Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3152/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016cı il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması aktları qeydiyyatı kitabında 905 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-622/2018 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 154 manat sabit pul şəklində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti bəzi aylarda ödəməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiyaya dair xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdehlə birgə nikahlarından olan övladlarının tələbatlarının artmasını, cavabdehin hazırki günədək 2000 manatdan artıq aliment borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə əsaslı və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh aliment borcunun olmasını, əmək haqqısının aşağı olmasını, hər ay 182 manat sabit məbləğində aliment ödəməsini, hazırda vəziyyətinin xəstəliklə əlaqədar ağır olmasını, yeni ailə qurmasını və ikinci övladının dünyaya gəlməsini bildirməklə yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq bir uşağın saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsində, yəni 91.25 manat məbləğində alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 622/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında xx.xx.2016cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 905 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması və xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 790868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00142 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da keçirilmiş ilkin mediasiya sessiyasında Cavabdeh və İddiaçı iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini, 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan fiziki şəxs X8 tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli arayışdan görünür ki, arayış verilir Cavabdeh onda ötrü ki, o, həqiqətən fiziki şəxs X6 məxsus mağazada 27 noyabr 2023-cü il tarixdən mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 365 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında “mühafizəçi” vəzifəsində işləyir və 365 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 917803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etmiş, etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı alimentin artırılmasına dair iddia ərizəsinin qərəzli, əsassız, qanunsuz olduğundan rədd edilməsi barədə 2(001)-3152/2024 №li iş üzrə ədalətli, əsaslı, qanuni məhkəmə qətnaməsi qəbul edilməlidir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, yalan məlumatlarla məhkəməni aldatmağa çalışmışdır. Onlar rəsmi nikaha 2009-cu ildə girdikləri, evləndikləri, ailə qurduqları, xx.xx.2010-cu ildə Könül adlı qızlarının dünyaya gəldiyi, xx.xx.2018-ci ildə nikahlarının pozulduğu halda, xx.xx.2024-cü il tarixli iddia ərizəsində “xx.xx.2016-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşam” yazmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev 2(001)-622/2018 №li 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması və Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Onun atası X7 ağır yataq xəstəsi olduğu üçün o, ona qulluq etdiyinə və habelə “Xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu ilə xx.xx.2023-cü ildə vəfat etdiyinə görə üzrlü səbəblərdən alimenti ödəyə bilmədiyinə baxmayaraq, İddiaçı hüquqlarından sui-istifadə edərək onun inzibati həbs olunmağını və əmək haqqının 70%-nin tutulmasını və ona ödənilməsini icra məmurundan vicdansızcasına tələb etmişdir. Atasına ağır yataq xəstəsi olduğu üçün qulluq etməsinə, işləməməsinə, imkansız olmasına baxmayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin 3(010)-655/2018 №li 20 iyul 2018-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərəzli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin rəisi Nazim Nərimanov və icra məmuru Nicat Vəlizadənin xx.xx.2023-cü il tarixli 18/43940/21-19 №li məktubundan görünür ki, “Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 №li 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Tutma aparılması üçün tələb xx.xx.2023-cü il tarixdə Cavabdeh əmək haqqına yönəldilmişdir. Borclunun müraciətini və maddi durumunu nəzərə alaraq borclu Cavabdeh əmək haqqından 70% həcmində deyil, 50% həcmində tutularaq tərəfimizdən göndərilən hesaba köçürməyiniz, borcun tutulması və göndərilməsi barədə bizə məlumat verməyiniz xahiş olunur” yazmışlar. "xxxx" ASC-nin BD7CX №li xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, onun hər aylıq 365 manat maaşının 50%-i, yəni 182.50 manatı tutulur və İddiaçı ödənilir. Onun iş yerindən verilən xx.xx.2024cü il tarixli arayışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən mağazada mühafizəçi vəzifəsində işləyir və 365 manat məbləğində aylıq əmək haqqı alır. Digər tərəfdən İddiaçı əczaçı vəzifəsində işləyir, maaş alır, özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 4, mənzil 83-də kirayəçilər saxlayır, kirayə haqqı alır, özü atasına məxsus evdə yaşayır, habelə aliment puluna onun ehtiyacı yoxdur, uşağın saxlanması təkcə onun deyil, həm də onun da borcudur. Amma, onun vəziyyəti çox ağırdır, çünki o, mədədən xəstədir, müalicə oluna bilmir, özünün yaşayış mənzili yoxdur, qohum evində yaşayır, evlənmişdir, yeni ailə qurmuşdur, ikinci azyaşlı uşağı xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. 3 nəfərdən ibarət ailənin saxlanması üçün maaşının 50%-i, yəni 182.50 manatı tutulur və İddiaçı ödənilir və ona gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmalar tutulduqdan sonra 157.5 manat qalır, bu da həddindən çox azdır, onlara çatmır. İddiaçı hüquqlarından sui-istifadə edərək ona qarşı alimentin artırılmasına və 50 manat mediasiya xərcini ondan tələb etməsinə dair iddia ərizəsinin qərəzli, əsassız, qanunsuz olduğunu və onun imkansız olduğundan qəti etiraz etdiyini nəzərə alaraq, rədd edilməsi barədə ədalətli, əsaslı və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh etiraz ərizəsində göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-cı maddəsinin tələbinə uyğun olaraq 1 uşağın, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay onun əmək haqqının ¼ hissəsində 91.25 manat məbləğində alimentin ondan tutulmasını və İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar, onların nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 905 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından bir övladları, yəni xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2016-cı il tarixdə 905 nömrəli akt qeydi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması və xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin ( hər ay hər 154 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsə də, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdeh alimentin azaldılmasını xahiş etsə də, məhkəmə uşağın mənafeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmədiyindən Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanması hissəsini araşdıraraq hesab edir ki, alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-622/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3152/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3152/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver