Məhkəmə qərarları › İş №2(001)-33/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-33/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-33/2021 21.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı X5 Cavabdeh Texnoinşaat-2014 MMC-yə qarşı müqavilə üzrə ödənilən 68000 manat, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manat, hüquqi yardıma görə 500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 112330 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X9 cavabdeh Texnoinşaat-2014 MMC-yə qarşı müqavilə üzrə ödənilən 68000 manat, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manat, hüquqi yardıma görə 500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 112330 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X5 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı Bakı şəhəri Səbail rayonu ünvan 1 ünvanında yerləşən mənzilini təmir etdirmək üçün təmir-tikinti işləri və tikinti materiallarının satışını həyata keçirən Texnoinşaat-2014 MMC ilə 24.04.2017-ci il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçıya məxsus mənzildə Texnoinşaat- 2014 MMC tərəfindən 3 ay müddətində təmir-tikiti işləri həyata keçirilməli idi. Müqaviləyə əsasən təmir-tikinti işləri və tikinti materiallarının alınması üçün 68000 manat pulu iddiaçı Texnoinşaat-2014 MMC-nin direktoru X1 və texniki rəhbəri Cabbarlı Müqabilə ödəmişdir. Lakin müqavilə bağlanmasından xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək işləri başa çatdırmamışdır. Bundan başqa Texnoinşaat-2014 MMC tərəfindən qismən görülmüş işlər çox aşağı səviyyədə və keyfiyyətsiz materiallardan istifadə edilməklə həyata keçirilmiş, bir neçə otaqda divar kağızları sökülmüş, parket əyri vurulmuş, pilləkən tullantı materiallardan yığılmaqla əyri qoyulmuşdur. Təmir olunan sahəsinin ölçüsü yanlış olaraq böyük gösərilməklə işlər böyük pozmalarla aparılmışdır. Bu barədə Texnoinşaat-2014 MMC-nin rəhbərliyinə məlumat versə də, onlar bu nöqsanları aradan qaldıracaqlarına, iddiaçıya dəymiş maddi ziyanı tam ödəyəcəklərinə söz verəsələr də, bu günə qədər heç bir tədbir görməmiş, təmir etdikləri mənizlin təmiri ilə bağlı təhvil-təslim işləri aparmamışlar. Ona görə də bir ildən artıq müddətdir ki, mənizilin təmiri başa çatmadığı üçün iddiaçı mənzilindən istifadə edə bilmir. Bunlada Texnoinşaat-2014 MMC tərəfindən iddiaçının 68000 manat pulu ələ keçirilərək mənimsənilmişdir. Ona görə də cavabdehdən müqavilə üzrə iddiaçının ödədiyi 68000 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manatın, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manatın, eləcə də, hüquqi yardıma görə ödənilmiş 500 manatın cəmi 112330 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 07.09.2021-ci il tarixinə və 21.09.2021-ci il tarixinə təyin oluunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı X6 məlumat verilsə də, iddiaçı X9 məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Texnoinşaat-2014 MMC-nin vəkili Vəkil1 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmiş, məhkəmə işə iddiaçı X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Texnoinşaat-2014 MMC-nin vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı özünə məxsus torpaq sahəsində 3 fərdi yaşayış evinin təmirinin yarımçıq qaldığını və həmin evlərin təmir olunmasına dair 24.04.2017-ci il tarixdə Texnoinşaat-2014 MMC ilə müqavilə bağlamışdır. Müqavilə şərtlərinə uyğun olaraq razılaşma əsasında bəzi materialların cavabdeh tərəfindən alınması şərti ilə təmir edildikcə təhvil-təslim aktları tərtib edilmişdir. Təmir işləri görülmüş işlərə baxış keçirildikdən sonra tərəflərin imzası ilə müqavilə əsasında tərəflər təhvil-təslim aktları tərtib etmişlər. Bu aktlar iddiaçının atası tərəfindən imzalanmışdır. İddiaçı görülmüş işlərə görə cavabdehə 68000 manat ödədiyini bildirsə də, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən görülən işlərin dəyərinin 79878,9 manat olması, 08.05.2017-ci il, 19.05.2017-ci il, 30.05.2017-ci il, 14.06.2017-ci il, 24.07.2017-ci il, 08.09.2017-ci il və 20.10.2017-ci il tarixli təhvil-təslim aktlarında qeyd olunan işlərin faktiki olaraq Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində görülməsi müəyyən edilmişdir. İddia tələblərində istinad etdiyi halları sübuta yetirə bilməyəcəyini müəyyən edən iddiaçı məhkəmə iclaslarına da gəlmir. Ona görə də işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilədən müəyyən olunur ki, şifarişçi AZ 0100 Səlyan şossesi 32 ünvanında tikinti işlərinin aparılmasını, podratçı isə bu tapşırığı yerinə yetirmək vəzifəsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.13-cü bəndinə əsasən sifarişçi ödənişi təqdim olunan görülən işlər haqqında aktlara əsasən podratçı hər iki tərəfin imzaladığı bu aktların əslini təqdim etdiyi andan 3 gün ərzində həyata keçirir. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən işlərin başlanma tarixi bu müqavilənin imzalandığı tarix hesab edilir. Bu müqavilə üzrə işlərin görülmə müddəti 90 təqvim günü təşkil edir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən işləri ona müqavilə imzalandığı an təhvil verilmiş layihə və texniki sənədləşmələrə əsaslanaraq bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və müddətdə görmək və şifarişçiyə təqdim etmək podratçının vəzifəsidir. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflərdən biri bu podrat müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda təqsirli tərəf digər tərəfə dəymiş bütün ziyanı qarşılayır. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqaviləyə 04.05.2017-ci il tarixdə bağlanmış 1 saylı əlavədən müəyyən olunur ki, sifarişçi hovuzun nərdivan meydançasını və inşa edilən hovuzun boru kəmərləri və elektrik xidmətləri üçün yeraltı şaxtanın tikintisinin aparılmasını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 450 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqaviləyə 04.05.2017-ci il tarixdə bağlanmış 2 saylı əlavədən müəyyən olunur ki, sifarişçi evlərin dam hissələrinin montajını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 750 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqaviləyə 19.05.2017-ci il tarixdə bağlanmış 3 saylı əlavədən müəyyən olunur ki, sifarişçi 2 və 3 saylı evlərdə pilləkan hissələrinin tikinti işlərinin aparılmasını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 10000 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 08.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 6497 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 19.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 10757 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 30.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 15640 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 14.06.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 20916,55 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 24.06.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 25153,55 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 08.09.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 29903,35 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 20.10.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 32913,35 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilə üzrə 20.10.2017-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, sifarişçidən 63000 manat alınmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh-də texniki rəhbər vəzifəsində işləyir. X5 3 evinin təmir edilməsi üçün onlar müqavilə bağlamış, İddiaçı 1-ci evinin 30%, 2-ci evinin 15-25 % təmir olunmuş, 3-cü evi isə tam təmirsiz idi. 1-ci evdə bahalı pilləkən, döşəmə, qapı pəncərə var idi. 2-ci evdə qapı, pəncərə quraşdırılmışdı, divara suvaq yarımçıq vurulmuşdu, 3-cü evdə heç bir iş görülməmişdi. 24.04.2017-ci il tarixdə müqavilə bağlanmış, 02.05.2017-ci il tarixdə təmir işlərinə başlanmış, görülmüş işlərlə bağlı hər iki tərəfin iştirakı ilə akt tərtib olunmuş, işlər yerində yoxlanılaraq İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı bahalı olmayan pilləkən quraşdırmağı sifariş etmiş, o, İddiaçılə məsləhətləşib pilləkənin materialını birlikdə seçmişdir. Quraşdırılan pilləkəni əvvəl İddiaçı bəyənsə də, sonradan pilləkəni bəyənmədiyini bildirdi. İddiaçı evində onlara qədər 6-7 şirkət işləmiş, İddiaçı onlarında işini bəyənməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2019-cu il tarixli 9122 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçədə yerləşən X6 məxsus 15 saylı yaşayış evi üzrə Texnoinşaat-2014 MMC tərəfindən konkret olaraq hansı təmir-tikinti işlərinin aparıldığını və aparılmış təmir-tikinti işlərinin aparıldığı tarixə dəyərini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2020-ci il tarixli 4\90 saylı rəyindən müəyyən olunur ki, mülki işdə olan 30.05.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X9 yazılarının qarşısında olan imza; 14.06.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X9 yazılarının qarşısında olan imza; 24.07.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X9 yazılarının qarşısında olan imza; 08.09.2017-ci il tarixli təhviltəslim aktının 2-ci vərəqində X9 yazılarının qarşısında olan imza X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli 10/209 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində faktiki olaraq aparılan təmir-tikinti işlərinin aparıldığı tarixə ümumi dəyəri 79878,9 manat, o cümlədən 1-ci yaşayış evi üzrə 14756 manat, 2-ci yaşayış evi üzrə 22675 manat, 3-cü yaşayış evi üzrə 20869 manat və həyətyanı sahədə aparılmış təmir işlərinin dəyəri 21578,9 manat təşkil edir. Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində faktiki olaraq aparılan təmir-tikinti işləri tam başa çatmadığı və eləcə də, müqavilədə aparılmalı olduqları təmir işlərinin dəyəri göstərilmədiyi üçün həmin təmir-tikinti işlərinin dəyərini X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanan 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilənin və həmin müqaviləyə əlavə bağlanan 04.05.2017ci il tarixli 1 saylı, 04.05.2017-ci il tarixli 2 saylı, 19.05.2017-ci il tarixli 3 saylı sazişlərin şərtlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. 08.05.2017-ci il, 19.05.2017-ci il, 30.05.2017-ci il, 14.06.2017-ci il, 24.07.2017-ci il, 08.09.2017-ci il və 20.10.2017-ci il tarixli təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində görülmüşdür. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh sübut növü olaraq məhkəməyə təqdim etdiyi təhvil-təslim aktlarında qeyd olunan işləri yerinə yetirmiş, cavabdeh tərəfindən görülən işlərin dəyəri 79878,9 manat təşkil edir. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin podrat müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən ödədiyi 68000 manatın geri qaytarılmasını tələb etsə də, bu halı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı görülmüş işlərin dəyərinin 79878,9 manat olması öz təsdiqini tapmışdır. Mənzilin kirayəsi üçün 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün 1800 manat, hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitini cavabdehdən tələb edən iddiaçı bu tələblərini də təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Baxmayaraq ki, iddiaçının iddia tələbində istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirilməməsi səbəbindən iddia ərizəsini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, iş üzrə keçirilən tikinti-texniki ekspertizalarının dəyəri iddiaçıya, tərtib etdiyi və məhkəməyə sübut növü olaraq təqdim etdiyi sənədlərin iddiaçı və ya onun tapşırdığı şəxs tərəfindən imzalanmasını sübut etmək vəzifəsi cavabdehə aid olduğundan iş üzrə keçirilən məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ X5 Texnoinşaat-2014 MMC-yə qarşı müqavilə üzrə ödənilən 68000 manat, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manat, hüquqi yardıma görə 500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 112330 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. X4 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. Texnoinşaat-2014 MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 124 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar