Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3135/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 27.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3925,52 manat əsas borc, 480,82 manat faiz borcu olmaqla, ümumilikdə 4406,34 manat əsas borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 27.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 % dərəcəsi ilə 24 ay müddətinə 4000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 27.01.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 iyul 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 27 aprel 2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.02.2021-ci ilədək Cavabdeh1 banka 27.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3925,52 manat əsas, 480,82 mant faiz borcu olmaqla, ümumilikdə cəmi 4406,34 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəul edilməsini xahiş edir. Əlavə olaraq 19.04.2021-ci il tarixinə olan maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 03 fevral 2021-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə , illik 25 % dərəcəsi ilə, aylıq ödəniş 213,49 manat olmaqla, 4000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləi kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 ilə bank arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi üzrə 24 fevral 2021-ci il tarixinə 3925,52 manat əsas borc, 480,82 manat faiz borcu olmaqla, ümumilikdə 4406,34 manat borc hesablanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixinə 3925,52 manat əsas borc, 249,46 manat faiz borcu və 9,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4184,34 manat borc hesablanmışdır. Bank ilə borcalan İsmayılov Vüsal Natiq oğlu arasında imzalanan 27.01.2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə krediti qalıq borc məbləği kapitallaşdırılmaqla 4082,48 manat təşkil edir. Müqavilə üzrə krediti müddəti 27.04.2022ci il tarixədək uzadılır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay təşkil edir. Bank ilə borcalan İsmayılov Vüsal Natiq oğlu və zamin Cavabdeh2 arasında imzalanan 27.01.2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə krediti qalıq borc məbləği kapitallaşdırılmaqla 4082,48 manat təşkil edir. Müqavilə üzrə krediti müddəti 27.04.2022-ci il tarixədək uzadılır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 1 ay təşkil edir. 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsinə 15.07.2020-ci il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 22 ay müddətinə, illik 25 % dərəcəsi ilə, aylıq ödəniş 242,01 manat olmaqla, 4082,48 manat kredit verilmişdir. "xxxx" ASC-nin cavabdehlərə ünvanlanan 16 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh1 və Cavabdeh2 27 yanvar 2020-ci il tarixli, 11- MZ-2-0-187-20 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 26 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə kredit alan İsmayılov Vüsal Natiq oğlu arasında imzalanan 27.01.2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi ilə bank müştəriyə 24 ay müddətinə , illik 25 % dərəcəsi ilə, aylıq ödəniş 213,49 manat olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün və zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor qarşısında borclu ilə birgə məsuloyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra imzalanan 15.07.2020-ci il tarixli kredit və zaminlik müqaviləsinə 1 saylı əlavəyə əsasən kredit şərtlərində və məbləğində dəyişiklik edilməklə kreditinin qalıq borc məbləği kapitallaşdırılmaqla 4082.48 manat təşkil etmiş və kreditin müddəti 27.04.2022-ci il tarixədək uzadılmışdır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün gezəşt müddəti 1 ay təşkil etmişdir.24.02.2021-ci il tarixli maliyyə arayışına əsasən borcalan sonuncu dəfə 18.09.2020-ci il tarixdə 30 manat ödəniş etmişdir, işin məhkəmədə olduğu vaxt ərzində isə kredit borcu üzrə 13.04.2021-ci il tarixdə 200 manat məbləğində ödəniş olmuş və faiz borcu azalaraq 249.46 manat müəyyən edilmişdir. Kreditor tərəfindən bununla bağlı maliyyə arayışı 19.04.2021-ci üçün tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Borcalanın işin məhkəmədə olduğu vaxt ərzində ödəniş etməsi onun öhdəliyini lazimi qaydada icra etmiş olmasına dəlalət etmir. Belə ki, borcalan kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri müqavilədə nəzərə tutulduğu qaydada həyata keçirməmişdir. Bu baxımdan kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ yaranmışdır. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas borca münasibətdə qeyd edir ki, əsas borc bank tərəfindən məhkəməyə təqdim edilən 19.04.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq faktiki borcun əsasında müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 13.04.2021-ci il tarixində ödəniş edilsə də, ödənilmiş məbləğ faiz borcundan silinmişdir. Belə olduğu təqdirdə iddia əsas borca münasibətdə təmin edilməli, 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi üzrə 3925,52 manat əsas borc müəyyən edilməlidir. Tələb olunan faiz məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, 13.04.2021-ci il tarixində edilən 200 manat ödəniş məbləği faiz borcundan silinmişdir. Belə olduğu təqdirdə iddia faiz borcuna münasibətdə qismən təmin edilməli, 27 yanvar 2020-ci il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi üzrə 249,46 manat faiz borcu müəyyən edilməlidir. Sonuncu maliyyə arayışında cərimə borcunun isə 9,36 manat olduğu göstərilsə də, iddia tələbi cərimə borcuna münasibətdə artırılmamış və məhkəmə tələbə bağlı olduğundan cərimə məbləği iddia ərizəsində tələb edildiyi kimi 0 manat məbləğində müəyyən edilməlidir. Odur ki, müqavilə üzrə 3925,52 manat əsas borc, 249,46 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı borcalan ilə arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 27 yanvar 2021-cu il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3925,52 manat, faiz borcu üzrə 249,46 manat olmaqla, ümumilikdə 4174,98 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanan 27 yanvar 2021-cu il tarixli, 11-MZ-2-0-187-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3925,52 (üç min doqquz yüz iyirmi beş manat, əlli iki qəpik) manat, faiz borcu üzrə 249,46 (iki yüz qırx doqquz manat, qırx altı qəpik) manat olmaqla, ümumilikdə 4174,98 (dörd min yüz yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3135/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3135/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver