Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3291/2020 05.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakları ilə, İddiaçı İB-in Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2034 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2364 manat pulun məcburi qaydada tutularaq İddiaçı bank hesabına (İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, Swift BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, T/17509 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 486 m3, dəyəri 97,20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3996 m3, dəyəri 799,20 manat, cəmi 2034 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2034manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğininkönüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Cavabdehtərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəməsən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə verərək izahatında bildirmişdir ki, iddia tələbini xx xxxx 2018-ci il tarixli akt əsasında hesablanmış borc məbləği hissəsində qəbul edir, qalan aktlar əsasında hesablanmış borcları isə əsassız olduğundan qəbul etmir. Həmin aktların tərtib edilməsində iştirak etməmişdir. xx xxxx 2018-ci il tarixli akt üzrə olan borcu da birdəfəyə ödəmək imkanı yoxdur. Hissə-hissə ödəyə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı İB ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/17509 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № 58/1036 saylı, xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent kodlu qaz sayğacı İTRİ-nin rəyinə görə təbii qazdan qeydiyyatsız istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3996 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan sayğacdan əlavə qaz xəttinə qoşulma olduğunu təsdiq edən fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən növbəti texniki baxış keçirilən zaman sayğacdan əlavə qaz xəttinə qoşulma olduğu müəyyən edilərək bununla bağlı fotoşəkillər çəkilərək xx xxxx 2018-ci il tarixli akta əlavə edilmişdir. Mülki işin materiallarında olan abonent X3 məxsus №**********00010 saylı Abonent saldosundan görünür ki, 2018-ci ilin mart ayı üçün qazın sərfi 3996 m3, qalıq və akta görə hesablanmış borc 799,20 manat təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarbski küçəsi, ev 18-də yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacına cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman sayğacdan əlavə qaz xəttinə qoşulma olduğu müəyyən edilərək bununla bağlı fotoşəkillər çəkilməklə xx xxxx 2018-ci ildə akt tərtib edilmiş, həmin akta əsasən cavabdehə 799,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi xx xxxx 2018-ci il tarixli akta əsasən hesablanmış 799,20 manat hissəsində qismən təmin edilməli, Cavabdeh 799,20 (yeddi yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində pul alınaraq İddiaçı İBnə ödənilməlidir. İddia tələbinin qalan hissələri, yəni xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 486 m3, dəyəri 97,20 manat hissəsini isə məhkəmə əsassız hesab edir və ardıcıllıqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,9 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 486 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Salmanov Xudaşükür və Vüqar Dadaşov tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Əfəndiyev Samir, Salmanov Xudaşükür, Əmrahlı Zaur və Dadaşov Vüqar tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşı Bağırov İlham tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxxxx 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Bağırov İlham və İskəndərov Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli Xidmət sahələrinin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, İsgəndərov Zaur və Zəngəzurlu Ehtiram tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, İsgəndərov Zaur və Zəngəzurlu Ehtiram tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, İsgəndərov Zaur və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan İddiaçı İB-nin əməkdaşları Səmədov Ziya, Salmanov Xudaşükür və Əmrahlı Zaur tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı **********00010 Abonent nömrəli qaz sayğacı İTRİ-nin rəyinə görə mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın X1 təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan abonent Cavabdeh məxsus №**********00010 saylı Abonent saldosundan görünür ki, 2018-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 7938 m3, qalıq və akta görə hesablanmış borc 1414,80 manat, 2019-cu il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 6768 m3, qalıq və akta görə hesablanmış borc 676,80 manat təşkil edir. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 18-də yerləşən istehlakçı Cavabdeh yaşadığı ünvanda yerləşən qaz sayğacı 2018-ci ilin iyun ayından 2019-cu ilin noyabr ayına qədər olan müddətdə növbəti texniki baxışlardan keçirilən zaman qaz xəttinə özbaşına qoşulma halları aşkar edilmiş, müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. İşin mübahisəsiz olan hallarına əsasən qaz xətti istehlakçı Cavabdeh tərəfindən istifadə olunan evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yoldan keçir, digər tərəfdən isə növbəti texniki baxışlar təşkilatın mütəxəssisləri tərəfindən istehlakçı Cavabdeh iştirakı olmadan keçirilmiş, aktlar istehlakçının iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı ilk dəfə aşkar edilərkən çəkilmiş fotoşəkillər bundan sonra tərtib edilmiş aktlara da əlavə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulduğunu sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə bir daha qeyd edir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların bir nüsxəsi cavabdehə təqdim edilməmiş, istehlakçı iştirak etmədiyi halda aktın tərtib edilməsinə bitərəf şəxslər (hal şahidləri) dəvət edilməmiş, dəfələrlə qanunsuz qoşulma halları həqiqətəndə aşkar edildiyi halda hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz qoşulduğu bildirilən qaz xəttinin cavabdehin yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yoldan keçdiyini və bu səbəbdən cavabdehin qaz xəttini kənar müdaxilələrdən qorumasının qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx xxxx 2018-ci il tarixli akta əsasən hesablanmış 799,20 manat hissəsində qismən təmin edilməli, Cavabdeh 799,20 (yeddi yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində pul alınaraq İddiaçı İB-nə ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. İddianın hüquqi xidmətə çəkilən 300 (üç yüz) manat xərcin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsinə əlavə edilmiş bir tərəfdən “X6” MMC ilə digər tərəfdən “Mirzayev and X9” MMC arasında bağlanmış “Alyans yaradılmasına dair xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “X6” MMC müqaviləsi əsasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə hüquqi xidmətlər göstərir və həmin xidmətlərin (o cümlədən Şirkətin strukturuna daxil olan müəssisələrdə) göstərilməsində birgə iştirak etmək məqsədilə razılığa gəlmişlər. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği göstərilmiş yardıma görə xərclər üçün təqdim olunan hesab nəzərə alınmaqla ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəf hüquqi xidmətlərə görə “Mirzayev and X9” MMC-yə edilmiş ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Belə olan məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmətə çəkilən 300 (üç yüz) manat xərcin ödənilməsi hissəsi təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın qismən təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehdən alınaraq İddiaçı İB-nə verilməli, dövlət rüsumunu qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 58/1036 saylı, xx xxxx 2018ci il tarixli akt əsasında hesablanmış 799,20 (yeddi yüz doxsan doqquz manat 20 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3291/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3291/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver