Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3056/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 245/08 AK kredit müqaviləsi üzrə yaranmış 13287,44 ABŞ dolları əsas, 20359,46 ABŞ dolları faiz, 15174,55 ABŞ dolları cərimə borcunun, habelə 3630,9 ABŞ dolları gecikdirilmiş faiz borcunun, ümumilikdə 52452,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(001)-2853/2010 saylı qətnaməsinə əsasən, “Nikoyl” İKB (indiki İddiaçı) 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 245/08AK saylı, xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqaviləinn predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz, 500 ABŞ dolları penya, cəmi 19379,3 ABŞ dolları məbləğində borcun, həmçinin, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh “Nikoyl” İKB-nin xeyrinə tutulması qərara alınmışdır. Yəni, eyni kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə iddiaçı artıq 2010-cu il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iş üzrə qətnamə çıxarılmışdır. Sonda B.B.Sübhanlı məhkəmədən göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, “Nikoyl” İKB Cavabdeh qarşı “kredit borcunun girov predmeti hesabına tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 245/08 AK saylı, xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqavilənin predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracdan satılması və əldə olunmuş əsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz və 1288,66 ABŞ dolları penya, hüquqi xidmətlərə görə 3025,19 ABŞ dolları və cəmi 23193,15 ABŞ dolları borc məbləğinin, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(001)-2853/2010 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək “Nikoyl” İKB (indiki İddiaçı) 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 245/08AK saylı, xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqaviləinn predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz, 500 ABŞ dolları penya, cəmi 19379,3 ABŞ dolları məbləğində borcun, həmçinin, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh “Nikoyl” İKB-nin xeyrinə tutulması qərara alınmışdır. Hal – hazırda kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, iddiaçı yenidən eyni əsaslarla, kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3056/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3056/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver