Məhkəmə qərarları › İş №2(001)-3/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X9, Cavabdeh «Bağhlan Group FZCO şirkətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC-nin Müştərilərə xidmət Departamenti ilə cavabdeh X10 arasında bağlanmış C73/13 nömrəli, 15 fevral 2013-cu il tarixli Kredit müqaviləsinə əsasən X8 "istehlak xərclərinin ödənilməsi məqsədilə" illik 32 %lə, 12 ay müddətinə 300,000 (üç yüz min dollar) USD məbləğində Visa Gold plastik kart, C84/12 nömrəli, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə illik 32%-lə, 24 ay müddətinə 5,000 (beş min manat) AZN məbləğində kreditlər verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin 5.1-ci maddəsində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdehlər X8 və Cavabdeh2 "borcun qaytarılması tələbi ilə bağlı" şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. "xxxx" ASC-nin Müştərilərə xidmət Departamenti ilə cavabdeh X10 arasında bağlanmış C73/13 nömrəli, 15 fevral 2013-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-cı il tarixə cavabdeh X7 Ləğv prosesində olan "xxxx" ASC qarşısında əsas borc üzrə 594,633.42 USD, faiz borcu üzrə 783,802.01 USD, cərimə borcu üzrə 169,139.34 USD, cəmi 1,547.574.77 USD, C84/12 nömrəli, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 3,029.26 AZN, faiz borcu üzrə 2,597.45 AZN, cərimə borcu üzrə 1,115.10 AZN, cəmi 6,741.81 AZN borc yaranmışdır.1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-l(81)-1404/2016 saylı qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı yuxarıda göstərilənləri və AR MPM-nin 149-150-ci maddələrinin tələblərini rəhbər tutaraq cavabdeh X4 C73/13 nömrəli, 15 fevral 2013-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-cı il tarixə cavabdehdən Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 594,633.42 USD, faiz borcu üzrə 783,802.01 USD, cərimə borcu üzrə 169,139.34 USD, cəmi 1,547.574.77 USD, C84/12 nömrəli, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə X4 və Cavabdeh2 əsas borc üzrə 3,029.26 AZN, - faiz borcu üzrə 2,597.45 AZN, cərimə borcu üzrə 1,115.10 AZN, cəmi 6,741.81 AZN və ödənilmiş 30 AZN dövlət rüsumunun, l AZN bank xidmət haqqının tutulması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1553/2018 saylı, 23 fevral 2018-ci il tarixli qərardadına əsasən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması barədə» iddia ərizəsi üzrə icraat cavabdeh X2 ölümü ilə əlaqədar onun hüquqi varisi müəyyən edilənə qədər dayandırılmışdır. Bundan sonra, iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, artıq Bank iddia ərizəsinə əlavə təqdim edərək MPM-nin 53cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirdiyini bildirmiş və məhrum Cavabdeh2 əsl cavabdeh «Bağhlan Group FZCO şirkəti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.Buna görə də, iddiaçının nümayəndəsi artıq iş üzrə vəfat etmiş Cavabdeh2 cavabdehlər sırasından çıxarıldığından, bununla da icraatın dayandırılmasına əsas olan hal aradan qalxdığına görə iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-11/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsinin ərizəsi təmin edilmiş, iş üzrə icraatın dayandırılması barədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1553/2018 saylı, 23 fevral 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması barədə» iddia ərizəsi üzrə icraat təzələnmiş və Cavabdeh2 əsl cavabdeh «Bağhlan Group FZCO şirkəti ilə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirdiyi bildirmiş və göstərmişdir ki, iddia ərizəsinin xahiş edirik hissəsində cavabdeh X4 C73/13 nömrəli, 15 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 594 633.42 USD, faiz borcu üzrə 783 802.01 USD, cərimə borcu üzrə 169 139.34 USD, cəmi 1 547 547, 77 USD, C84/12 nömrəli, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə X4 və Cavabdeh2 əsas borc üzrə 3 029.26 AZN, faiz borcu 2 597.45 AZN, cərimə borcu üzrə 1 115.10 AZN, cəmi 6741.81 AZN və ödənilmiş 30 AZN dövlət rüsumunun, 1 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddaçı hesab edir ki, zaminlik müqaviləsi üzrə Cavabdeh2 yox, «Bağhlan Group» FZCO şirkəti olduğundan iş üzrə iddia tələbinin dəqiqləşdrilməsinə ehtiyac vardır. Buna görə də, iddiaçı yuxarıda göstərilənləri, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq cavabdeh X4 C73/13 nömrəli, 15 fevral 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 594 633.42 USD, faiz borcu üzrə 783 802.01 USD, cərimə borcu üzrə 169 139.34 USD, cəmi 1 547 547.77 USD, C84/12 nömrəli, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə X4 və «Bağhlan Group» FZCO şirkətindən əsas borc üzrə 3 029.26 AZN, faiz borcu 2 597.45 AZN, cərimə borcu üzrə 1 115.10 AZN, cəmi 6 741.81 AZN və ödənilmiş 30 AZN dövlət rüsumunun, 1 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” yenidən iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, MPMnin 53-cü maddəsinə əsasən iddiaçı qətnamə çıxarılanadək iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı yuxarıda göstərilənləri, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq cavabdehlər Cavabdeh1 və «Bağhlan Group» FZCo şirkətindən xx.xx.2013-cü il tarixli, C73/13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 594 633.42 ABŞ dolları, faiz borcu üzrə 903 256.43 ABŞ dolları, cərimə borcu üzrə 371 006.38 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 220 019,76 USD, cəmi borc üzrə 2 088 915.99 USD, 07 iyun 2012-ci il tarixli, C84/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3 029.26 AZN, faiz borcu üzrə 3 459.44 AZN, cərimə borcu üzrə 1 890.25 AZN, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1 225.14 AZN, cəmi 9 604.09 AZN məbləğində pulun tutulması və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X14 iddia tələbini müdafiə edərək iddia tələbinin sonuncu variantda təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdeh «Bağhlan Group FZCO şirkətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X11 - ekspert rəyinə əsasən xx.xx.2013-cü il tarixli, C73/13 saylı kredit müqaviləsi Cavabdeh1 tərərəfindən imzalanmadığına görə və ümumiyyətlə hər iki müqavilə üzrə iddia müddəti keçdiyinə görə iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh X15 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Buna görə də, məhkəmə həmin cavabdeh və onun nümayəndə və vəkilinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edildiklərini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh «Bağhlan Group FZCO şirkətinin etibarnamə üzrə nümayəndə və vəkilinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış № C73/13 saylı, 15 fevral 2013-cü il tarixli «kredit kartı vasitəsi ilə verilən kredit xətti» müqaviləsinə əsasən məlum olur ki, «Bank» «Borcalan» a bu müqavilənin şərtlərinə uyğun olaraq istehlak xərclərinin ödənilməsi məqsədilə 12 (on iki) ay muddətinə 300 000 (üç yüz min) ABŞ dolları məbləğində, müqavilə müəyyən edilmiş müvafiq faiz dərəcəsi, istifadə və ödəniş qaydaları çərçivəsində Visa Gold plastik kart vasitəsi ilə bərpaolunan kredit xətti verir.Kredit müvafiq məbləğin «Borcalan» ın bankdakı kart hesabından ödənildiyi gündən verilmiş sayılır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış № C84/12 saylı, 07 iyun 2012-ci il tarixli «kredit kartı vasitəsi ilə verilən kredit xətti» müqaviləsinə əsasən məlum olur ki, «Bank» «Borcalan» a bu müqavilənin şərtlərinə uyğun olaraq istehlak xərclərinin ödənilməsi məqsədilə 12 (on iki) ay muddətinə 5 000 (beş min) manat məbləğində, müqavilə müəyyən edilmiş müvafiq faiz dərəcəsi, istifadə və ödəniş qaydaları çərçivəsində Visa Gold plastik kart vasitəsi ilə bərpaolunan kredit xətti verir.Kredit müvafiq məbləğin «Borcalan» ın bankdakı kart hesabından ödənildiyi gündən verilmiş sayılır. İş materiallarında olan «Bağlan Group FZCO» şirkətinin direktoru Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış № C84/12 saylı, 07 iyun 2012-ci il tarixli «zaminlik» müqaviləsinə əsasən məlum olur ki, bu müqaviləyə əsasən Zamin, bundan sonra «Borc alan» adlanacaq X10 ilə Bank arasında imzalanmış 07 iyun 2012-ci il tarixli, C84/12 nömrəli kredit müqaviləsinə (bundan sonra-Kredit müqaviləsi) əsasən illik faiz dərəcəsi 24 (iyirmi dörd) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə verilən 5 000 (beş min) manat məbləğində (bundan sonra Kredit məbləği) vəsaitin, hesablanmış faizlərin və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin durur. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Ramil Tahirov tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktuğuna əsasən məlum olur ki, cavabdehlər kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdirlər. İş materiallarında olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nicat Mövsümov tərəfindən verilmiş 1413 saylı, 16 may 2017-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, X7 C84/12 saylı, 07 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə 5 000 manat kredit verilmişdir, kredit üzrə əsas borc 3 029.26 manat, kredit üzrə faiz borcu 2 597.45 manat, kredit üzrə cərimə borcu 1 115.10 manat, kredit üzrə cəmi borc 6 741.81 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nicat Mövsümov tərəfindən verilmiş 1414 saylı, 16 may 2017-ci il tarixli maliyyə arayışa əsasən məlum olur ki, X7 C73/13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 595 000 ABŞ dolları kredit verilmişdir, kredit üzrə əsas borcu 594 633.42 ABŞ dolları, kredit üzrə faiz borcu 783 802.01 ABŞ dolları, kredit üzrə cərimə borcu 169 139.34 ABŞ dolları , kredit üzrə cəmi borc 1 547 574.77 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2017-ci il tarixli, 28840 saylı rəyinə əsasən məlum olur ki, ekspertizaya təqdim olunmuş 07 iyun 2012-ci il tarixli, C 84/12 saylı Kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ tərəfində, 2-ci vərəqəsində isə «Borc alan» qrafasında imzalar - Cavabdeh1 tərəfindən icra olunmuşdur.Bundan başqa, ekspertizaya təqdim olunmuş, 15 fevral 2013-cü il tarixli, C73/13 saylı kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ tərəfində, 2-ci vərəqəsində isə «Borc alan» qrafasındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/259 saylı rəyinə əsasən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 kredit üzrə xx.xx.2013-cü il tarixli, C73/13 saylı bərpa olunan kredit xətti üzrə iddia ərizəsinə əlavə verilən tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 591 517.33 ABŞ dolları, faiz borcu üzrə isə 345 485.94 ABŞ dolları təşkil edir.Həmçinin, xx.xx.2012-ci il tarixli, C84/12 saylı bərpa olunan kredit xəti üzrə əsas borc 7 368.25 manat və faiz borcu üzrə isə 3 776.21 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuluyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh X10 07 iyun 2012-ci il tarixli, C84/12 nömrəli kredit müqaviləsini şəxsən bağladığından, krediti bankdan götürdüyündən, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, həmçinin zaminlik müqaviləsinə əsasən digər cavabdeh «Bağhlan Group FZCO şirkəti həmin kreditə görə görə kredit götürən şəxslə birlikdə zamində məsuliyyət daşıdıqlarından, cavabdehlər öhdəliyi birgə icra etməlidir, yəni həmin müqavilə üzrə kredit borcu (əsas borc, faiz borcu və cərimənin bir hissəsi) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən faiz məbləğinin tutulması qalan hissədə əsassız olduğundan rədd edilməli, həmçinin cərimə məbləği ağlabağan və adekvat olmadığından, habelə Cavabdeh1 ağır ailə və maddi vəziyyəti, o cümlədən kreditorun əsaslı mənafeyi nəzərə alınmaqla MM-nin 467-ci maddəsinin tələbinə əsasən azaldılmalıdır. Belə ki, MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehin nümayəndə və vəkilinin iddia müddətinin keçməsi ilə bağlı etirazı əsassızdır.Belə ki, iş materiallarından göründüyü kimi iddianın qismən təmin olunduğu - İddiaçı ASC ilə Cavabdeh1 arasında müqavilə 07 iyun 2012-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır,yəni tərəflər arasında müqavilənin başa çatma tarixi 07 iyun 2014-cü ildir və iddia müddətinin axımının başlanması da məhz həmin gündən hesablanmalıdır.Həmçinin, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC cavabdehlərə qarşı Binəqədi rayon Məhkəməsində 19 iyul 2017-ci il tarixdə idda ərizəsi ilə vaxtında müraciət etdiyindən, iddiaçı iddia müddətini həmin müqaviləyə münasibətdə keçirməmişdirBelə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla vaxtında həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.Göstərilənlərə əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə müəyyən edilir ki, iddianın təmin olunmuş hissəsinə münasibətdə iddia müddəti keçməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia qalan hissədə, yəni cavabdehlər Cavabdeh1 və «Bağhlan Group» FZCO şirkətindən xx.xx.2013-cü il tarixli, C73/13 saylı kredit müqaviləsinə əsasən əsas, faiz və cərimə borcunun tutulması hissəsində rədd edilməlidir.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2017-ci il tarixli, 28840 saylı rəyinə əsasən məlum olur ki, ekspertizaya təqdim olunmuş, 15 fevral 2013-cü il tarixli, C73/13 saylı kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1-ci vərəqəsinin aşağı sağ tərəfində, 2-ci vərəqəsində isə «Borc alan» qrafasındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Belə olan halda məhkəmə hesab edir ki, Bankla Cavabdeh1 arasında 15 fevral 2013-cü il tarixli, C73/13 saylı kredit kartı müqaviəsinin bağlanması təsdiqini tapmadığından, həmin müqailə üzrə Cavabdeh1 hər hansı öhdəlik daşıya bilməz.Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Buna görə də, məhkəmə hesab edir ki, həmin müqaviləyə münasibətdə cavabdehlərdən kredit üzrə əsas borcun, faiz borcunun və cərimənin tutulmasına dair hissədə iddia rədd olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanması iddia olunan15 fevral 2013-cü il tarixli, C73/13 saylı kredit kartı müqaviləsində Cavabdeh1 imzasının saxtalaşdırılması şübhəsi yarandığından və bu fakt ekspert rəyinə əsasən müəyyən olunduğundan mülki iş üzrə xüsusi qərardad çıxarılmalı və həmin qərar müvafiq araşdırma aparılması üçün aidiyyatı üzrə prokurorluğa göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edidiyindən məhkəmə xərcləri idianın təmin olunmuş hissəsinə uyğun olaraq tərəflərə aid edilməlidir.Belə ki, MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.MPM-nin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə həmçinin, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir və tutula bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddia ərizəsi qismən təmin edilsin. 07 iyun 2012-ci il tarixli, C84/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3 029.26 AZN, faiz borcu üzrə 3 459.44 AZN, cərimə borcu üzrə 1 89 AZN cəmi 6 677.7 (altı min altı yüz yetmiş yeddi manat yeddi qəpik) AZN məbləğində pul cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətindən müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə məsrəfi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 300 (üç yüz ) manat cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İddia təmin qismən edildiyindən, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 0.3%-i, yəni 0.09 (doqquz qəpik) manatı cavabdehlər Cavabdeh1 və «Bağhlan Group FZCO şirkətindən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, qalan 99.7%-i, yəni 29.21 (iyirmi doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar