Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3225/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehın iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.300 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh hazırki mübahisə ilə bağlı öz aralarında razılığa gəldiklərini bildirmişlər və məhkəməyə barışıq sazişi təqdim edərək, həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iddiaçı və cavabdeh tərəfin təqdim etdikləri barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Tərəflər 04 sentyabr 2016-cı il tarixli borcun etirafı haqqında müqavilə (bundan sonra müqavilə) üzrə borcun hazırda 4.100 (dörd min bir yüz) manat məbləğində olduğunu təsdiq edirlər;
2. Cavabdeh 04 sentyabr 2016-cı il tarixli müqavilə üzrə mövcud olan 4.100 (dörd min bir yüz) manat borcu İddiaçı hər ayın 21-i tarixinədək 100 (bir yüz) manat ödəməklə, qaytarmağı öhdəsinə götürür;
3. İddiaçı 04 sentyabr 2016-cı il tarixli müqavilə üzrə mövcud olan 4.100 (dörd min bir yüz) manat borcun bu sazişin 2-ci bəndində göstərilən qaydada ödənilməsinə razılıq verir;
4. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir;
5. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;
6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər;
7. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir;
8. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır;
9. Tərəflər barışıq sazişi qüvvəyə mindikdən sonra iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, barışıq sazişi təsdiq edilənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri məhkəmə iclas zalında tərəflərə izah edilmiş, bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Beləliklə, məhkəmə tərəflərin işi barışıq sazişi bağlamaqla qurtarmaq istədiklərini, bu məqsədlə öz aralarında barışıq sazişi bağlamaqla təsdiq edilməsi üçün məhkəməyə təqdim etdiklərini, habelə təqdim edilmiş barışıq sazişinin qanuna zidd olmasının və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının müəyyən edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, həmin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:
1. Tərəflər 04 sentyabr 2016-cı il tarixli borcun etirafı haqqında müqavilə (bundan sonra müqavilə) üzrə borcun hazırda 4.100 (dörd min bir yüz) manat məbləğində olduğunu təsdiq edirlər;
2. Cavabdeh 04 sentyabr 2016-cı il tarixli müqavilə üzrə mövcud olan 4.100 (dörd min bir yüz) manat borcu İddiaçı hər ayın 21-i tarixinədək 100 (bir yüz) manat ödəməklə, qaytarmağı öhdəsinə götürür;
3. İddiaçı 04 sentyabr 2016-cı il tarixli müqavilə üzrə mövcud olan 4.100 (dörd min bir yüz) manat borcun bu sazişin 2-ci bəndində göstərilən qaydada ödənilməsinə razılıq verir;
4. Tərəflər razılaşırlar ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir;
5. Bu Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır. Sazişin bağlanması zamanı suiistifadə, zorakılıq və aldatma hallarına yol verilməmişdir. Saziş təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır;
6. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər;
7. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir;
8. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 (bir) nüsxə olmaqla tərəflərdə saxlanılır;
9. Tərəflər barışıq sazişi qüvvəyə mindikdən sonra iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsümü İddiaçı aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Fuad Abdıyev