Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3003/2021 30.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Şiarağa oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3071,96 manat məbləğində kredit borcu, 494,75 manat məbləğində faiz borcu, və 937,85 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4504,56 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 bank ilə 04.06.2019-cu il tarixdə bağladığı 056A191559309 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.04.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1428,04 manat ödəniş etmiş və onun iddiaçıya 3071,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 29.01.2021-ci il tarixəə 298 gün üçün hesablanmış faiz borcu 494,75 manatdır. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığın 0,1% məbləğində cərimə ödəməlidir. Odur ki, 29.01.2021-ci il tarixə 298 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 937,85 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Elşad oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birlikdə məsuliyyət daşıyır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəm iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, bank borcalana aylıq 2,0833 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 241 manat olmaqla, 4500 manat istehlak krediti verməyi, borcalan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı QSC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan 04 iyun 2019-cu il tarixli, 056G**********01 saylı zaminlik müqaviləsidən görünür ki, bu müqavilə borclunun 04 iyun 2019-cu il tarixli 056A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC tərəfindən verilən 04 iyun 209-cu il tarixli krediti verilməsi-köçürmə ilə bağlı qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh1 hesabına 45 manat komissiya haqqı tutulmaqla 4500 manat kredit verilmişdir. İddiaçı QSC tərəfindən borclulara ünvanlanan 22.01.2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, borclulara 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə olan borcu 31.01.2021-ci il tarixinədək ödəmələri təklif edilmiş əks halda kredit borcunun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC tərəfindən verilən 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 29.01.2021-ci il tarixinə Cavabdeh1 3071,96 manat əsas, 494,75 manat faiz, 937,85 manat cərimə borcu, cəmi 4504,56 manat borc hesablanmışdır. Cərimə üzrə gecikdirilən günlərin sayı 298-dir. Azərbaycan Respublikası Ekspertizası Mərkəzinin 9/3271 saylı, 26.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04 iyun 2019-cu il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas məbləğ üzrə 3049,07 manat, faiz üzrə borcu 705,09 manatdır. Ekspert tədqiqatının dəyəri 50 manatdır. 18 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, bank borcalana aylıq 2,0833 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 241 manat olmaqla, 4500 manat istehlak krediti verməyi, borcalan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün və zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan sonuncu dəfə 12 mart 2020-ci il tarixdə 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, borcalan Cavabdeh1 ilə iddiaçı olan bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kreditor müqavilə üzrə öhdəliyini icra etmiş müqavilədə qeyd edilən kredit məbləğini borcalana təqdim etmişdir, borcalan isə kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmamışdır. Kredit müqaviləsinin müddəti 04.06.2021-ci il tarixdə bitmiş və cavabdehin müqavilə üzrə borcu yaranmışdır. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi cavabdeh X2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə tərəfindən borc məbləğinin dəqiq müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı nəticəsində tələb olunan əsas borc məbləği azaldılmışdır. Bu səbəbdən məhkəmə əsas borc məbləğinin ekspert rəyi əsasında, faiz borcunun isə tələb həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddia əsas borca münasibətdə qismən təmin edilməli, 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 3049,07 manat məbləğində müəyyən edilməlidir. Tələb olunan faiz məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, 26.05.2021-ci il tarixli, 9/3271 saylı ekspert rəyində cavabdehin banka olan faiz borcu 16.02.2021 il tarixə 705,09 manat müəyyən edilsə də, iddiaçı cavabdehdən 494,75 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən faiz borcu iddia tələbi həddində, yəni 494,75 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, 056A********** saylı, 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 937,85 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və əsas borc məbləği nəzərə alınmaqla 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3049,07 manat, faiz borcu üzrə 494,75 manat, cərimə borcu üzrə 200 manat olmaqla, ümumilikdə 3743,82 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3049,07( üç min qırx doquz manat, yeddi qəpik) manat, faiz borcu üzrə 494,75 (dörd yüz doxsan dörd manat, yetmiş beş qəpik) manat, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 3743,82 (üç min yeddi yüz qırx üç manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3003/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3003/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver