Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-33/2022 04.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 71276,23 manat, hesablanmış faiz borcuna görə 4130,46 manat, cərimə borcuna görə 0 manat, kredit müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 12237,73 manat olmaqla, cəmi 87644,42 manat, və 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 599497,19 manat əsas, 158670,67 manat faiz, 0 manat cərimə, cəmi 758167,86 manat məbləğində pulun, 31 manat dövlət rüsumunnun, 124 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi 10.2535 ha torpaq sahəsi; Füzuli rayonu, İkinci Mahmudlu kəndi 11,56 ha torpaq sahəsinə, girovqoyan Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evinə-0,24 ha torpaq sahəsi ilə birlikdə, girovqoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 112-yə yönəldilərək, hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçiləri dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 03.02.2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata cavabdeh X2 aid hissədə onun ölməsi səbəbindən xitam verilməsi qərara alınmışdır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-ci il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 14 mart 2012-ci il ve 04 Aprel 2013-cü il tarixlərdə "xxxx" ASC və Cavabdeh1 arasında müvafiq olaraq 09 №-li ve 35 №-li kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh1 bank tərəfindən, 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə illik 7 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə, 200000 manat və 04 aprel 2013-cü tarixli 35 saylı kredit müqaviləsi üzrə illik 6 % olmaqla, 120 ay müddətinə 60 aylıq güzəştlə 600000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X7 ilə Bank arasında 14 mart 2012-ci il tarixdə 09i saylı ipoteka müqaviləsi və 04 aprel 2013-cü il tarixdə 14 mart 2012ci il tarixli 09i saylı ipoteka müqaviləsinə dair sonraki ipoteka müqaviləsi, Cavabdeh2 ilə 04 aprel 2013-cü il tarixdə 09 mart 2012-ci il tarixli 08i saylı ipoteka müqaviləsinə dair Sonrakı ipoteka müqaviləsi və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı ilə 04 aprel 2013-cü il tarixdə 351 saylı ipokeka müqaviləsi bağlanmış və X1 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi 10.2535 ha torpaq sahəsi, Füzuli rayonu, İkinci Mahmudlu kəndi 11.56 ha torpaq sahəsi, girovqoyan Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evi 0.24 ha torpaq sahəsi ilə birlikdə, girovqoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 112 ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər və 6 saylı Ərazi İdarələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqinda Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı 16.03.2012-ci il, 16.03.2012-ci il, 23.04.2013-cü il, 23.04.2013-cü il, 23.04.2013-cü il və 06.04.2013-cü il tarixlərdə DƏDRX tərəfindən Azərbaycan Respublikasi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqinda Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə tarixlərə müvafiq olaraq 0349396, 0349397, 0156680, 0156681, ******* ve ******* No-li Çıxarışlar verilmişdir. Amma borclu Cavabdeh1 krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. 02 sentyabr 2019-cu il tarixinə Cavabdeh1, 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə olmuşdur: LPO "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi: əsas məbləğ – 71276,23 manat 23 qəpik, hesablanmış faiz- 4130,46, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 12237.73 manat, cəmi-87644,42 manat, 02 sentyabr 2019-cu il tarixinə Cavabdeh1, 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur: Əsas məbləğ - 599497.19 manat, hesablanmış faiz borcu – 158670,67, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 0.00 manat olmaqla, cəmi-758167.86 manat təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına iştirak etməmişlər. Odur ki, məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün hesab etmişdir.
6. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edə Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.
9. Cavabdeh2 nümayəndəsi, Vəkil 04.11.2020-ci il tarixli məhkəməyə ünvanladığı və ekspertizanın təyin edilməsini xahiş etdiyi vəsatətində iddiaya münasibətini aşağıdakı kimi göstərmişdir:
10. İddiaçının iddia ərizəsində göstərdiyi banka olan borc mələğinin real həcmi qüsurlarla hesablanmış və real borc həddindən artıq şişirdilərək, yüksək məbləğdə pulun tutulması xahiş edilmişdir. Belə ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin qaldırmış olduğu iddia məbləğini qismən qəbul edir. Cavabdeh adı gedən Banka 400000 manat məbləğində borcu olduğunu, qalan vəsaitin barəsində ittiham verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən bankın səhmdarı, direktoru, Müşahidə Şurasının sədri Pərvanə Novruzovadadır ki, bununla bağlı da, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cavabdehlərin izahatları alınıb. İddia ərizəsində qeyd olunan birinci kredit müqaviləsi üzrə qeyd olunan borc tamamilə bankda saxlanılıb və bankın lisenziyası alınana kimi Pərvanə Novruzova tərəfindən ödənilmişdir. İkinci kredit üzrə isə 200000 manatı isə Bankda qeyri-qanuni olaraq saxlanılmışdır. Beləliklə iddiaçı tərəfindən əsas borc və faiz borclarının silinməsi düzgün aparılmamış, onların həcmi əsassız olaraq həddindən artıq şişirdilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana üzüm bağlarının salınması məqsədilə 60 aylıq güzəştlə, 120 ay müddətinə 600000 manat, bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixinədək-01.05.2023-cü il tarixinədək illik 6 faiz ödənilməklə, bu müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün pul məbləğini kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesbalanmış faizləri və əsas borc məbləğini, həmçinin “Borcverən” tərəfindən hesablanmış peniya və cərimə faizlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
12. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalanameyvə bağlarının salınması məqsədilə 24 aylıq güzəştlə, 60 ay müddətinə 200000 manat, bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş sonuncu ödəniş tarixinədək-19.03.2017-ci il tarixinədək illik 7 faiz ödənilməklə, bu müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün pul məbləğini kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesbalanmış faizləri və əsas borc məbləğini, həmçinin “Borcverən” tərəfindən hesablanmış peniya və cərimə faizlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən kreditin təminatı kimi 14 mart 2012-ci il tarixli 09 i saylı ipoteka müqaviləsində göstərilmiş daşınmaz əmlaklar çıxış edir.
13. İddiaçı ASC ilə ipoteka qoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı arasında bağlanan 04 aprel 2013-cü il tarixli, 35 i saylı ipoteka müqaviləsindən görünür ki, Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı borcalan Cavabdeh1 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq, DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilən MH seriyalı, ******* saylı çıxarışa əsasən ona məxsus Bakı şəhəri Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-759-cu, ev 62, mənzil 112-ni ipoteka qoyur.
14. İddiaçı ASC ilə ipoteka qoyan X7 arasında bağlanan 04 aprel 2013-cü il tarixli 14 mart 2012-ci il tarixli 09i saylı İpoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə daşınmaz əmlak adlandırılan Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında mülkiyyətində olan 11,56 ha və 10,2535 ha torpaq sahələrini 35 №-li 04 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.
15. İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanan 04 aprel 2013cü il tarixli 14 mart 2012-ci il tarixli 08i saylı İpoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə daşınmaz əmlak adlandırılan Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında mülkiyyətində olan 0,24 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 35 №li 04 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir.
16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən 10.2535 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 19.03.2010-cu il tarixində qeydiyyata alınmışdır.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən 11.56 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 19.03.2010-cu il tarixində qeydiyyata alınmışdır.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 0,182 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 17 mərtəbəli binanın “C” girişində, 4-cü mərtəbəsində, 131,39 kv.m ümumi, 73,29 yaşayış sahəsindən ibarət 3 otaqlı 112 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 747 nömrəli reyestr kitabının 69867 nömrəli vərəqində 19.06.2008-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır.
19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi, 11,56 ha torpaq sahəsi 04.04.2013-cü il tarixli, 35 №-li kredit müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı ASC qarşısında 23.04.2013-cü il tarixində ipoteka ilə yüklü edilmişdir.
20. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, X4 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi, 10.2535 ha torpaq sahəsi 04.04.2013-cü il tarixli, 35 №-li kredit müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı ASC qarşısında 23.04.2013-cü il tarixində ipoteka ilə yüklü edilmişdir.
21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi, fərdi yaşayış evi, 0,24 ha torpaq sahəsi ilə birlikdə 04.04.2013-cü il tarixli, 35 №-li kredit müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı ASC qarşısında 23.04.2013-cü il tarixində ipoteka ilə yüklü edilmişdir.
22. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, X5 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, 112 saylı mənzil 04.04.2013-cü il tarixli, 35 №-li kredit müqaviləsinə əsasən 120 ay müddətinə "xxxx" ASC qarşısında 06.04.2013-cü il tarixində ipoteka ilə yüklü edilmişdir.
23. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Ərazi İdarəsinin balansına və 1 saylı Ərazi İdarəsinin balansına ümumilikdə 120 manat məbləğində rüsum ödənilmişdir.
24. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndində 10.2535 ha torpaq sahəsi 14.03.2012-ci il tarixli, 09 №li kredit müqaviləsinə əsasən 60 ay müddətinə İddiaçı ASC qarşısında 16.03.2012-ci il tarixində ipoteka ilə yüklü edilmişdir.
25. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndində 11.56 ha torpaq sahəsi 14.03.2012-ci il tarixli, 09 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə İddiaçı ASC qarşısında 16.03.2012-ci il tarixində ipoteka ilə yüklü edilmişdir.
26. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 17 iyul 2019-cu il tarixində borcluya və girovqoyanlara ipoteka predmetinə tutmanın yönəldiməsi barədə bildiriş göndərilmiş və tərəflərə məhkəməyə müraciət etmədən, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif edilmiş, əks halda bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 15.08.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə X2 və Cavabdeh2 məxsus ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair ərizə ünvanlanmışdır.
28. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 05.08.2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə X5 məxsus ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ünvanlanmışdır.
29. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilən 02.09.2019-cu il tarixli maliyyə aayışından görünür ki, Cavabdeh1 04.04.2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının təqdim edildiyi günə 599497,19 manat əsas, kredit üzrə müddət sonuna olan 158670,67 manat faiz borcu olmaqla, ümumilikdə 758167,86 manat məbləğində borcu vardır.
30. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilən 10.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14.03.2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının təqdim edildiyi günə 71276,23 manat əsas, kredit üzrə müddət sonuna olan 4130,46 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 12237,73 manat olmaqla, ümumilikdə 87644,42 manat məbləğində borcu vardır.
31. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanan xəbərdalıqdan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcu 5 gün müddətində ödənilməsini tələb etmişdir.
32. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 25.06.2020-ci il tarixli, 4 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 62 saylı evin 112 saylı mənzilin ilkin satış qiyməti 400000 manat təşkil edir.
33. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 25.06.2020-ci il tarixli, 4 saylı ekspertiza rəyindən görünür ki, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən 11,56 ha torpaq sahəsinin və 10,2535 torpaq sahəsinin ümumilikdə 21,8135 ha torpaq sahəsinin hazırki ilkin satış qiyməti ******* manat təşkil etmişdir.
34. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 25.06.2020-ci il tarixli, 4 saylı ekspertiza rəyindən görünür ki, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 600000 manat təşkil edir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/6098 saylı ekspert rəyindən görünür ki, İ sual üzrə qeyd olunur: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə iş materiallarında mövcud olan Cavabdeh1 cari hesabından çıxarış məlumatlarının dövrü kredit müqaviləsinin dövrünü tam əhatə etmədiyindən və kassa məxaric-mədaxil orderləri olmadığından 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin verilməsini və kredit borcunu müəyyən etmək mümkün olmamışdır. İİ sual üzrə qeyd olunur: 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra Cavabdeh1 tərəfindən rəy verilən günə hansı məbləğdə vəsaitin ödənilməsini və həmin vəsaitin hansı qaydada silinməsini müəyyən etmək mümkün olmamışdır. İİİ sual üzrə Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 02.09.2019-cu il tarixə banka olan əsas və faiz borcu 767500 manat məbləğində və 29.09.2021-ci il tarixə banka olan əsas və faiz borcu 842100 manat məbləğində müəyyən edilir. Belə ki, 02.09.2020-ci il tarixə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 167500 manat, 29.09.2021-ci il tarixinə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 242200 manat borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyindən görünür: rəyin tədqiqat hissəsində göstərildiyi kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2012ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə kredit borcu aşağıdakı kimi müəyyən edilir: 19.03.2017-ci il tarixə əsas borc üzrə 61819,71 manat, faiz borcu üzrə 5048,61 manat, 05.01.2022-ci il tarixə əsas borc üzrə 61819,71 manat, faiz borcu üzrə 19868,17 manat borcu vardır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 35 saylı kredit müqaviləsi üzrə kredit borcu aşağıdakı kimi müəyyən edilir: 02.09.2019-cu il tarixə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 167500 manat, 05.01.2022-ci il tarixə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 251.800 manat borcu vardır. Ekspertiza tədiqatının dəyəri 200 manatdır.
37. 05 sentyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
38. 14 mart 2012-ci il tarixində Gəncəbank" ASC və Cavabdeh1 arasında 09 №li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank borcalana meyvə bağlarının salınması üçün illik 7 % olmaqla, 60 ay müddətinə, 24 aylıq güzəştlə, 200000 manat məbləğində kredit verməyi, borcalan isə əsas və faiz borclarını müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun həyata keçirməyi öhdəsinə götürür.
39. Kredit müqaviləsinin 4.1-ci bəndində kreditin təminatı kimi 14.03.2012-ci il tarixli 09 i saylı ipoteka müqaviləsində göstərilən daşınmaz əmlakların çıxış etdiyi qeyd edilir.
40. İş materiallarında əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışdan və MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, yuxarıda qeyd edilən ipoteka müqaviləsinin predmeti kimi- X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndində 10.2535 ha torpaq sahəsi və Füzuli rayonu, İkinci Mahmudlu kəndində 11.56 ha torpaq sahəsi 14.03.2012-ci il tarixli, 09 №-li kredit müqaviləsinə əsasən 60 ay müddətinə İddiaçı ASC qarşısında 16.03.2012-ci il tarixində ipoteka ilə yüklü edilir.
41. Lakin iş materiallarına X2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən 10.2535 ha torpaq sahəsinin, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən 11.56 ha torpaq sahəsinin 14.03.2012-ci il tarixli, 09 №-li kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi çıxış etdiyi 14 mart 2012-ci il tarixli 09i saylı ipoteka müqaviləsi əlavə edilməmiş, məhkəmə araşdırması dövründə isə məhkəməyə təqdim edilməmişdir.
42. Bundan başqa 04 aprel 2013-cü il tarixində "xxxx" ASC və Cavabdeh1 arasında 35 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 bank tərəfindən üzüm bağının salınması üçün illik 6 % olmaqla, 120 ay müddətinə 60 aylıq güzəştlə 600000 manat məbləğində kredit verməyi, borcalan isə əsas və faiz borclarını müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun həyata keçirməyi öhdəsinə götürür.
43. 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X7 ilə Bank arasında 04 aprel 2013-cü il tarixdə 14 mart 2012-ci il tarixli 09i saylı ipoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi, Cavabdeh2 ilə 04 aprel 2013-cü il tarixdə 09 mart 2012-ci il tarixli 08i saylı ipoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi və Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı ilə 04 aprel 2013-cü il tarixdə 351 saylı ipokeka müqaviləsi bağlanmışdır.
44. 04 aprel 2013-cü il tarixli 14 mart 2012-ci il tarixli 09i saylı ipoteka müqaviləsinə dair sonraki ipoteka müqaviləsi ilə X1 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi 10,2535 ha torpaq sahəsi, Füzuli rayonu, İkinci Mahmudlu kəndi 11,56 ha torpaq sahəsi, 04 aprel 2013-cü il tarixdə 09 mart 2012-ci il tarixli 08i saylı ipoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi ilə girovqoyan Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə, 04 aprel 2013-cü il tarixdə 351 saylı ipoteka müqaviləsi ilə girovqoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 112 ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı və 6 saylı Ərazi İdarələrində ipotekanın dövlət qeydiyyatı aparılmışdır.
45. Həmçinin 04 aprel 2013-cü il tarixli, 35 saylı kredit müqaviləsinə münasibətdə Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evinin 0.24 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi çıxış etdiyi ilkin ipoteka müqaviləsi iş materiallarında aşkar edilməmişdir.
46. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 71276,23 manat, hesablanmış faiz borcuna görə 4130,46 manat, kredit müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 12237,73 manat olmaqla, cəmi 87644,42 manat pulun və 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 599497,19 manat əsas, 158670,67 manat faiz borcu olmaqla, cəmi 758167,86 manat məbləğində pulun tutulması, kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsini, əmlakların hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçiləri dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair, 31 manat dövlət rüsumunun, 124 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Görünür iddiaçı hər iki kredit müqaviləsi üzrə 14 mart 2012-ci il tarixli, 09 saylı və 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqavilələri üzrə tutmanın ipoteka predmeti olan X1 məxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi 10.2535 ha torpaq sahəsinə; Füzuli rayonu, İkinci Mahmudlu kəndi 11,56 ha torpaq sahəsinə, girovqoyan Cavabdeh2 məxsus olan Füzuli rayonu, İkinci Mahmudlu kəndi fərdi yaşayış evinə-0,24 ha torpaq sahəsi ilə birlikdə və girovqoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 112-yə yönəldilməsini xahiş edir. (İddiaçının ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində tələbinə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi barədə başlığında geniş məlumat verəcək)
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2012-ci il tarixli, 09 saylı kredit müqaviləsi üzrə kredit borcu aşağıdakı kimi müəyyən edilir: 19.03.2017-ci il tarixə əsas borc üzrə 61819,71 manat, faiz borcu üzrə 5048,61 manat, 05.01.2022-ci il tarixə əsas borc üzrə 61819,71 manat, faiz borcu üzrə 19868,17 manat borcu vardır. Həmçinin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, 35 saylı kredit müqaviləsi üzrə kredit borcu aşağıdakı kimi müəyyən edilir: 02.09.2019-cu il tarixə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 167500 manat, 05.01.2022-ci il tarixə əsas borc üzrə 600000 manat, faiz borcu üzrə 251.800 manat borcu vardır. Ekspertiza tədiqatının dəyəri 200 manatdır.
49. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 2(001)-33/2022 saylı, 03.02.2022ci il tarixli qərardadı ilə icraata cavabdeh X2 aid hissədə onun ölməsi səbəbindən xitam verilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
52. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
53. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
54. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
55. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
56. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
57. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
58. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
59. - 14.03.2012-ci il tarixli, 09 saylı müqavilə üzrə tələb edilən borc məbləğinə məhkəmənin münasibəti aşağıdakı qaydada olmuşdur:
60. İddiaçı-bank borcalandan 02.09.2019-cu il tarixinə 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə 71276,23 manat əsas, 4130,46 manat faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 12237,73 manat məbləğində faiz borcunun, ümumilikdə 87644,42 manat borcun tutulmasını xahiş edir.
61. Məhkəmə tərəfindən tələb borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsinin müddəti bitdiyi tarixə-yəni 19.03.2017-ci il tarixinə 61819,71 manat əsas, 5048,61 manat məbləğində faiz borcu vardır.
62. Göründüyü kimi, iddiaçının tələb etdiyi əsas və faiz borcu ilə ekpsert rəyinin müəyyən etdiyi əsas və faiz borcu arasında fərq mövcuddur. Belə ki, ekspert tərəfindən kredit müqaviləsi üzrə 19.03.2017-ci il tarixinə 61819,71 manat əsas, 5048,61 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir.
63. Belə ki, Ekspert rəyində qeyd olunur: “təqdimat zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh1 krediti üzrə banka ümumilikdə 182918,09 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 44737,80 manatı faiz borcuna, 138180,29 manatı isə əsas borca silinməsi müəyyən olunur.”
64. Sadalananlar əsasında məhkəmə hesab edir ki, təqdim edilmiş ekspertiza rəyinə tərəflər etiraz etmədiklərindən və təkrar ekspertizanın keçirilməsi üçün hər hansı vəsatət verilmədiyindən, məhkəmə təqdim edilən ekspert rəyini mötəbər sübut kimi dəyərləndirir və cavabdehdən 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə tələb edilən əsas borc məbləğinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyinə uyğun hesablanmalı olduğu qənaətindədir. Lakin tələb edilən faiz məbləği ilə ekspert tərəfindən hesablanan faiz məbləğinin müqayisəsindən görünür ki, ekspertiza iddia tələbinin həcmindən çox faiz məbləği hesablamışdır. Belə olan halda, məhkəmə iddia tələbindən kənara çıxmamaqla, faiz borc məbləğini iddia tələbi həddində tutulması qənaətinə gəlir.
65. Nəticədə, cavabdehdən 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə ekspert rəyinə uyğun olaraq 61819,71 manat əsas, iddia tələbi həcmində isə 4130,46 manat faiz borcu tutulmalıdır.
66. Bundan başqa iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir.
67. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
68. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir
69. Lpo İddiaçı ASC tərəfindən təqdim edilən 02.09.2019-cu il tarixində olan maliyyə arayışından müəyyən edilir ki, bank cavabdehdən həm də, kredit müddəti bitəndən sonra əldən çıxmış fayda qismində 12237,73 manat məbləğində borcun tutulmasını tələb edir. Halbuki iddia ərizəsindən görünür ki, Gəncə İnzibati Məhkəməsinin 21.10.2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş, və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27.10.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir.
70. Nəzərə alınmalıdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.
71. 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsinin müddəti 19.03.2017-ci il tarixində bitmişdir. Bank isə artıq 2016-cı il tarixində müflis elan edilmişdir. Yəni bankın lisenziyası ləğv edildiyindən həmin tarixdən qazanc əldə etməsi mümkün olmamışdır. Belə olan halda müflis elan edilmiş bankın əldən çıxmış fayda qismində cavabdehdən 12237,73 manat məbləğində borcu tələb etməsi əsassızdır.
72. - 04.04.2013-cü il tarixli, 35 saylı müqavilə üzrə tələb edilən borc məbləğinə məhkəmənin münasibəti aşağıdakı qaydada olmuşdur:
73. İddiaçı-bank borcalandan 02.09.2019-cu il tarixinə 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 599497,19 manat əsas, 158670,67 manat faiz borcu olmaqla, ümumilikdə 758167,86 manat borcun tutulmasını xahiş edir.
74. Məhkəmə tərəfindən tələb borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsinin maliyyə arayışı verildiyi tarixə-yəni 02.09.2019-cu il tarixinə 600000 manat əsas, 167500 manat məbləğində faiz borcu vardır.
75. Ekspert rəyində qeyd olunmuşdur ki: “Tədiqat zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü ki, Cavabdeh1 krediti üzrə banka 02.09.2019-cu il və 05.01.2022-ci il tarixədək 60000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğ faiz borcuna silinmişdir.”
76. Sadalananlar əsasında müəyyən olunur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/7865 saylı ekspert rəyi ilə Cavabdeh1 kredit müqaviləsinin maliyyə arayışı verildiyi tarixə, yəni 02.09.2019-cu il tarixinə əsas və faiz borcu iddiaçının tələb etdiyi məbləğdən daha artıq hesablanmışdır. Belə olan halda məhkəmə, iddia tələbindən kənara çıxmamaqla, cavabdehdən 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borc məbləğinin iddia tələbi həcmində müəyyən edilməli olması qənaətinə gəlir.
77. Odur ki, Cavabdeh1 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə əsas borca görə 61819,71 manat, faiz borcuna görə 4130,46 manat; 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə əsas borca görə 599497,19 manat, faiz borcuna görə 158670,67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
78. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:
79. İddiaçı X2 məxsus əmlaklar həm 14 mart 2012-ci il tarixli 9 saylı, həm də 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi çıxış etmişdir.
80. Halbuki, iş materiallarında X2 məxsus əmlakların 14 mart 2012-ci il tarixli 9 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası kimi ipoteka predmeti olaraq çıxış etdiyi ipoteka müqavilələri yoxdur. İş materiallarında X2 məxsus əmlakların yalnız 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi çıxış etdiyi sonrakı ipoteka müqavilələri mövcuddur.
81. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-33/2022 saylı, 03.02.2022-ci il tarixli qərardadı ilə bankın “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata cavabdeh X2 aid hissədə onun ölməsi səbəbindən xitam verilməsi qərara alınmışdır.
82. İpoteka qoyan X2 münasibətdə icraata xitam verildiyindən, o hazırki mübahisədə tərəf deyil.
83. Odur ki, tutmanın 04 aprel 2013-cü il tarixli 14 mart 2012-ci il tarixli 09i saylı ipoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsinin predmetlərinə - Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında mülkiyyətində olan 11,56 ha və 10,2535 ha torpaq sahələrinə yönəldilməsi hissəsində tələbin yönəldiyi şəxs (əmlakı ipoteka qoyan) Subahandır, lakin ona münasibətdə icraata xitam verilməsi ona aid tələbin də yoxluğunu özündə ehtiva edir. Bu baxımdan məhkəmə hesab edir ki, tutmanın ipoteka predmeti olan və X2 məxsus daşınmaz əmlaklara yönəldilməsi ilə bağlı tələb məhkəmə araşdırmasının predmetini təşkil etmir.
84. Bundan başqa bankla ipoteka qoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı arasında bağlanmış 04 aprel 2013-cü il tarixli 35i saylı ipoteka müqaviləsi ilə Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı özünəməxsus ünvan 3 ünvanında yerləşən mənzili 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Belə olan halda bank 14 mart 2012-ci il tarixli 9 saylı kredit müqaviləsi üzrə Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus əmlaka tutma yönəldilməsini tələb edə bilməz.
85. Həmçinin bankla ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 04 aprel 2013-cü il tarixli 09 mart 2012-ci il tarixli 08i saylı İpoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 özünəməxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Belə olan halda bank 14 mart 2012-ci il tarixli 9 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 məxsus əmlaka tutma yönəldilməsini tələb edə bilməz. Həmçinin yuxarıda qeyd edildiyi kimi, iş materiallarında 09 mart 2012-ci il tarixli 08i saylı ipoteka müqaviləsi aşkar edilməmişdir.
86. Göstərilənlər əsasında məhkəmə iddia tələbinin yalnız 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə ipoteka predmetlərinə tutma yönəldilməsi hissəsinə münasibət bildirilməsini və hüququ dəyərləndirilməsinin aparılmasını zəruri hesab edir.
87. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
88. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
89. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
90. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
91. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;
92. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir;
93. 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır;
94. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları):
95. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;
96. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;
97. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər;
98. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;
99. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
100. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;
101. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;
102. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər;
103. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
104. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, bankla ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 04 aprel 2013-cü il tarixli 09 mart 2012-ci il tarixli 08i saylı İpoteka müqaviləsinə dair sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 özünəməxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 25.06.2020-ci il tarixli, 4 saylı ekspertiza rəyindən görünür ki, Füzuli rayonu, İkinci Mahmudlu kəndində yerləşən fərdi yaşayış evi 0,24 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 600000 manat təşkil edir.
105. Həmçinin bankla ipoteka qoyan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı arasında bağlanmış 04 aprel 2013-cü il tarixli 35i saylı ipoteka müqaviləsi əsasında Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızı özünəməxsus ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 25.06.2020-ci il tarixli, 4 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 62 saylı evin 112 saylı mənzilin ilkin satış qiyməti 400000 manat təşkil etmişdir.
106. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakların açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
107. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus ünvan 3 ünvanında yerləşən mənzilə və Cavabdeh2 məxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına və Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
108. Həmçinin, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə müəyyən edilməlidir.
109. Belə ki, ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 400000 manat, Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat müəyyən edilməlidir.
110. İddia tələbi həmçinin ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması hissəsində də “İpoteka haqqında “Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
111. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
112. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
113. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
114. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
115. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
116. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə əsas borca görə 61819,71 manat, faiz borcuna görə 4130,46 manat olmaqla, ümumilikdə 65950,17 manat məbləğində pul vəsaiti, 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə isə əsas borca görə 599497,19 manat, faiz borcuna görə 158670,67 manat olmaqla, ümumilikdə 758167,86 manat məbləğində pul vəsaiti, hər iki müqavilə üzrə cəmi 824118.03 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli; 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 758167,86 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus ünvan 7 ünvanında yerləşən mənzilə və Cavabdeh2 məxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli; ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 400000 manat, Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı; satışdan əldə olunan vəsait hesabına 04 aprel 2013cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə borc ödənilməli; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına və Cavabdeh2 qaytarılmalı; ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulmalı; ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
117. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri mütənasib olaraq kreditor və borclu arasında bölünməlidir.
118. Odur ki, ödənilmiş 31 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat dövlət rüsumu olmaqla, ümumilikdə 135 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
119. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 150 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. 14 mart 2012-ci il tarixli 09 saylı kredit müqaviləsi üzrə əsas borca görə 61819,71 manat, faiz borcuna görə 4130,46 manat olmaqla, ümumilikdə 65950,17 (altmış beş min doqquz yüz əlli manat, on yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə isə əsas borca görə 599497,19 manat, faiz borcuna görə 158670,67 manat olmaqla, ümumilikdə 758167,86 (yeddi yüz əlli səkkiz min yüz altmış yeddi manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə 758167,86 (yeddi yüz əlli səkkiz min yüz altmış yeddi manat, səksən altı qəpik) manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına məxsus ünvan 7 ünvanında yerləşən mənzilə və Cavabdeh2 məxsus Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 7 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 400000 (dörd yüz min) manat, Füzuli rayonu, İkinci Mahmudlu kəndi ünvanında yerləşən 0,24 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600000 (altı yüz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetlərinin satışından əldə olunan vəsait 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilsin. 04 aprel 2013-cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar Hüseynova (Cəfərova) Vüsalə Füzuli qızına və Cavabdeh2 qaytarılsın, ipoteka predmetlərinin satışından əldə edilən vəsait 04 aprel 2013cü il tarixli 35 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh1 ümumi qaydada tutulsun. İpoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 150 (yüz əlli) manat hissəsi Cavabdeh1, 50 (əlli) manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev