Məhkəmə qərarları › İş №2(001)-3162/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3162/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3162/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, LG televizor, Samsung Paltaryuyan üçün 122 manat ödənilməmiş hissə, 27 manat dəbbə, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, LG televizor, Canon fotoaparat üçün 2.446 manat ödənilməmiş hissə, 735 manat dəbbə, ümumilikdə 3.330 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.360 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2019-cu il tarixli müqavilələrinə əsasən, 2 ədəd LG televizor, Samsung Paltaryuyan, Canon fotoaparat almış və nəticədə 3.330 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.674 manat (18 ay x 93 manat + 0 manat ilkin ödəniş) LG televizor, Samsung Paltaryuyan üçün ümumilikdə, 149 manat olmaqla ondan 122 manat ödənilməmiş hissə, 27 manat dəbbə, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.942 manat (12 ay x 245 manat + 2 manat ilkin ödəniş) LG televizor, Canon fotoaparat üçün ümumilikdə 3.181 manat olmaqla ondan, 2.446 manat ödənilməmiş hissə, 735 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.048 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.674 manat olan LG LCD 43LK6000, Paltaryuyan Samsung WF 8590NLW9DYLP markalı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. xx xxxxxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00332138 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.942 manat ilkin ödəniş 2 manat ödənilməklə olan LG LED 32LM6350, Canon EOS 80D EF18-55 İS KİT markalı məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. xx xxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00960020 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMCyə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixli müqavilə üzrə əsas borcu 122 manat, cərimə borcu 27 manat olmaqla, cəmi 149 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 2.446 manat, cərimə borcu 735 manat olmaqla, cəmi 3.181 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.330 manat məbləğində borcu vardır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı və xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 3.330 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı və xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat və xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı müqavilə üzrə əsas borc 122 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 132 manat, xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilə üzrə əsas borc 2.446 manat, cərimə borcu 100 manat olmaqla, cəmi 2.546 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 24 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2018-ci il tarixli, 00332138 saylı müqavilə üzrə Cavabdeh 122 (bir yüz iyirmi iki) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 132 (bir yüz otuz iki) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. xx xxxxxxx 2019-cu il tarixli, 00960020 saylı müqavilə üzrə Cavabdeh 2.446 (iki min dörd yüz qırx altı) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 2.546 (iki min beş yüz qırx altı) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar