Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-302/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X7 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2553.8 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İBB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. 10.11.2020-ci il tarixdə əsl olmayan cavabdeh əsl cavabdeh X9 ilə əvəz edilmişdir.
3. İddiaçının nümayəndəsi sonradan iddia tələbini artıraraq, cavabdehdən 4110,10 manat maddi zərərin əvəzinin və 30 manat dövlət rüsumunun, cəmi 4140,10 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdehin 08 dekabr 2021-ci il tarixinə borc məbləği 4110,10 manat təşkil edir. Həmin məbləğin yaranma əsası kimi təbii X4nın pozulması haqqında 02/2017-09/2020 tarixlərində tərtib edilmiş aktlar əsasında yaranmış borc 2635,80 manat, təbii X4nın pozulması haqqında 02/2020-09/2020 tarixlərində tərtib edilmiş aktlar əsasında yaranmış borc 1211,80 manat, mexaniki tipli 40023160 saylı sayğac üzrə 05/2020-10/2021 tarixləri arasında yaranan borc 335 manat, karta yüklənmiş borcdan aparılan tutma 84,70 manat, 06/2013-cü il tarixə qalıq borc 0,20 manat, GPG12399600 saylı sayğac üzrə 06/2020 tarixə qalıq borc 12 manat, olmaqla yekun məbləğ 4110,10 manat təşkil edir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı İB 11.04.2017-ci il tarixli, 07/8849 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə əsasında X5 məxsus fərdi yaşayış evini qazla təmin edir. Həmin ünvana İddiaçı İB-nin bakı X10 Departamenti tərəfindən **********80000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üərində G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında olan qaz xətlərinə , eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Cavabdehə borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, smart sayğac vasitəsi ilə ödənişlərə nəzər saldıqda ödənişlərin həddindən artıq az məbləğdə ödənilməsi qanunsuz qoşulmanı təsdiq edir.
6. Cavabdeh X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən X9 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin evdə 5-6 ildir ki, qazdan istifadə edilmir. Evdə özü, oğlu və qızı ilə yaşayır. Qaz xəttinə qanunsuz qoşulma mövcud deyildir. Qaz sayğacı evdən aralıda yerləşir. Sonuncu dəfə mövcud vəziyyəti yoxlamaq üçün əməkdaşlar gəldiklərində sayğacı dəyişdirməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. İddiaçı İB ilə Cavabdeh arasında 11 aprel 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/8849 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
9. Gasrep adlı çıxarışdan görünür ki, karta yüklənmiş borcdan aparılan tutulmalar nəticəsində 84,7 manat borcdan silinmişdir.
10. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 08 fevral 2017-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda abonent sayğacın girişində özbaşına üçlük bağlamış, həmin üçlükdən şlank birləşməsi ilə sistemi qidalandırır, sayğacdan kənar qazdan istifadə edir.
11. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 24 fevral 2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 08.02.2017-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 4644 kub.m hesablanmışdır.
12. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 30 dekabr 2019-cu il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.
13. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 8856 kub.m hesablanmışdır.
14. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 31 mart 2017-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda dairəvi qaz xəttindən istifadə aşkar edilmişdir.
15. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 12 aprel 2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 31.03.2017-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 2631 kub.m hesablanmışdır
16. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.
17. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 2952 kub.m hesablanmışdır
18. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 30 aprel 2020-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda mənzilə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istiadə aşkar edilmişdir.
19. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 2952 kub.m hesablanmışdır.
20. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 30 mart 2020-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir
21. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 2952 kub.m hesablanmışdır
22. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 17 may 2020-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir
23. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 17 may 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 17.05.2020-ci il tarixli ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 1102 kub.m hesablanmışdır
24. “Təbii X4nın pozulması haqqında” № ******* saylı, 21 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, istehlakçıya məxsus ünvanda sayğaca baxış keçirilən zaman sayğac FO-44 rejimindən çıxarılmış, klapan işlək olmamış, sayğac mənfiyə işləmişdir.
25. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, tələbnamə 30.09.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib edilmiş və itirilmiş qazın dəyəri 2160 kub.m olaraq hesablanmışdır. Bundan başqa aşkar edilmiş nöqsan olaraq qeyd edilmişdir ki, sənaye və məişən qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayacının yoxlanılması barədə 10.09.2020-ci il tarixli 29/1710-01463-1 №-li aktına əsasən G-4 markalı 1202AQ**********0 №-li sayğacın yivli birləşmələri korroziyaya uğrayıb. Klapan işlək deyil. Alarm-1 rejimi aşkar edilmişdir. Klapanın üzərindəki kipləşdirici təbəqə aşkar olunmamışdır.
26. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, X7 məxsus ünvanda İtron tipli, G4 markalı, 1202AQ0**********0 nömrəli sayğac dəyişdirilmişdir. Aktda qeyd edilir ki, sayğacın giriş klapanının rejini olmamışdır.
27. İddiaçı X11 sayğacının yoxlanılması barədə MSK №-li 29/1710-01463-1 saylı aktından görünür ki, 1202AQ**********0 nömrəli sayğac FO-44 rejimindən çıxarılmış, klapanı işlək olmamışdır. Sayğacın klapanının üzrindəki kipləşdirici təbəqə aşkar olunmamış, sayğac mənfiyə işləmişdir. Çıxış yivli birləşmənin gövdəyə birləşdirilən hissəsinə yapışqanlı maddə vurulub. Sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğrayıb.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/3880 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Sulutəpə qəsəbəsində X7 məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Bununla belə, həmin ünvanda həyətin daxilində qaz sayğacından kənar olmaqla, daşıyıcı qaz xəttinə qoşulu vəziyyətdə olan diametri 20 mm-lik polad qaz borusu mövcuddur. Həmin qaz borusunun sonluğuna hər-hansı qaz cihazı bağlanmamışdır. Qaz kranı aşıldıqdan borudan qazın gəldiyi müəyyən edildi. Qeyd olunan kaz kranının sonluğuna hər-hansı qaz cihazı qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin, yaxud digər abonentin həmin qaz borusu vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məsələsi məhkəmə tərəfindən araşdırılmalarla müəyyən edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
29. İddiaçı ilə X2 ilə arasında 11 aprel 2017-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/8849 saylı müqavilə bağlanmışdır. Cavabdeh X6 arvadıdır. Sonradan eyni evə dair abonent müqaviləsi dəyişdirilərək X9 ilə bağlanmışdır. Müqaviləyə əsasən istehsalçı X6 fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, iddiaçı cavabdehdən 02/2017-09/2020 tarixləri ərzində yazılmış aktlar əsasında 2635,80 manat, 02/2020- 09/2020 tarixlərində tərtib edilmiş aktlar əsasında 1211,80 manat, mexaniki tipli 40023160 saylı sayğac üzrə 05/2020-10/2021 tarixləri arasında yaranan 335 manat, 06/2013-cü il tarixə qalıq 0,20 manat, GPG12399600 saylı sayğac üzrə 06/2020 tarixə 12 manat borcların cəmindən aparılmış 84.7 manat tutulmaları çıxmaqla, cəmi 4110,10 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/3880 saylı ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Sulutəpə qəsəbəsində X7 məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Tədqiqatın əsasında həmçinin qeyd edilmişdir ki, həmin ünvanda həyətin daxilində qaz sayğacından kənar olmaqla, daşıyıcı qaz xəttinə qoşulu vəziyyətdə olan diametri 20 mm-lik polad qaz borusu mövcuddur. Həmin qaz borusunun sonluğuna hər-hansı qaz cihazı bağlanmamışdır. Qaz kranı açıldıqdan borudan qazın gəldiyi müəyyən edildi. Qeyd olunan kaz kranının sonluğuna hər-hansı qaz cihazı qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
31. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.
32. Belə ki, ekspertiza tədqiqatı zamanı sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməsə də, həmin ünvanda həyətin daxilində qaz sayğacından kənar olmaqla, daşıyıcı qaz xəttinə qoşulu vəziyyətdə olan diametri 20 mm-lik polad qaz borusunun mövcud olduğunu qeyd etmişdir. Həmçinin vurğulanmışdır ki, qaz borusunun sonluğuna hər-hansı qaz cihazı bağlanmasa da, qaz kranı açıldıqdan borudan qazın gəldiyi müəyyən edilir. Belə olan halda da, qeyd olunan kaz kranının sonluğuna hər-hansı qaz cihazı qoşulmaqla sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür.
33. Lakin vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyəti ölçüsü də nəzərə alınmalıdır.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.Təbbi ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
38. Bundan başqa tərəflər arasında bağlanmış 11.04.2017-ci ildə 07/8849 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
39. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X4nın təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
40. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 08.02.2017-ci ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 7 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki X4nda qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə(köhnə redaksiyada) əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
41. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 il 11 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.
42. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
43. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
44. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
45. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 08.02.2017-ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən qanunsuz qoşulmaya görə 4644 kubmetr itirilmiş qazın bərpası üçün 464,4 manat məbləğində pul vəsaiti tutulmalıdır.
47. Bundan başqa iş materiallarında olan və abonentin saldosu ilə mövcudluğu təsdiqini tapan mexaniki sayğac oxunmasına görə 05/2020-10/2021 tarixləri arasında yaranmış 335 manat manat (05/2020 tarixindən il sonuna kimi 101,60 manat + 01/2021-ci il tarixindən 10/2021-ci il tarixinə kimi 233,40 manat) məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, həmin borc mexaniki qaz sayğacının göstəricilərinə əsasən istehlak edilmiş təbii qaza görə yaranmış borc məbləğidir və həmin borc cavabdeh tərəfindən istehsalçıya ödənilməmişdir.
48. Bundan başqa iddiaçının GPG12399600 saylı sayğac üzrə 06/2020 tarixinə istehlakçıdan qazdan istifadəyə görə 12 manat borcun tələb edilməsi də məhkəmə üçün anlaşılan deyildir. Belə ki, həmin tarixədək istehlakçının istifadəsində olan sayğac smart tipli sayğac olmuşdur və istehlakçı karta yüklədiyi məbləğin müqabilində qaz sərfiyyatı etmək iqtidarında olmuşdur. Bununla belə smart tipli sayğacın hesablaşma məlumatından görünür ki, istehlakçı tərəfindən karta sayğac göstəricisinə uyğun olaraq ödənişlər həyata keçirilmişdir. Bu səbəbdən iddia həmin hissədə əsaslı hesab edilməməlidir.
49. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən tələb edilən və abonentin saldosunda göstərilən 2013-cü ilədək yaranmış 0,20 manat qalıq borca münasibətdə hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Tətbiq edilən prosessual normalar:
50. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
51. Bundan başqa, Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
52. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 təbii qazdan qeyri-qanuni istifadəyə görə 464,40 manat, istifadə edilmiş təbii qaza görə 335 manat pul vəsaiti olmaqla, cəmi 799.4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq İddiaçınə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti də cavabdeh X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Sulutəpə qəsəbəsində X7 məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda qaz sayğacından kənar istifadəyə görə 464,40 (dörd yüz altmış dörd manat, qırx qəpik)manat, qaz sərfiyyatına görə 335 (üç yüz otuz beş) manat olmaqla, ümumilikdə 799.4 (yeddi yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh X3 tutularaq İddiaçınə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait cavabdeh X3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev