 22.01.2021-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış, hazır olma tarixi 22.01.2021-ci il olaraq qeyd edilmişdir. Rüsum olaraq 30 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilən 16 fevral 2021-ci il tarixli, maliyyə arayışına əsasən Cavabdeh1 11 iyun 2014-cü il tarixli, 24-G-0-0-255-14 saylı kredit müqaviləsi üzrə 16 fevral 2021-ci il tarixinə 13421,51 manat əsas, 7792,64 manat faiz, 1422,66 manat cərimə, borcun gecikdirilməsinə görə hesablanmış 1123,8 manat faiz borcu olmaqla, cəmi 22636,81 borcu vardır. Kredit müqaviləsinin müddəti 11 iyun 2019-cu il tarixində bitmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh1 11 iyun 2014-cü il tarixli, 24-G-0-0-255-14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ 13421,51 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 9/4247 saylı, 28 iyul 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 11 iyun 2019-cu il tarixinə (kredit müqaviləsinin bitmə tarixinə) 13426,93 manat əsas, 7867,08 manat cərimə borcu, 16 fevral 2021-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) 13426,93 manat əsas, 8995,31 manat faiz borcu hesablanmışdır. Qeyd edilmişdir ki, 11 iyun 2014-cü il tarixli, 24-G-0-0-255-14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. "xxxx" MMC tərəfindən verilən 05 avqust 2021-ci il tarixli, LP-126/2021 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 62000 manat, hazırki bazar dəyəri 70000 manat olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 19 yanvar 2021-ci il tarixində 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilir: 1) iddiaçı ilə cavabdeh X1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, 2) cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur, 3) kredit müqaviləsinin təminatı kimi tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır, ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilidir 4) borc məbləği barədə maliyyə arayışı 16.02.2021-ci il tarixinə aiddir və müqavilənin müddəti bitmişdir, 4) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və restrukturizasiya olunmalı məbləğ 13421,51 manat müəyyən edilmişdir, 6) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir, 7) iddiaçı cavabdehə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş göndərdiyini iddia etsə də, bununla bağlı sənəd iş materiallarında müəyyən edilmir, 8) tutma yönəldilməsi tələb olunan ipoteka predmeti borcalanın yeganə yaşayış yeridir, bu fakt elektron informasiya sistemindən sorğulanan məlumatlardan müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin məhkəmə hesab edir ki, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Belə ki, iddiaçı əsas borc üzrə cavabdehdən 13421,51 manat tələb edir və həmin məbləğ də restrukturizasiya olunmalı olan məbləğlə eynilik təşkil edir. Mülki iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsindən cavabdehin 16.02.2021-ci il tarixə əsas borcunun 13426,93 manat olması müəyyən edilsə də, məhkəmə mülki iş üzrə tutulmalı olan əsas borc məbləğini restrukturizasiya məbləği, həmçinin iddia tələbi həcmində tutulmasını əsaslı hesab edir. Yəni cavabdehin müqavilə üzrə əsas borcunun 13421,51 manat olması işin halları ilə təsdiq olunur. Odur ki, müəyyən edilən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini kredit müqaviləsi üzrə faiz borcu, cərimə borcu və əldən çıxmış fayda hissəsində ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı borcalana kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz və cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 11 iyun 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən, 11 iyun 2014-cü il tarixli, 24-G-1-0-255-14 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzili (53,57 kv.m ümumi, 30,05 kv.m yaşayış, 23,52 kv.m yardımçı sahədən ibarət 2 otaqlı) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə LP-126/21 saylı, 05 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinin real bazar qiyməti 70.000 manat, likvid qiyməti 62.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 62.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 59-cü maddəsi ilə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın həmin mənzildən çıxarılması qaydası tənzimlənmişdir. Həmçinin Mülki Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, həmin evə tutma yönəldiyi təqdirdə cavabdehlərin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi həmin Qanunun 59-cu maddəsinin və MM-in 205.2-ci maddəsinin müəyyən etdiyi qaydada tənzimlənməlidir. İddiaçı kimi İddiaçı ASC-nin cavabdehin ipoteka predmeti olan mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil satıldığı halda, həmin mənzili əldə edəcək yeni mülkiyyətçiyə məxsusdur. İpoteka predmetinin ipoteka qoyan tərəfindən alınması da istisna edilmir. Digər tələblər də eyni ilə mülkiyyətçiyə məxsus mülkiyyətin müdafiəsi ilə bağlı(MM 157) yaranan tələblərdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində qeyd edilən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci “1 ay ərzində tərk etməlidirlər” ifadəsi, həm ipoteka predmetinin mülkiyyətçisinin, həm də onunla yaşayan digər şəxslərin ipoteka predmetindən çıxarılmalarını və ipoteka predmetini boşaltmalarını özündə ehtiva edir. Odur ki, məhkəmə iddia tələbini yalnız ipoteka predmeti ipoteka qoyandan qeyri şəxslərə satıldığı halda cavabdehlərin həmin mənzildən 1 ay ərzində çıxmaları və mənzili boşaltmaları(tərk etmələri) hissəsində əsaslı hesab edir. Məhkəmə eyni zamanda cavabdehlərin iddia ərizəsinə etirazındakı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdehlər iddia ərizəsinə etirazda bildirmişlər ki, ipoteka predmeti onların yeganə yaşayış yeridir və tək yaşayış yerinə tutmanın yönəldilməsi Konstitusiya və beynəlxalq hüquq normalarına uyğun deyildir. Məhkəmə yeganə yaşayış yeri olan ipoteka predmetinə tutma yönəldilməsinin qanunsuzluğu barədə cavabdehlərin etirazı ilə razılaşmır. Belə ki, ipoteka hüququnun elə əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Eyni zamanda ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Yəni ipotekanın mahiyyəti elə ondan ibarətdir ki, borclu müqavilə üzrə öhdəliyini icra etmədikdə ipoteka saxlayan tələbini ipoteka qoyanın mülkiyyətində olan əmlak hesabına təmin edə bilsin. İpoteka predmetinin yeganə yaşayış yeri olması ipotekanın mahiyyətini dəyişmir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.4-cü maddəsində qeyd edilmişdir ki, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Məhkəmə cavabdehlərin etirazında qeyd olunan halları onların vəsatəti kimi qiymətləndirir və o qənaətə gəlir ki, həqiqətən ipoteka predmeti cavabdehlərin yeganə yaşayış yeridir və bu əsasla ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11 iyun 2014-cü il tarixli, 24-G-1-0-255-14 saylı kredit müqaviləsi üzrə 13421,51 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı, Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2q saylı evin, 98 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində mənzildən çıxarılmalı(mənzili boşaltma və tərk etmə), ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilməsinə mütənasib olaraq kreditor və borclu arasında bölünməlidir. Odur ki, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, ümumilikdə 60 manat xərcin 30 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməli, həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 150 manat hissəsi Cavabdeh1, 150 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 11 iyun 2014-cü il tarixli, 24-G-1-0-255-14 saylı kredit müqaviləsi üzrə 13421,51(on üç min dörd yüz iyirmi bir manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 3, mənzil 98 (Reyestr nömrəsi: **********24-05101-093048) ünvanında yerləşən mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 62000(altmış iki min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına kredit borcu ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 98 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ay ərzində mənzildən çıxarılsın(mənzili boşaltma və tərk etmə). İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindikdən və icraya yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi 1 ilədək müddətə təxirə salınsın. Ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, ümumilikdə 60 manat xərcin 30(otuz) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 50(əlli) manat hissəsi Cavabdeh1, 50(əlli) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin, həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 150(bir yüz əlli) manat hissəsi Cavabdeh1, 150(bir yüz əlli) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar