Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3200/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat məbləğində vurulmuş ziyanın cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsdən, 21.945 manat vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X3 Sənayi ve Ticarət Anonim” MMC-dən tutularaq, onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(001)- 7051/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “X3 Sanayi ve Ticaret Anonim” MMCyə və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı “əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, eyni zamanda İddiaçı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(103)-2519/2021 saylı qərardadı ilə təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.12.2020-ci il tarixli, 2(001)-7051/2020 saylı qərardadı ləğv edilərək, mülki iş baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsə qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının icraata qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi bu hissədə geri qaytarılmış, iddiaçıya bu tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Eyni zamanda, onun iddiası cavabdeh “X3 Sanayi ve Ticaret Anonim” MMC-yə qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsində icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil cavabdehin Goranboy rayonu, Nadirkənd ünvanı üzrə qeydiyyata alındığını bildirmiş və bu halı təsdiq edən aidiyyəti sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, qeyd edir ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı qismində ünvan 1 hansı sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, bu baxımdan da həmin ünvanın cavabdehin hüquqi ünvanı deyil, yerləşdiyi yer olması istisna edilmədiyindən məhkəmə iddianı icraata qəbul etmişdir. Lakin yalnız məhkəmə iclasında, yəni işə məhkəmədə baxıldığı zaman cavabdehin tam adı və məhz bu ünvanın cavabdehin hüquqi ünvanı olması barədə mötəbər sübutlar təqdim edilmişdir. Məhkəmə, həmin sənədləri nəzərə alıb, belə qənaətə gəlir ki, mülki iş hüquqi nəticə etibarı ilə ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Bu da öz növbəsində hazırki mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə, məhkəmə cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Goranboy rayonu üzrə qeydiyyata alındığını nəzərə alıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-ci, 35-ci, 44-cü, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3200/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3200/2021
26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver