Məhkəmə qərarları › İş №2(001)-3019/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3019/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3019/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 qızının iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 296,53 manat borc-bundan 132,05 manat əsas, 143,26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,22 manat faiz borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı asC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Cavabdeh oğlu ilə arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 27 % ödəmək şərti ilə 36 ay müddətinə 300 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci bədinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Lakin bu öhdəliyini yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 296,53 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin puldan istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, pul vəsaitinin cavabdehə verilməsi barədə kassa məxaric orderi yoxdur. Lakin iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan və maliyyə arayışından borc məbləğinin olduğu görsənir. Bu əsasla iddiasını müdafiə edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, 22 yanvar 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh 18 dekabr 2020-ci il tarixinə 132,05 manat əsas, 143,26 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 21,22 manat borc, ümumilikdə 296,53 manat məbləğində borcu vardır. Müqavilə müddəti 22 yanvar 2015-ci il tarixdən başlamış və 22 yanvar 2018-ci il tarixində bitmişdir. Müqavilə üzrə gecikdirilən gün sayı 1061-dir Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh ünvanladığı 22 dekabr 2020-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron ünvanından olan problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə bölməsində qalıq borcun məbləği 0 olaraq göstərilmişdir. 02.02.2021-ci il tarixli, ********* saylı kassa mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün müqavilə, əsassız varlanma və ya zərər olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İşin hallarından göründüyü kimi iddiaçı peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan bank təşkilatıdır və kredit müqaviləsinin mövcudluğuna istinad edərək əsas borc, faiz borcu və cərimə borcu tələb edir. Lakin iddiaçı kredit müqaviləsinə istinad edərək pul tələb etsədə müqavilənin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 740-cı maddəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan normasına əsasən, yəni 31.05.2016-cı il tarixədək borc müqaviləsinin yazılı formada bağlanmalı olmasına dair xüsusi qeyd-şərt olmamışdır. Lakin bank təşkilatları ilə bağlanmış kredit müqaviləsi elə təbiətli müqavilədir ki, tərəflər borcun qaytarılmasının müddəti, qrafiki, faizi və. s barədə razılaşmalıdırlar. Bununla bağlı “Banklarda kreditlərin verilməsi qaydaları”, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” və .s barədə normativ hüquqi aktlar və digər normativ xarakterli hüquqi aktlar mövcuddur. Hazırki mübahisədə yazılı qaydada tərtib edilmiş kredit müqaviləsi iş materiallarında yoxdur və iddiaçı tərəf də həmin müqavilənin təqdim edilə bilmədiyini qəbul edir. Bundan başqa pul məbləğinin verilməsini təsdiq edən məxaric orderi də iş materiallarına əlavə edilməmiş və iddiaçının nümayəndəsi həmin sənədi təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehdən əsas borcun, faiz borcunun, cərimənin, habelə borcun gecikdirilməsi ilə bağlı faizlərin ödənilməsini tələb edilməsinə baxmayaraq, həmin borcun məbləği, qaytarılma müddəti və qrafiki, o cümlədən ona hesablanacaq faiz dərəcəsinə, gecikdirildiyi halda ödəniləcək cəriməyə dair yazılı razılaşma, habelə göstərilən məbləğin cavabdehə verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı ilə cavabdeh arasında müqavilədən və ya əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin yaranması müəyyən edilmir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar