Məhkəmə qərarları › İş №2(001)-3250/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3250/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3250/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Kombi, Hoffmann Seksiya üçün 1473 manat ödənilməmiş hissə, 306 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr Dolab, Dnepr Çarpayı, Dnepor Termo, Matras, 2 ədəd Dnepr Tumba üçün 1360 manat ödənilməmiş hissə, 204 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Paltaryuyan üçün 641 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Soyuducu üçün 363 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Led TV üçün 149,6 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Seksiya üçün kran üçün 110,2 manat ödənilməmiş hissə, 16,5 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, QCY Qulaqlıq üşün 42 manat ödənilməmiş hissə, 12,6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********34733 Nokia 105 dual markalı telefon üçün 51 manat ödənilməmiş hissə, 9,9 manat dəbbə pulu; xx.xx.2020-ci il müqaviləsinə əsasən, 2 ədəd X7 üçün 84 manat ödənilməmiş hissə, 25,2 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********36357 Nokia 105 dual markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd KomPlus Kombi seti üçün 32,4 manat ödənilməmiş hissə, 9,4 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X9 Bank QCY Qulaqlıq üçün 20 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Ümumilikdə 5210 manat borc və 72,1 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Hoffmann Kombi, Hoffmann Seksiya, Dnepr Dolab, Dnepr Çarpayı, Dnepr Termo, Matras, 2 ədəd Dnepr Tumba, Hoffman Paltaryuyan, Hoffmann Soyuducu, Hoffmann Led TV, Hoffmann Seksiya üçün kran, QCY Qulaqlıq, İMEİ kodu **********34733 Nokia 105 dual markalı telefon, 2 ədəd X7, İMEİ kodu **********36357 Nokia 105 dual markalı telefon, 2 ədəd KomPlusKombi seti, X9 Bank QCY Qulaqlı almış və nəticədə 5210 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2042,4 manat (24 ay x 85.1 manat +0 manat ilkin ödəniş), Hoffmann Kombi, Hoffmann Seksiya üçün 1779 manat olmaqla ondan, 1473 manat ödənilməmiş hissə, 306 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1637 (min alt i one yeddi) manat (24 ay x 68 manat 5 manat ilkin ödəniş) olan, Dnepr Dolab, Dnepr Çarpayı, Dnepr Termo, Matras, 2 ədəd Dnepr Tumba üçün 1564 manat olmaqla ondan, 1360 manat ödənilməmiş hissə, 204 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 854.4 manat (24 ay x 35.6 manat 0 manat ilkin ödəniş olan HOFFMANN Paltaryuyan üçün 746 manat olmaqla ondan 641 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 543,6 manat (18 ay x 30.2 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Soyuducu üçün 462 manat olmaqla ondan 363 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336,6 manat (18 ay x 18,7 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Led TV üçün 192,8 manat olmaqla ondan 149,6 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 139,2 manat (24 ay x 5,8 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Seksiya üçün kran üçün 126,7 manat olmaqla ondan 110 manat ödənilməmiş hissə, 16,5 manat dəbbə pulu; xx.xx.2020ci il tarixli müqaviləsinə asason, alqı-satqı qiymati 72 manat (12 ay x 6 manat+ 0 manat ilkin ödəniş) olan QCY Qulaqlıq üçün 54,6 manat olmaqla ondan 42 manat ödənilməmiş hissa, 12,6 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə asason, alqı-satqı qiyməti 70,2 manat (18 ay x 3.9 manat 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********34733 Nokia 105 dual markalı telefon için 60.9 manat olmaqla ondan 51 manat ödənilməmiş hissa, 9.9 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqi qiyməti 144 manat (12 ay x 12 manat 0 manat ilkin ödəniş) olan 2 ədəd X7 için 109,2 manat olmaqla ondan 84 (səksən dörd) manat ödənilməmiş hissə, 25,2 manat dǝbba pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73.2 manat (12 ay x 6.1 manat 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********36357 Nokia 105 dual markalı telefon üçün 47 manat olmaqla ondan 36 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 64,8 manat (12 ay x 5,4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd KomPlus Kombi seti üçün 41,8 manat olmaqla ondan 32,4 manat ödənilməmiş hissə, 9,4 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 124,2 manat (6 ay x 20,7 manat + 0 manat ilkin ödəniş) olan X9 Bankj QCY Qulaqlıq üçün 26 manat olmaqla ondan 20 manayt ödənilməmiş hissə, 6 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1739,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanıbsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşəın öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəolikləri icra etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2020-ci il tarixli, №21075920 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2042,4 manat olan Hoffmann Kombi, Hoffmann Seksiya Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 85,1 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 12 sentyabr 2020-ci il, sonuncu ödəniş tarixi 12 avqust 2022-ci il müəyyən edilmişdir.

6. 14 avqust 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №21075920 saylı saylı müqaviləyə əsasən Hoffmann Kombini, Hoffmann Seksiyanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2020-ci il tarixli, №21274959 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1637 manat olan Dnepr Dolab, Dnepr Çarpayı, Dnepr Termo, Matras, 2 ədəd Dnepr Tumba Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 68 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 07 fevral 2021-ci il, sonuncu ödəniş tarixi 07 yanvar 2023-cü il müəyyən edilmişdir.

8. 25 oktyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №21274959 saylı saylı müqaviləyə əsasən Dnepr Dolabı, Dnepr Çarpayını, Dnepr Termonu, Matrası, 2 ədəd Dnepr Tumbanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli, №21260476 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 854,4 manat olan Hoffmann Paltaryuyan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 35,6 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 02 dekabr 2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.

10. 20 oktyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №21260476 saylı saylı müqaviləyə əsasən Hoffmann Paltaryuyanı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

11. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, №21266652 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 543,6 manat olan Hoffmann Soyuducu Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 30,2 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.

12. 22 oktyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №21266652 saylı saylı müqaviləyə əsasən Hoffmann Soyuducunu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2020-ci il tarixli, №20371839 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 336,6 manat olan Hoffmann Led TV Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 18,7 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

14. 26 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20371839 saylı saylı müqaviləyə əsasən Hoffmann Led TV-ni qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli, №22100346 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 139,2 manat olan Hoffmann Seksiya üçün kran Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində aylıq 5,8 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2021-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.

16. 02 dekabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22100346 saylı saylı müqaviləyə əsasən Hoffmann Seksiya üçün kranı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2020-ci il tarixli, №22044563 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 72 manat olan QCY Qulaqlıq Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 6 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

18. 14 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22044563 saylı saylı müqaviləyə əsasən QCY Qulaqlığı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2020-ci il tarixli, №22044494 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 70,2 manat olan İMEİ Kodu **********34733 olan Nokia 105 dual markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 3,9 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.

20. 14 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22044494 saylı saylı müqaviləyə əsasən İMEİ Kodu **********34733 olan Nokia 105 dual markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2020-ci il tarixli, №22050295 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 144 manat olan 2 ədəd X7 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 12 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

22. 16 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22050295 saylı saylı müqaviləyə əsasən 2 ədəd X6 qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli, №22043908 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 73,20 manat olan İMEİ Kodu **********36357 olan Nokia 105 dual markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 6,1 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

24. 13 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22043908 saylı saylı müqaviləyə əsasən İMEİ Kodu **********36357 olan Nokia 105 dual markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

25. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2020-ci il tarixli, №22029061 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 64,8 manat olan KomPlus Kombi seti Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 5,4 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

26. 08 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22029061 saylı saylı müqaviləyə əsasən KomPlus Kombi setini qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2020-ci il tarixli, №22043683 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 124,2 manat olan X9 Bank və QCY Qulaqlıq Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 6 ay ərzində aylıq 20,7 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir.

28. 13 noyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №22043683 saylı saylı müqaviləyə əsasən X9 Bankı və QCY Qulaqlığı qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

29. 08 aprel 2022-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1473 manat əsas, 306 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1360 manat əsas, 204 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 641 manat əsas, 105 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 363 manat əsas, 99 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 149,6 manat əsas, 43,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 110,2 manat əsas, 16,5 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 42 manat əsas, 12,6 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 51 manat əsas, 9,9 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 84 manat əsas, 25,2 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 36 manat əsas, 11 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 32,4 manat əsas, 9,4 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat əsas, 6 manat dəbbə olmaqla, ümumilikdə 5210 manat məbləğində borcu vardır.

30. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir;

31. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 72,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 avqust 2020-ci il tarixli, №21075920 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 85,1 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Hazırda iddiaçı 14 avqust 2020-ci il tarixli, №21075920 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 1473 manat, dəbbə borcuna görə 306 manat pul vəsaitinin tutulmasını tələb edir.

33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 25 oktyabr 2020-ci il tarixli, №21274959 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 68 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

34. Hazırda iddiaçı 25 oktyabr 2020-ci il tarixli, №21274959 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 1360 manat, dəbbə borcuna görə 204 manat pul vəsaitinin tutulmasını tələb edir.

35. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixli, №21260476 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 35,6 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

36. Hazırda iddiaçı 20 oktyabr 2020-ci il tarixli, №21260476 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 641 manat, dəbbə borcuna görə 105 manat pul vəsaitinin tutulmasını tələb edir.

37. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 22 oktyabr 2020-ci il tarixli, №21266652 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 30,2 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

38. Hazırda iddiaçı 22 oktyabr 2020-ci il tarixli, №21266652 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 363 manat, dəbbə borcuna görə 99 manat pul vəsaitinin tutulmasını tələb edir.

39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 26 iyun 2020-ci il tarixli, №20371839 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 18,7 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

40. Hazırda iddiaçı 26 iyun 2020-ci il tarixli, №20371839 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 149,6 manat, dəbbə borcuna görə 43,2 manat pul vəsaitinin tutulmasını tələb edir.

41. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 02 dekabr 2020-ci il tarixli, №22100346 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 5,8 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

42. Hazırda iddiaçı 02 dekabr 2020-ci il tarixli, №22100346 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 110,2 manat, dəbbə borcuna görə 16,5 manat pul vəsaitinin tutulmasını tələb edir.

43. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 noyabr 2020-ci il tarixli, №22044563 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 6 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

44. Hazırda iddiaçı 14 noyabr 2020-ci il tarixli, №22044563 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 42,6 manat, dəbbə borcuna görə 12,6 manat pul vəsaitinin tutulmasını tələb edir.

45. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 noyabr 2020-ci il tarixli, №22044494 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 3,9 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

46. Hazırda iddiaçı 14 noyabr 2020-ci il tarixli, №22044494 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 51 manat, dəbbə borcuna görə 9,9 manat pul vəsaitinin tutulmasını tələb edir.

47. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 16 noyabr 2020-ci il tarixli, №22050295 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 12 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

48. Hazırda iddiaçı 16 noyabr 2020-ci il tarixli, №22050295 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 84 manat, dəbbə borcuna görə 25,2 manat pul vəsaitinin tutulmasını tələb edir.

49. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 13 noyabr 2020-ci il tarixli, №22043908 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış, nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 6,1 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

50. Hazırda iddiaçı 13 noyabr 2020-ci il tarixli, №22043908 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 36 manat, dəbbə borcuna görə 11 manat pul vəsaitinin tutulmasını tələb edir.

51. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 08 noyabr 2020-ci il tarixli, №22029061 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 5,4 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

52. Hazırda iddiaçı 08 noyabr 2020-ci il tarixli, №22029061 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 32,4 manat, dəbbə borcuna görə 9,4 manat pul vəsaitinin tutulmasını tələb edir.

53. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 13 noyabr 2020-ci il tarixli, №22043683 saylı əşyanın nisyə alğı-satqısına dair müqavilə bağlanmış və nəticədə "xxxx" MMC əşyaları cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 6 ay müddətinə aylıq 20,7 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür.

54. Hazırda iddiaçı 13 noyabr 2020-ci il tarixli, №22043683 saylı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən əsas borca görə 20 manat, dəbbə borcuna görə 6 manat pul vəsaitinin tutulmasını tələb edir.

55. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir.

56. İddiaçı tərəfindən 72,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

58. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

59. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

60. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

61. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

62. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

63. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

64. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

65. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

66. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

67. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

68. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur.

69. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

70. Müqavilələr üzrə tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, hər on iki müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hər on iki müqavilələr üzrə ümumilikdə hesablanmış 847,8 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

71. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

72. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

73. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

74. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hər on iki müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq, 1)14 avqust 2020-ci il tarixli, №21075920 saylı müqavilə üzrə 73,65 manat, 2)25 oktyabr 2020-ci il tarixli, №21274959 saylı müqavilə üzrə 68 manat, 3)20 oktyabr 2020-ci il tarixli, №21260476 saylı müqavilə üzrə 32,05 manat, 4)22 oktyabr 2020-ci il tarixli, №21266652 saylı müqavilə üzrə 18,15 manat, 5)26 iyun 2020-ci il tarixli, №20371839 saylı müqavilə üzrə 7,48 manat, 6)02 dekabr 2020-ci il tarixli, №22100346 saylı müqavilə üzrə 5,51 manat, 7)14 noyabr 2020-ci il tarixli, №22044563 saylı müqavilə üzrə 2,1 manat, 8)14 noyabr 2020-ci il tarixli, №22044494 saylı müqavilə üzrə 2,55 manat, 9)16 noyabr 2020-ci il tarixli, №22050295 saylı müqavilə üzrə 4,2 manat, 10)13 noyabr 2020-ci il tarixli, №22043908 saylı müqavilə üzrə 1,8 manat, 11)08 noyabr 2020-ci il tarixli, №22029061 saylı müqavilə üzrə 1,62 manat, 12)13 noyabr 2020-ci il tarixli, №22043683 saylı müqavilə üzrə 1 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

75. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

76. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

77. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

79. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

80. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1)14 avqust 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1473 manat, cərimə borcuna görə 73,65 manat, 2)25 oktyabr 2020ci il tarixli müqavilə üzrə əsas borca görə 1360 manat, cərimə borcuna görə 68 manat, 3)20 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 641 manat, cərimə borcuna görə 32,05 manat, 4)22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 363 manat, cərimə borcuna görə 18,15 manat, 5)26 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 149,6 manat, cərimə borcuna görə 7,48 manat, 6)02 dekabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 110,2 manat, cərimə borcuna görə 5,51 manat, 7)14 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 42 manat, cərimə borcuna görə 2,1 manat, 8)14 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 51 manat, cərimə borcuna görə 2,55 manat, 9)16 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 84 manat, cərimə borcuna görə 4,2 manat, 10)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 36 manat, cərimə borcuna görə 1,8 manat, 11)08 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 32,4 manat, cərimə borcuna görə 1,62 manat, 12)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 20 manat, cərimə borcuna görə 1 manat olmaqla, ümumilikdə 4580,31 manat məbləğində pul vəsaiti və iddia qismən təmin edildiyindən 64 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

81. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 1)14 avqust 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1473 (min dörd yüz yetmiş üç) manat, cərimə borcuna görə 73,65 (yetmiş üç manat altmış beş qəpik) manat, 2)25 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 1360 (min üç yüz altmış) manat, cərimə borcuna görə 68 (altmış səkkiz) manat, 3)20 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 641 (altı yüz qırx bir) manat, cərimə borcuna görə 32,05(otuz iki manat beş qəpik) manat, 4)22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 363 (üç yüz altmış üç) manat, cərimə borcuna görə 18,15 (on səkkiz manat on beş qəpik) manat, 5)26 iyun 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 149,6 (yüz qırx doqquz manat altmış qəpik) manat, cərimə borcuna görə 7,48 (yeddi manat qırx səkkiz qəpik) manat, 6)02 dekabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 110,2 (yüz on manat iyirmi qəpik) manat, cərimə borcuna görə 5,51 (beş manat əlli bir qəpik) manat, 7)14 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 42 (qırx iki) manat, cərimə borcuna görə 2,1 (iki manat, on qəpik) manat, 8)14 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 51 (əlli bir) manat, cərimə borcuna görə 2,55 (iki manat əlli beş qəpik) manat, 9)16 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 84 (səksən dörd) manat, cərimə borcuna görə 4,2 (dörd manat,iyirmi qəpik) manat, 10)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 36 (otuz altı) manat, cərimə borcuna görə 1,8 (bir manat səksən qəpik) manat, 11)08 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 32,4 (otuz iki manat qırx qəpik) manat, cərimə borcuna görə 1,62 (bir manat altmış iki qəpik) manat, 12)13 noyabr 2020-ci il tarixli müqavilə üzrə əsas borca görə 20 (iyirmi) manat, cərimə borcuna görə 1 (bir) manat olmaqla ümumilikdə 4580,31 (dörd min beş yüz səksən manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti və iddia qismən təmin edildiyindən 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar