Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3034/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8980/2019 saylı, 15 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən hər ay müəyyən olunmuş 160 manat miqdarında alimentin artırılaraq, hər ay sabit pul məbləğində 193 manat miqdarında müəyyən olunması və bundan əlavə azyaşlı oğulları X5 müayinə və müalicə xərclərində Cavabdeh iştirak etməsini, hər ay alimentə 400 manat pul əlavə olunmasını, ümumilikdə 593 manat miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh arasında 28 avqust 2012 ci il tarixdə nikah bağlanmışdır. Belə ki, aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaları qeyri mümkün olmuş və aralarında olan nikah məhkəmə qərarı ilə rəsmi qaydada pozulmuşdur. Birgə nikahlarından dünyaya gəlmiş 17 may 2012ci il təvəllüdlü X5 mənim himayəmə verilərək, hər ay sabit pul məbləğində 70 (yetmiş) manat aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra aliment miqdarının az olduğuna əsasən məhkəmə qərarı ilə hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsi müəyyən olunmuşdur. Hal-hazırda uşağı onun himayəsindədir. Eyni zamanda eşitmə qüsurludur. Bundan əlavə, digər yaşıdlarına nisbətən beyin olaraq inkişafında geriləmə var. Uşağın bu yaşda müayinə və müalicəsinə ciddi yanaşılmazsa böyüdükcə daha da pisləşəcək. Hər ay azyaşlı uşağın müayinə və müalicəsinə alimentdən əlavə kifayət qədər pul vəsaiti sərf olunur. Lakin bu cavabdehi ümumiyyətlə maraqlandırmır. Bundan əlavə, səhhəti ilə bağlı xüsusi müəllimlər vasitəsi ilə təhsil aldığı üçün bütün bunlar çox miqdarda pul vəsaiti hesabına başa gəlir. Hər ay tək ana olaraq o, azyaşlı uşağının müalicələrinə, dərman preparatlarına, aparatlara valideynlərinin maddi köməyi ilə 600 manatdan çox pul xərcləyir. O, uşağa baxmaqda çətinlik çəkir. Artıq valideynlərinin də maddi durumu çox zəifdir. Uşağı əziyyət çəkir. Qulağında 2 xüsusi aparatla eşidir. Nitqi zəifdir. Bir ata olaraq cavabdeh bütün bunları düşünməlidir. Ata kimi məsuliyyətli olmalıdır. Alimentdən əlavə digər xərclərdə maddi kömək etməlidir. O, əlindən gələni edir. Bununla bağlı əlində olan müəyyən qədər sübutları qoşmaya əlavə etmişdir. Sadəcə istəyir ki, cavabdeh uşağına baxmaqda məsulliyyətli olsun, onun kimi uşağının gələcəyini düşünsün. Tək ana olaraq uşağın maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulması və keçmiş alimentin artırılması zəruridir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir .
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh hazırda hər ay 160 manat aliment ödəyir. Alimentdən başqa heç bir maddi kömək göstərmir. Uşaq doğuşdan qüsurludur. Belə ki, uşağın beynində inkişaf geriliyi vardır. Onun eşitməsində və nitqində qüsurlar vardır. Uşağın müalicəsi 2 yaşından başlayıb və mütəmadi olaraq davam edir. O, hər 2 aydan bir uşağı həkim qəbuluna aparır. Həkim qəbuluna 80 manat ödəyir. Həkim reseptlərinə təxmini 150-200 manat ödənişlər edir. Uşaq həmçinin hazırlığa gedir və buna görə aylıq 150 manat ödəyir. Cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır, yalnız alimenti ödəməklə kifayətlənir. Özü gözəllik salonunda işləyir, öz evində yaşayır. O, uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdehin nə işlə məşğul olmasını bilmir. Lakin onların imkanı yaxşıdır. O, kirayədə yaşamır. Ailəsi təzəlikcə Şabran rayonunda 2 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi etirazı müdafiə edir və iddianın rədd edilməsini xahiş edir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, oğlu hazırda işsizdir, kauçuk butulkaları toplayıb satmaqla məşğuldur. Gəliri çox aşağıdır. O, həmçinin hepatit xəstəsidir və imkan olmadığından müalicə oluna bilmir. Oğlu təkrar nikaha daxil olmuşdur və bu nikahdan 2 uşağı vardır. Həmçinin əvvəlki nikahından da 1 uşağı vardır. Damla adlı qızına görə aylıq 100 manat aliment ödəyir. Oğlunun heç evi də yoxdur, Şabran rayonunda kirayədə yaşayır. İddiaçının gəliri kifayət qədər yüksəkdir, hətta istifadəsində nəqliyyat vasitəsi də vardır. Cavabdeh hazırki alimentləri çətinliklə ödəyir. Əgər aliment artırılarsa, onu ödəmək iqtidarında olmayacaqdır.
7. Cavabdeh həmçinin iddiaya dair yazılı etirazını nümayəndəsi vasitəsilə məhkəməyə təqdim etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, bildirir ki, o, iddiaçı ilə xx.xx.2012 ci il tarixində rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahdan 17 may 2012 ci ildə övladları X9 anadan olmuşdur. aralarında olan nikah məhkəmənin qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən hər ay tərəfindən övladının saxlanması üçün iddiaçıya 160 manat miqdarında alimentin ödənilməsi qət edilmişdir. Qeyd edirə ki, onun digər nikahdan da xx.xx.2013-cü il təvəllüdlü Damla adlı qızı vardır ki, onun üçün də hər ay 100 manat məbləğində aliment ödəyir. Hal-hazırda X16 ilə ailəlidir. Birgə nikahdan 2 övladı vardır. İddiaçı hər uşaq üçün məndən maksimum həddə, yəni 193 manat aylıq aliment və əlavə olaraq 400 manat miqdarında əlavə xərc tələb etməkdədir. O, övladını saxlamaqdan imtina etmir. Lakin, iddiaçının tələb etdiyi məbləğləri ödəməyə maddi cəhətdən imkanı çatmır. Belə ki, özü hepatit xəstəsidir, hal-hazırda müalicə alır. Heç bir yerdə işləmir. Özü butulka toplayıb satmaqla ailəsini və özünü güclə saxlayır və hazırki alimentləri ödəyirə. Hal-hazırda kirayədə qalır. Həmçinin uşaqların saxlanması bərabər şəkildə hər iki valideynin borcudur. X2 isə dövlətdən pensiya alır. Bundan əlavə onun maddi vəziyyətində yaxşılaşma ilə əlaqədar hər hansısa dəyişiklik baş verməmişdir ki, iddiaçı ona qarşı məhkəmədə alimentin artırılması barədə iddia qaldırır və ondan əlavə xərc tələb edir. İddiaçının özünün isə maddi vəziyyəti yaxşıdır. Belə o, Bakı şəhərində gözəllik salonlarının birində fəaliyyət göstərir. İddiaçının idarəçiliyində nəqliyyat vasitəsi belə vardır. Ona görə də iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh 17 may 2012-ci il təvəllüdlü uşağ X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment məbləğinin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2012-ci il tarixində verilən, AZ-İİ seriyalı, 939004 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 17 may 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 avqust 2012-ci il tarixində 526 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X10r.
11. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 224098 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X16 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 243 3 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir.
12. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 032431 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2017ci il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 746 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X13r.
13. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 032432 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 747 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X13r.
14. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-T seriyalı, 057320 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2013cü il tarixində Şabran rayonunda doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 806 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6r.
15. Təqdim edilən çekdən görünür ki, X5 xx.xx.2022-ci il tarixində Microsyst prediktiv tibb klinikasında həkim qəbulunda olması üçün 80 manat ödəniş edilmişdir.
16. "xxxx" MMC tərəfindən verilən 139516 saylı çekdən görünür ki, Elsaton 100 ml, luchetam 400 mq, Botamin 30 ml, Nukleo SMR Forte adlı dərmanlara görə və əlavə şpiris üçün ümumilikdə 146,39 manat ödəniş edilmişdir. Alınan dərman vasitələrinin adları 17 may 2012-ci il təvəllüdlü X5 adına həkim nevroqol Günel Ümid Z.L tərəfindən yazılmış resept kağızındakı dərmanlarla uyğunluq təşkil edir.
17. Həmçinin iş materiallarında olan Vita Aptekləri” MMC tərəfindən verilən digər ödəniş çeklərindən görünür ki, uşağın dərmanlarına ayrı-ayrı vaxtlarda, 82,57 manat, 26 manat, 31,70 manat pul vəaiti xərclənmişdir ki, alınan dərman vasitələri iş materiallarında olan həkim reseptləri ilə uyğunluq təşkil edir.
18. Azərbaycan Respublikası qulaq, burun, boğaz və eşitmə mərkəzi tərəfindən verilən audiometriyadan görünür ki, 17 may 2012-ci il təvəllüdlü X5 hər iki qulağından ağır dərəcədə (İV) sensonevral tip eşitmə qeyd olunur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində nikah bağlanmışdır. Tərəflərin birgə nikah münasibətlərindən 17 may 2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında baş vermiş anlaşılmazlıq səbəbindən nikahları pozulmuş və bu barədə Şabran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə AZ-İ seriyalı, 141458 syalı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah pozulduqdan sonra 17 may 2012-ci il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmışdır.
20. 17 may 2012-ci il təvəllüdlü X1 tip eşitməsində pozuntusu diaqnozu qoyulmuş və hər iki qulağında eşitmə aparatından istifadə etmək məcburiyyətindədir. Səhhətində olan problemlərlə əlaqədar mütəmadi olaraq müalicə alır. İş materiallında olan nevroloq tərəfindən yazılan sadəcə bir dərman reseptində olan dərman vasitələrinin alınmasına 146 manat pul xərclənmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillərdən görünür ki, onun hər iki qulağında eşitməsi zəif olduğundan mütəmadi olaraq əlavə vasitələrdən istifadə edir.
21. Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(031)-247/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 17 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin Nadirova (Nadirli) Röya Nizami qızının xeyrinə tutulması qət edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə Nadirova (Nadirli) X17 Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Nadirova (Nadirli) Röya Nizami qızı qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2268/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 17 may 2012-ci il təvəllüdlü uşağ X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində aliment məbləğinin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
22. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın səhhətində olan problemlərin həlli üçün cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə aliment məbləğinin artırılaraq 193 manat olmasını və cavabdehdən hər ay əlavə xərclərə görə 400 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
23. Cavabdeh isə xx.xx.2017-ci il tarixində artıq 3-cü dəfə nikaha daxil olmaqla, X16 ilə evlənmişdir. Həmin nikahdan tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur.
24. Cavabdeh iddianı qəbul etməyərək, iddiaya qarşı etirazını onunla əsalandırır ki, hal-hazırda işsizdir. Tuncaydan əlavə 3 uşağı daha var. Ən birinci nikahından olan Damla adlı qızının saxlanılması üçün hazırda 100 manat aliment ödəyir. Hazırda Tuncaydan başqa digər övladlarının da maddi ehtiyaclarını ödəmək məcburiyyətindədir. Tələb edilən alimenti və 400 manat məbləğində əlavə xərcləri ödəmək iqtidarında deyildir. Onun maddi vəziyyətində 2019-cu ildən hər hansı bir dəyişiklik olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə ayrı-ayırılıqda münasibət bildirilməlidir.
26. İddia tələbinin birinci hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasında tutulan alimentin məbləğinin artırılmasıdır. Məhkəmə bu tələbə Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu haqqında tələblərə uyğun qiymət verilməli olması qənaətinə gəlir.
27. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
29. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
30. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
31. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
32. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
33. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
34. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
35. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
36. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
37. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı(müəyyən edildiyi) 2019-cu ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 193 manat məbləğində müəyyən edilməlidir.
38. Cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
39. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə xərc kimi uşağın müalicəsi üçün 400 manat pul vəsaitinin tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
41. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
42. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
43. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
44. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
45. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
46. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün həmin halların şamil edilməsini istisna etməmişdir.
47. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
48. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
49. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.
50. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.
51. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir.
52. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı X3 vaxtlarından xəstədir. Ona sensonevral tip eşitməsində pozuntu diaqnozu qoyulmuş və hər iki qulağında eşitmə aparatından istifadə etmək və tam bərpa olunanadək müalicə qəbul etmək məcburiyyətindədir.
53. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da göründüyü kimi, 2 aydan bir uşaq həkim müalicəsində olmalı və həkimin müəyyən etdiyi müalicə kursunu qəbul etməlidir. Bunun üçün 2 aydan bir təqribən 300 manat məbləğində vəsait tələb olunur. Yəni uşağın təqribən bir aylıq müalicəsi üçün 150 manat məbləğində vəsaitə ehtiyac vardır.
54. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulması tələb edilən məbləğ qismən əsaslıdır.
55. Belə ki, uşağı saxlamaq hər iki valideynin borcudur və üstəlik uşağın 1 aylıq müalicəsi ilə bağlı gərəkli olan məbləğin 150 manatı tədqiq olunmuş materiallar əsasında sübut olunmuşdur. Digər hissədə isə iddiaçı hər hansı sübut təqdim etməmişdir.
56. Bu baxımdan məhkəmə birgə nikahdan olan uşağın sağlamlıq imkanlarını, cavabdehin maddi vəziyyətinin çətinliyini, digər uşağa görə aliment ödəməsini, uşaqları saxlamağın hər iki valideynin borcu olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclərin tutulması hissəsində qismən təmin edilməli, 17 may 2012-ci il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə cavabdehdən tutulmalı olan vəsait 50 manat məbləğində müəyyən edilməlidir.
57. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
59. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
60. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
61. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
62. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
63. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
64. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
66. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir;
67. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
68. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 17 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment və 17 may 2012-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərə görə hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-8980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. 17 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193(bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 17 may 2012-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərə görə hər ay 50(əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev