Məhkəmə qərarları › İş №2(001)-3041/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3041/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3041/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73269 olan “iPhone Xs” markalı telefon üçün 2137 (iki min yüz otuz yeddi) manat ödənilməmiş hissə, 657 (altı yüz əlli yeddi) manat dəbbə pulu, 09.06.2019-cu il tarixli müqaviləyə əsasən, “LG” markalı paltaryuyan, Alyans-Tebriz masa, Venetsiya mebel üçün 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 220 (iki yüz iyirmi) manat dəbbə pulu, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən, Philips üz qırxan üçün 224,4 (iki yüz iyirmi dörd manat 40 qəpik) manat ödənilməmiş hissə, 64,6 (altmış dörd manat 60 qəpik) manat dəbbə pulu, 29.08.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan, Braun ütü üçün 689 (altı yüz səksən doqquz) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat dəbbə pulu, 06.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00868 olan “Samsung Galaxy S20 ultra” markalı telefon üçün 3084 (üç min səksən dörd) manat ödənilməmiş hissə, 926 (doqquz yüz iyirmi manat) manat dəbbə pulu olmaqla, ümumilikdə 8944 manat borc, 109,44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 22.06.2020-ci il, 09.06.2019-cu il, 02.07.2020-ci il, 29.08.2019-cu il və 06.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73269 olan “iPhone Xs” markalı telefon, “LG” markalı paltaryuyan, “Alyans-Tebriz” masa, “Venetsiya” mebel, Philips Üz qırxan, Samsung Paltaryuyan, Braun Ütü, İMEİ kodu **********00868 olan Samsung Galaxy S20 Ultra markalı telefon almış və nəticədə 8944 (səkkiz min doqquz yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 22.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2642.4 (iki min altı yüz qırx iki manat qırx qəpik) manat (18 ay x 146.8 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kodu **********73269 olan iPhone Xs markalı telefon üçün ümumilikdə, 2794 (iki min yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 2137 (iki min yüz otuz yeddi) manat ödənilməmiş hissə, 657 (altı yüz əlli yeddi) manat dəbbə; 09.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1890 (min səkkiz yüz doxsan) manat (18 ay x 105 manat + 0 manat ilkin ödəniş) olan LG Paltaryuyan, Alyans-Tebriz masa, VENETSİYA mebel üçün ümumilikdə, 955 (doqquz yüz əlli beş) manat olmaqla ondan, 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 220 (iki yüz iyirmi) manat dəbbə; 02.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 224.4 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat (12 ay x 18.7 manat + 0 manat ilkin ödəniş) olan Philips Üz qırxan üçün ümumilikdə, 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan, 224.4 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 64.6 (altmış dörd manat altmış qəpik) manat dəbbə; 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1386 (min üç yüz səksən altı) manat (18 ay x 77 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan, Braun Ütü üçün ümumilikdə, 896 (səkkiz yüz doxsan altı) manat olmaqla ondan, 689 (altı yüz səksən doqquz) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat dəbbə; 06.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 3476 (üç min dörd yüz yetmiş altı) manat (18 ay x 193 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********00868 olan Samsung Galaxy S20 Ultra markalı telefon üçün ümumilikdə, 4010 (dörd min on) manat olmaqla ondan, 3084 (üç min səksən dörd) manat ödənilməmiş hissə, 926 (doqquz yüz iyirmi altı) manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.749,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 22.06.2020-ci il, 09.06.2019-cu il, 02.07.2020-ci il, 29.08.2019-cu il və 06.05.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 10.03.2021ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış Müqavilələr, onların əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktları və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 09 iyun 2019cu il tarixdə bağlanmış 00713182 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 105 manat ödəmək şərti ilə, dəyəri 1890 manat olan “LG” markalı paltaryuyan, Alyans-Tebriz masa, “Venetsiya” mebel satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 09 iyun 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00713182 nmnömrəli müqaviləyə əsasən LG” markalı paltaryuyan, Alyans-Tebriz masa, “Venetsiya” mebeli tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 29 avqust 2019-cu il tarixdə bağlanmış 00875998 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 77 manat ödəmək şərti ilə, dəyəri 1386 manat olan “Samsung” markalı paltaryuyan və “Braun” markalı ütü satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 29 avqust 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00875998 nömrəli müqaviləyə əsasən olan “Samsung” markalı paltaryuyan və “Braun” markalı ütünü tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 06 may 2020-ci il tarixdə bağlanmış 20263375 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 2 manat olmaqla 18 ay müddətinə, hər ay 193 manat ödəmək şərti ilə, dəyəri 3476 manat olan “Samsung Galaxy S20 Ultra markalı” telefon satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 06 may 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20263375 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy S20 Ultra markalı” telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 22 iyun 2020-ci il tarixdə bağlanmış 20366948 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 146,8 manat ödəmək şərti ilə dəyəri 2642,4 manat olan İMEİ kodu **********73269 olan “iPhone Xs” markalı telefon satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 22 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20366948 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********73269 olan “iPhone Xs” markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 02 iyul 2020-ci il tarixdə bağlanmış 21001937 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 18,7 manat ödəmək şərti ilə, dəyəri 224,4 manat olan “Philips” markalı üzqırxan satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21001937 nömrəli müqaviləyə əsasən “Philips” markalı üzqırxanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borcu və 223 manat dəbbə pulu borcu, 29 avqust 2019-cu il tarixli müqavilə üzrə 689 manat əsas borcu və 207 manat dəbbə pulu borcu, 06 may 2020-ci il tarixli müqavilə üzrə 3084 manat əsas borcu və 924 manat dəbbə pulu borcu, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 2137 manat əsas borcu və 657 manat dəbbə pulu borcu, 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 224,4 manat əsas borcu və 64,6 manat dəbbə pulu borcu vardır. Mülki işin materiallarında olan xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 09.06.2019-cu il, 29.08.2019-cu il, 06.05.2020-ci il, 22.06.2020-ci il və 02.07.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 09.06.2019-cu il, 29.08.2019-cu il, 06.05.2020-ci il, 22.06.2020-ci il və 02.07.2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr üzrə cavabdehin ödənilməmiş 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borcu, 29 avqust 2019-cu il tarixli müqavilə üzrə 689 manat əsas borcu, 06 may 2020-ci il tarixli müqavilə üzrə 3084 manat əsas borcu, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 2137 manat əsas borcu və 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 224,4 manat əsas borcu qalmışdır. Digər tərəfdən, iddiaçı 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 220 manat, 29 avqust 2019-cu il tarixli müqavilə üzrə 207 manat, 06 may 2020-ci il tarixli müqavilə üzrə 926 manat, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 657 manat və 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 64,6 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 220 manat məbləğində hesablanmış dəbbə pulunun 70 (yetmiş) manat, 29 avqust 2019-cu il tarixli müqavilə üzrə 207 manat məbləğində hesablanmış dəbbə pulunun 68 (altmış səkkiz) manat, 06 may 2020-ci il tarixli müqavilə üzrə 926 manat məbləğində hesablanmış dəbbə pulunun 308 (üç yüz səkkiz) manat, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 657 manat məbləğində hesablanmış dəbbə pulunun 213 (iki yüz on üç) manat və 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 64,6 manat məbləğində hesablanmış dəbbə pulunun 22 (iyimi iki) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 09.06.2019-cu il, 29.08.2019-cu il, 06.05.2020-ci il, 22.06.2020-ci il və 02.07.2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 735 manat əsas borcu və 73 manat dəbbə pulu borcu, 29 avqust 2019-cu il tarixli müqavilə üzrə 689 manat əsas borcu və 68 manat dəbbə pulu borcu, 06 may 2020-ci il tarixli müqavilə üzrə 3084 manat əsas borcu və 308 manat dəbbə pulu borcu, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 2137 manat əsas borcu və 213 manat dəbbə pulu borcu, 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 224,4 manat əsas borcu və 22 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 109,44 manat dövlət rüsumunun 92,50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 16,94 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 09 iyun 2019-cu il tarixli müqavilə üzrə 735 (yeddi yüz otuz beş) manat məbləğində əsas borc və 73 (yetmiş üç) manat məbləğində dəbbə pulu, 29 avqust 2019cu il tarixli müqavilə üzrə 689 (altı yüz səksən doqquz) manat məbləğində əsas borc və 68 (altmış səkkiz) manat məbləğində dəbbə pulu, 06 may 2020-ci il tarixli müqavilə üzrə 3084 (üç min səksən dörd) manat məbləğində əsas borc və 308 (üç yüz səkkiz) manat məbləğində dəbbə pulu, 22 iyun 2020-ci il tarixli müqavilə üzrə 2137 (iki min yüz otuz yeddi) manat məbləğində əsas borc və 213 (iki yüz on üç) manat məbləğində dəbbə pulu, 02 iyul 2020-ci il tarixli müqavilə üzrə 224,4 (iki yüz iyirmi dörd manat 40 qəpik) manat məbləğində əsas borc və 22 (iyirmi iki) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7553,40 (yeddi min beş yüz əlli üç manat 40 qəpik) manat məbləğində borc və 92,50 (doxsan iki manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar