Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3026/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsinin və xx xxxxxxx 2019-cu il tarixli, 030A**********S saylı Sazişin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1.680,02 manat məbləğində kredit borcu, 158,79 manat məbləğində faiz borcu və 182,92 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2.020 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx xxxxxx 2019cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.800 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqlar xx xxxxxxx 2019-cu il tarixli 030A**********A saylı Sazişlə müqaviləyə və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 119,98 manat ödəniş etmiş və onun iddiaçıya 1.680,02 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx xxxx 2020-ci il tarixə 109 gün üçün hesablanmış faiz borcu 158,79 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixə 109 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 181,92 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən bank İddiaçı QSCilə kredit alan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla 1.800 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi xx xxxxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxxx 2021-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx xxxxxx 2019-cu il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, kredit alan tərəfindən 18 manat məbləğində komissiya haqqı ödənilməklə, kredit alana 1.800 manat məbləğində kredit verilmişdir. Kredit verən bank İddiaçı QSCilə kredit alan Cavabdeh arasında bağlanmış kredit müqaviləsi və ödəniş planına dəyişiklik haqqında xx xxxxxxx 2019-cu il tarixli, 030A********** nömrəli “Saziş”dən və ona əlavə edilmiş ödəniş planından görünür ki, Bank ilə kredit alan arasında xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi əsasında kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxxx 2019-cu il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İlk ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxxx 2021-ci il olaraq müəyyən edilmişdir. İddiaçı QSC tərəfindən borclu Cavabdeh ünvanlanan xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilən xx xxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit razılaşması müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 1.680,02 manat əsas borc, 158,79 manat faiz borcu və 181,92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.020,73 manat borc hesablanmışdır. xx xxxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi üzrə bank kredit alana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla 1.800 manat kredit verilmişdir. Daha sonra xx xxxxxxx 2019-cu il tarixdə tərəflər arasında kredit müqaviləsi və ödəniş planına dəyişiklik haqqında “Saziş” bağlanmış və yeni ödəniş qrafiki tərtib edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ödəniş planı üzərə son ödənişin tarixi xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh müqavilə və saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona ümumilikdə 2.020,73 manat borc hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi və xx xxxxxxx 2019-cu il tarixli, 030A**********S saylı Saziş ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 181.92 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi və xx xxxxxxx 2019-cu il tarixli, 030A**********S saylı Saziş ləğv edilməli, Cavabdeh 1.680,02 manat məbləğində əsas borc, 158,79 manat məbləğində faiz borcu və 30 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.868,81 manat məbləğində borc və 28 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 030A********** saylı Kredit müqaviləsi və xx xxxxxxx 2019-cu il tarixli, 030A**********S saylı Saziş ləğv edilsin. Cavabdeh 1.680,02 (bir min altı yüz səksən manat, iki qəpik) manat məbləğində əsas borc, 158,79 (bir yüz əlli səkkiz manat, yetmiş doqquz) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1.868,81 (bir min səkkiz yüz altmış səkkiz manat, səksən bir qəpik) manat məbləğində borc və 28 (iyirmi səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3026/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3026/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver