Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3349/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, HP kompüter, TRUST Ziva səs ucaldıcı, mauz üçün 1.554 manat ödənilməmiş hissə, 222 manat dəbbə, xx xxxx 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********10139 Samsung J2 markalı telefon üçün 250 manat ödənilməmiş hissə, 75 manat dəbbə, xx xxx 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********45889 Samsung J2 markalı telefon üçün 203 manat ödənilməmiş hissə, 60 manat dəbbə, ümumilikdə 2.364 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.394 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx xxxxxx 2019-cu il, xx xxxx 2018-ci il, xx xxx 2018-ci il tarixli müqaviləsinə əsasən HP kompüter, TRUST Ziva səs ucaldıcı, mauz, İMEİ kod **********10139 Samsung J2, İMEİ kod **********45889 Samsung J2 markalı telefonlar almış və nəticədə 2.364 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1.831 manat(24 ay x 74 manat + 55 manat ilkin ödəniş) olanHP kompüter, TRUST Ziva səs ucaldıcı, mauz üçün ümumilikdə, 1776 manat olmaqla ondan 1.554 manat ödənilməmiş hissə, (0.74 manat x 300 gün)222 (iki yüz iyirmi iki manat dəbbə, xx xxxx 2018-ci il tarixli tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500 manat(20 ay x 25 manat + 0 manat ilkin ödəniş) olanİMEİ kod **********10139 Samsung J2 markalı telefon üçün ümumilikdə 325 manat olmaqla ondan, 250 manat ödənilməmiş hissə, (0.25 manat x 300 gün)75 manat dəbbə, xx xxx 2018-ci il tarixli tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 (18 ay x 29 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********45889 Samsung J2 markalı telefon üçün ümumilikdə 263 manat olmaqla ondan 203 manat ödənilməmiş hissə,(0.29 x 210 gün)60 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 846 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndi üzrə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərildiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qisməntəmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxxxxxxxxx” X4 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, K00131317 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 522 manat olan Samsung J2 2018 DS (J250) markalı məhsul yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə antivirus kaspersky KİS Renewall Card 2PC/1Y Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №K00131317 saylı müqaviləyə əsasən Samsung J2 2018 DS (J250) markalı məhsul yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə antivirus kaspersky KİS Renewall Card 2PC/1Y tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, K00179760 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 500 manat olan Samsung J2 2018 DS (J250) markalı məhsul yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 20 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2018-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № K00179760 saylı müqaviləyə əsasən Samsung J2 2018 DS (J250) markalı məhsul yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. “xxxxxxxxxxx” X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.831 manat olan HP 250 G6 i5/4/intell/500gb/15,6/free markalı məhsul yeni qızıl zəmanətlə, TRUST Ziva Compact 2.1 Speaker Set, A4 Tech X-705K optical gaming mouse Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 00471966 saylı müqaviləyə əsasən HP 250 G6 i5/4/intell/500gb/15,6/free markalı məhsul yeni qızıl zəmanətlə, TRUST Ziva Compact 2.1 Speaker Set, A4 Tech X- 705K optical gaming mouse tam qüsursuz halda “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMCyə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh **********45889 Samsung J2 markalı üçün əsas borcu 203 manat, cərimə borcu 60 manat olmaqla, cəmi 263 manat, İMEİ kod **********10139 Samsung J2 markalı məhsul üçün əsas borcu 250 manat, cərimə borcu 75 manat olmaqla, cəmi 325 manat, HP kompüter TRUST Ziva səs ucaldıcı mauz markalı məhsul üçün əsas borcu 1.554 manat, cərimə borcu 222 manat olmaqla, cəmi 1.776 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxxxxxxxxx” X3 2.364 manat məbləğində borcu vardır. xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli, K00131317 saylı, xx xxxx 2018-ci il tarixli, K00179760 saylı və xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxxxxxxxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə xx xxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 2.364 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx xxx 2018-ci il tarixli, K00131317 saylı, xx xxxx 2018-ci il tarixli, K00179760 saylı və xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylımüqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, xx xxx 2018-ci il tarixli, K00131317 saylımüqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat, xx xxxx 2018-ci il tarixli, K00179760 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 10 manat və xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2018-ci il tarixli, K00131317 saylı müqavilə üzrə əsas borc 203 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 213 manat, xx xxxx 2018-ci il tarixli, K00179760 saylı müqavilə üzrə əsas borc 250 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 260 manat, xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylımüqavilə üzrə əsas borc 1.554 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 1.604 manat məbləğində borc Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxx 2018-ci il tarixli, K00131317 saylı müqavilə üzrə Cavabdeh203 (iki yüz üç) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 213 manat (iki yüz on üç) manat məbləğində borc “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxx 2018-ci il tarixli, K00179760 saylı müqavilə üzrə Cavabdeh250 (iki yüz əlli) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 260 manat (iki yüz altmış) manat məbləğində borc “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. xx xxxxxx 2019-cu il tarixli, 00471966 saylımüqavilə üzrə Cavabdeh1.554 (bir min beş yüz əlli dörd) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 1.604 manat (bir min altı yüz dörd) manat məbləğində borc “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun 26 (iyirmi altı) manatı Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” X3 ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3349/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3349/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver