Məhkəmə qərarları › İş №2(001)-3073/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3073/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3073/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, “xxxxxxxx” X5 Təşkilatı (BOKT) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxx” BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh həmin müqavilə üzrə yaranmış 1680 manat əsas, 477,64 manat faiz, 139,7 manat dəbbə borcu olmaqla ümumilikdə 2297,34 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəfindən cavabdehə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi əsasında illik 44 faiz hesablanmaqla 12 ay müddətinə 1680 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh borcu ona təqdim olunmuş qrafik üzrə faizləri ilə birlikdə ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin icra edilməməsi nəticəsində xx xxxx 2020-ci il tarixə 1680 manat əsas, 477,64 manat faiz, 139,7 manat dəbbə borcu olmaqla ümumilikdə 2297,34 manat məbləğində borcu yaranmışdır. Sonda A.H.Rəhimov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında müqavilə bağlanmamış, müqavilə üçüncü şəxslə bağlanmış, o, həmin şəxsdən avadanlıq götürmüş, sonradan isə həmin avadanlığı qaytarmışdır. Buna görə də, iddia rədd edilməlidir. İş materiallarında olan: xx xxxx 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 44 faiz hesablanmaqla 12 ay müddətinə 1680 manat kredit verilmişdir. Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə cavabdehin iddiaçıya 1680 manat əsas, 617,34 manat faiz borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə iddianın qismən təmin olunması üçün hüquqi əsaslar mövcuddur. İş materialları ilə müəyyən olunur ki, iddia tələbində faiz borcu 477,64 manat göstərildiyi halda, maliyyə arayışında faiz borcu 617,34 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin maddənin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcuna münasibətdə iddia tələbində göstərilən məbləğlərə uyğun təmin edilməsində tələbdən kənara çıxma halı movcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapsa da, maliyyə arayışında cavabdehin cərimə borcunun miqdarı göstərilməmiş, beləliklə cərimə borcunun miqdarına dair iş materiallarında sübuta rast gəlinmədiyindən məhkəmə hesab edir ki, cavabdehə cərimə borcu hesablanmamalıdır. Həmçinin, iddianın müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir i, xx xxxx 2019-cu il tarixdə 12 ay müddətə bağlanmış müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitdiyindən iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxx” BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsi üzrə 1680 manat əsas, 477,64 manat faiz borcu olmaqla ümumilikdə 2157,64 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə «xxxxxxxx” BOKT QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxx” X5 X2 Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsi üzrə 1680 manat əsas, 477,64 manat faiz borcu olmaqla ümumilikdə 2157,64 manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxx” BOKT QSC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxxxxxx” BOKT QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar