Məhkəmə qərarları › İş №2(001)-32/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-32/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-32/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi K.X5, Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər X9 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 cavabdehlər X9 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” ASC ilə borcalan X9 arasında xx.xx.2015- ci il tarixdə 24 ay müddətinə, illik 24 faizlə 160,000 ABŞ dolları məbləğində 1858/15 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və ona görə də, ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X3 Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 iddiaçı ləğv prosesində olan İddiaçı ASC- nin xeyrinə 157,590.59 ABŞ dolları əsas, 70,075.27 ABŞ dolları faiz, 108,091.46 ABŞ dolları dəbbə pulu, 91,402.54 ABŞ dolları cərimə olmaqla, cəmi 427,159.87 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidməthaqqı olaraq ödənilmiş 62 manat məbləğində vəsaitin tutulması; tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 490 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini dəyişdirmiş və cavabdeh X4 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə ödənilməmiş 157,590.59 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 63,981.77 ABŞ dolları faiz borcu, 229,418.10 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 22,831.27 ABŞ dolları borcun, cəmi 473,821.73 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 62 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi;. tutmanın Cavabdeh2 məxsus olan Bakı Şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli mənzilə və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillərə yönəldilməsi, ilkin satış qiymətlərinin müəyyən edilməsi, həmin mənzillərin açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; həmin mənzillərə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra X6 və Cavabdeh2 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, X6 və Cavabdeh2 həmin mənzillərdən çıxarılması, həmin mənzillərin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi K.X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, cavabdeh iddia tələbini 227400 manat hissəsində qəbul edir, qalan hissədə tələb əsassızdır. Eyni zamanda mənzillərin qiymətləndirilməsinin nəticələri ilə də razılaşmaq olmaz. Belə ki, hal-hazırda həmin ərazidə mənzillərin 1 kv.m.-nin qiyməti 2000 manatdan başlayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 1858/15 saylı Təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilə “xxxxxxxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış və müqaviləyə əsasən Bank tərəfindən X7 24 ay müddətinə, illik 24 faizlə 160000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 1858-01/15 və 1858-02/15 saylı İpoteka müqavilələrindən görünür ki, həmin müqavilələr “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqavilələrə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 489 və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 490 Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli arayışdan görünür ki, X6 həmin tarixə Banka olan əsas borc 157590,59 ABŞ dolları, faiz borcu 70075,27 ABŞ dolları, 108091,46 ABŞ dolları dəbbə pulu, 91402,54 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 427159,87 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 29711 saylı ekspert rəyindən görünür ki, X6 Banka olan cəmi borcu 227665,86 ABŞ dolları təşkil edir (157590,58 ABŞ dolları əsas borc, 70075,28 ABŞ dolları faiz borcu). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, UNİ/İ 12-210/20 saylı ekspert rəyindən görünür ki,Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C ünvanında yerləşən 489 nömrəli mənzilin hazırkı şəraitdə satış (likvid) qiyməti 70000 manat, və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C ünvanında yerləşən 490 nömrəli mənzilin hazırkı şəraitdə satış (likvid) qiyməti isə 156000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında aşağıdakılar göstərilmişdir “ ... İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. ... Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir.”. Məhkəmə iddia tələbinin 229418,10 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas və faiz borcunu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1048,12 ABŞ dolları cərimə tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 22831,27 ABŞ dolları məbləğində pulun ödənilməsi hissəsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında müqavilə xx xxxx 2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış və xx xxxx 2017-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra işə üç il müddətində baxılmasına görə məsuliyyəti cavabdehin üzərinə qoymaq olmaz. Belə olan halda, məhkəmə müqavilənin bitdiyi tarixdən sonra 1 il üçün faiz tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 157590,58 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 63981,77 ABŞ dolları faiz borcu, 1048,12 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən sonra hesablanmış faiz 7879,53 ABŞ dolları olmaqla, cəmi 230500 ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməli; tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı; Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 489 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 70000 manat, Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 490 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti isə 156000 manat müəyyən edilməli; satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməli; mənzillər satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh X4 tutulmalı; ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillər açıq hərracdan satıldığı gündən 1 ay müddətində cavabdehlər X9 və Cavabdeh2 tərəfindən boşaldılmalı və onların həmin mənzillərə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə müvafiq olaraq, ... ekspertlərə ... verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə hesab edir ki, iddia tələbi 48.65% hissədə təmin edildiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 30,16 manat hissəsi və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14,59 manat hissəsi cavabdeh X4 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2, ekspertlərə verilməli məbləğlər isə cavabdeh X4 tutularaq ekspertlərə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 157590,58 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 63981,77 ABŞ dolları faiz borcu, 1048,12 ABŞ dolları cərimə borcu, 7879,53 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 230500 (iki yüz otuz min beş yüz) ABŞ dolları məbləğində borcun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş rüsumun 30 (otuz) manat 16 (on altı) qəpik hissəsi və məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manat 59 (əlli doqquz) qəpik hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillərə yönəldilsin, həmin mənzillər açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 489 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilsin. Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi, ev 17C, mənzil 490 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 156000 (yüz əlli altı min) manat müəyyən edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilsin. Mənzillər satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh X4 tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabir Orucov küçəsi, 17C ünvanında yerləşən 490 nömrəli və Bakı şəhəri, Xətai rayonu, 1188-ci məhəllə, Sabit Orucov küçəsi 17C ünvanında yerləşən 489 nömrəli mənzillər açıq hərracdan satıldığı gündən 1 (bir) ay müddətində cavabdehlər X9 və Cavabdeh2 tərəfindən boşaldılsın və onların həmin mənzillərə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 195 (yüz doxsan beş) manat məbləğində pul cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 1352 (min üç yüz əlli iki) manat məbləğində pul cavabdeh X4 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülsün (“xxx” ASC-nin “Promo” filialı, H/h AZ64Bxxx********************, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT: BxxxAZ22, VÖEN **********). “xxxxxxxx” MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 (beş yüz) manat məbləğində pul cavabdeh X4 tutularaq “xxxxxxxx” MMC-nin hesabına köçürülsün (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank “xxxxxxxxxx” ASC, VÖEN: **********, Müxbir hesab AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22). Ödənilmiş dövlət rüsumlarının 47,25 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar