Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3098/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi” barədə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-in xeyrinə xx.xx.2013-cü il tarixli, 0875 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4821,97 ABŞ dolları əsas borc olmaqla, cəmi 4821,97 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması, tutmanın xx.xx.2013-cü il tarixli, 875 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “Hyundai Accent” markalı, ** VF *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-Sedan, Ban-KMHCU41DBCU398276, Mühərrik-G4FCCU428460, rəng- Gümüşü) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh X2 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 0875 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə illik minik avtomobilinin alınması üçün 18 faizlə 60 ay müddətinə 17353 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə X4 məxsus olan “Hyundai Accent” markalı, ** VF *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2012, tip-Sedan, Ban-KMHCU41DBCU398276, Mühərrik-G4FCCU428460, rəng-Gümüşü) ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2013-cü il tarixli, 875 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh X1 vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi, cavabdeh X2 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 0875 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4821,97 ABŞ dolları əsas borc olmaqla, cəmi 4821,97 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması, tutmanın xx.xx.2013-cü il tarixli, 875 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “Hyundai Accent” markalı, ** VF *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-Sedan, Ban-KMHCU41DBCU398276, Mühərrik-G4FCCU428460, rəng- Gümüşü) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh X2 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-in etibarnamə əsasında nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü ildə bağlanmış 0875nömrəli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 illik 18 faizlə 60 ay müddətinə 17353 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 17353 ABŞ dolları məbləğində kredit vəsaitini tam şəkildə almışdır. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 440,65 ABŞ dolları olmaqla xx.xx.2018-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2013-cü ildə bağlanmış 875 nömrəli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə bağlamış olduğu kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Hyundai Accent” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 075417 saylı, xx xxxxxx 2013-cü il tarixli çıxarış verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə bağlanmış kredit müqaviləsi üzrə banka cəmi 4821,97 ABŞ dolları əsas borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə xx.xx.2013cü ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri və tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 4821,97 ABŞ dolları məbləğində əsas borc ödəniş anında məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalı, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın qismən təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı da cavabdehdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ipotekaya qoyulmuş avtomobilin dəyərinin cavabdehin borcunu ödəməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2013-cü il tarixli 875 nömrəli İpoteka müqaviləsinin 3.2-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobil 21.161 ABŞ dolları məbləğində qiymətləndirilmişdir ki, həmin məbləğ cavabdehin banka olan borcunun ödənilməsi üçün kifayətedicidir. Məhkəmə həmçinin qeyd edir ki, qalıq borcun tutulması “İcra haqqında” qanunla tənzimlənir və bunun üçün qətnamə qəbul edilməsinə ehtiyac yoxdur. Bu səbəbdən də iddia tələbinin “satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh X2 tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsinə” dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızından 4821,97 (dörd min səkkiz yüz iyirmi bir dollar 97 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla, 30 manat məbləğində dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidmət haqqı alınaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilsin. Tutulacaq məbləğ cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızına məxsus “Hyundai Accent” minik markalı, ** VF *** dövlət nömrə nişanlı avtomobilə (buraxılış ili- 2012, tip-Sedan, Ban-KMHCU41DBCU398276, Mühərrik-G4FCCU428460, rəng-Gümüşü) yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin xeyrinə ödənilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə əsas kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh Əliyeva (Zeynalova) Fidan Əlikram qızına qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3098/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3098/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver