Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3322/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25889,33 manat əsas, 3827,42 manat faiz, 17119,07 manat cərimə, 6994,8 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 53830,62 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi, 0,01298 ha. ölçülü torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.metr yaşayış, 30,3 kv.metr köməkçi sahədən ibarəd 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsinin təmin edilməsi, həmin məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönədikdə və ev satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılaraq X1 İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək işin ərazi idiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş edib vəsatətini onunla əsaslandırdı ki, o, Binəqədi rayonunda qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Onun ailə üzvləri olan digər cavabdehlər də həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh2 Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bu barədə verilmiş arayışı məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, qanunla rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki iş materiallarından görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə borclu Cavabdeh1, eləcə də digər cavabdehlər – Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatdadırlar. Cavabdehlərdən yalnız Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatdadır ki, onun da faktiki yaşayış yeri ünvan 1-dır. Həmin mənzil iddia tələbində göstərilən kredit müqaviləsi üzrə ipoteka predmetidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci madddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırki iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmasa da, kredit müqaviləsi üzrə borclunun Bakı şəhəri Xəzər rayonunda qeydiyyatda olması, habelə ipoteka predmetinin həmin rayon ərazisində yerləşməsi, digər cavabdehlərə qarşı iddia tələbinin onların mənzildən çıxarılmalarından ibarət olmaları nəzərə alınaraq işə Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3322/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3322/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver