Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3323/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 məhkəməyə mediasiya vasitəsilə barışıq sazişi bağlamalarını bildirdilər və məhkəmədən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-1-ci maddəsinə müvafiq olaraq, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında mediasiya vasitəsilə bağlanmış barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-1, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında mediasiya vasitəsilə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlamış olduğu 09 avqust 2017ci il tarixli, 100.LN.2105.090817.00002 saylı müqavilə üzrə banka 26705 ABŞ dolları əsas, 2558 ABŞ dolları faiz, 7668 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 568 ABŞ dolları faiz, cəmi 37499 (otuz yeddi min dörd yüz doxsan doqquz) ABŞ dolları borcu olduğunu etiraf edir.
2. Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlamış olduğu 09 avqust 2017ci il tarixli, 100.LN.2105.090817.00002 saylı müqavilə üzrə bank tərəfindən edilən 7499 (yeddi min dörd yüz doxsan doqquz) ABŞ dolları məbləğində güzəştdən sonra öhdəliklərinə uyğun olaraq 30000 (otuz min) ABŞ dolları məbləğini aşağıda qeyd edilmiş şərtlərə uyğun olaraq ən geci 25 (iyirmi beş) ay müddətinə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödəməyi öhdəsinə götürür.
3. Cavabdeh1 bu saziş təsdiq edilən anda 5000 (beş min) ABŞ dolları məbləği ilkin ödəniş kimi LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödəyəcək.
4. Cavabdeh1 13.11.2021-ci il tarixdən başlayaraq, 25 (iyirmi beş) ay müddətinə hər ay 1000 (bir min) ABŞ dolları olmaqla LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödəniş edəcək.
5. Cavabdeh1 yuxarıda qeyd olunmuş ödənişləri 5 (beş) təqvim günündən artıq gecikdirməyəcək.
6. Cavabdeh1 qeyd olunan qrafikə uyğun olaraq təyin edilmiş ödənişi 2 (iki) aydan artıq gecikdirərsə, ipoteka ilə yüklü edilmiş əmlakla əlaqədar icra işlərinin başlanmasına razı olacaq.
7. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 100.LN.2105.090817.00002 saylı müqavilə öhdəliklərindən yaranmış borc məbləğini bank tərəfdən edilmiş 7499 (yeddi min dörd yüz doxsan doqquz) ABŞ dolları məbləğində güzəştdən sonra 30000 (otuz min) ABŞ dolları həcmində qəbul edəcək.
8. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu saziş təsdiq edilən anda 5000 (beş min) ABŞ dolları məbləği ilkin ödəniş kimi birinci tərəfdən qəbul edərək müvafiq qəbz verəcək.
9. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 13.11.2021ci il tarixdən başlayaraq, 25 (iyirmi beş) ay müddətinə hər ay 1000 (bir min) ABŞ dolları olmaqla birinci tərəfdən ödəniş qəbul edərək qəbz verəcək.
10. Cavabdeh1 qeyd edilmiş qrafikə uyğun təyin edilmiş ödənişi 2 (iki) aydan artıq gecikdirərsə, bank ipoteka ilə təmin edilmiş borc məbləğinin tam həcimdə tutulması ilə bağlı icra işlərinin başlaması üçün müvafiq məhkəmə instansiyasına müraciət edəcək.
11. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ən geci 25 (iyirmi beş) ay müddət olmaqla 30000 (otuz min) ABŞ dolları həcmində borc məbləği tam ödənildikdən sonra Cavabdeh1 borcun olmaması barədə arayış təqdim edəcək.
12. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
13. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
14. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
15. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.
16. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
17. İpoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ilkin satış qiyməti tərəflərin razılığına əsasən 79000 (yetmiş doqquz min) manat olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən 8 saylı evin 17 saylı mənzilinə ipoteka hüququ qüvvədə qalır.
18. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
19. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.
20. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər.
21. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; qarşı tərəfin yazılı icazəsi ilə; yaxın qohumlara; 3.4.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara.
22. Bu Sazişin məzmununun yuxarıda sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
23. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.
24. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzalandığı gündən qüvvəyə minir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Aparılmış tədqiqatların dəyəri Cavabdeh1 tutularaq - 200 (iki yüz) manat məbləğində pul "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA**********6000000000, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22); 100 (yüz) manat məbləğində pul isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Nəbizadə