Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3229/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X2 qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə X6 arasında bağlanmış 11.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə qaytarmaq 25 % dərəcəsi ilə hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. X6 01.05.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 miras əmlakına dair vərəsəlik işinə uyğun olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 05.02.2021-ci il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş qalan 1064,32 manat əsas borcu qalmışdır. Cavabdeh borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də Cavabdeh iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 1064,32 manat borcun, 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, onun arvadı X6 01.05.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə X6 arasında bağlanmış 11.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə qaytarmaq 25 % dərəcəsi ilə hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. O, X1 miras olaraq nəqliyyat vasitəsini qəbul etmişdir. Hal-hazırda həmin nəqliyyat vasitəsi başqa şəxsin istifadəsindədir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə X6 arasında bağlanmış 11.09.2018-ci il tarixli BPM**********95 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 24 ay müddətinə, yəni 11.09.2020-ci il tarixinədək qaytarmaq, illik 24 % ödəmək şərti ilə 1500 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 11.09.2018-ci il tarixli BPM**********95 saylı məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən BPM**********95 saylı kredit müqaviləsi üzrə 1500 manat X4 verilmişdir. 11.09.2018-ci il tarixli BPM**********95 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan 11.10.2018-ci il tarixdən 11.09.2020-ci il tarixədək əsas borca görə 1500 manat, faiz borcuna görə 421,07 manat olmaqla cəmi 1921,07 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 05.02.2021-ci il tarixli 047 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan X3 11.09.2018-ci il tarixli BPM**********95 saylı kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixə əsas borca görə 1064,32 manat borcu vardır. Borc alanın faiz və cərimə borcu yoxdur. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.05.2019-cu il tarixli AZ-İİ № 013019 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 01.05.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.05.2019-cu il tarixdə 870 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin 25.09.2020-ci il tarixli 746 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 107-ci maddəsinin 4-cü bəndinə əsasən 01.05.2019-cu il tarixdə vəfat etmiş X3 mirası qəbul etmiş vərəsəsi 08.06.1951-ci il təvəllüdlü ünvan 2-da qeydiyyatda olan əri- Cavabdehdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29.04.2021-ci il tarixli 05/01-1532/11 saylı məktubundan müəyyən olunur ki, 01.01.2007-ci ildən fəaliyyətə başlamış Elektron notariat İnformasiya sistemində X3 miras əmlakına dair 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində 12.12.2019-cu il tarixdə 996 reyestr nömrəsi ilə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin 21.05.2021-ci il tarixli 543 saylı məktubunun surətindən müəyyən olunur ki, 01.05.2019-cu il tarixdə vəfat etmiş ünvan 2 ünvanında qeydiyyatda olmuş, 04.11.1955ci il təvəllüdlü X3 adına 12.12.2019-cu il tarixdə açılmış V-324/2019 nömrəli vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlaka dair onun vərəsəsi olan əri-Cavabdeh 12.12.2019-cu il tarixdə reyestrdə 2V-996 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 12.12.2019-cu il tarixli 2V-996 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 17.03.2017-ci il tarixli AC838700 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBADD41000BT37006 və buraxılış ili 1996 olan BMW 523 minik markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan 01.05.2019-cu ildə ölmüş X3 vərəsəsi Cavabdeh tam pay almalıdır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı 11.02.2021-ci il tarixli 22-1758/2021 saylı bildirişdən müəyyən olunur ki, bank borc alan X3 qanun üzrə vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X3 11.09.2018-ci il tarixli BPM**********95 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 1064,32 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi Cavabdeh öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 11.09.2018-ci il tarixli BPM**********95 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1064,32 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 1094,72 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3229/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3229/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver