Məhkəmə qərarları › İş №2(001)-3377/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3377/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3377/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli RPF-00524-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 11.03.2021-ci il tarixinə ödənilməmiş 2727,29 manat əsas borc, 13,95 manat faiz borcu, ümumilikdə 2741,24 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 11.07.2019-cu il tarixli, RPF-00524-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən. Bank “xxxx” 2729,79 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP- 01445-14/14A saylı 8 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etm əyi və krediti 11 iyul 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00524-16/19A say6lı 11.07.2019-cu il tarixli redit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin teleqram və ərizə göndərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbini müdafiə edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, tələb edilən borc ona aid deyil. Belə ki borc məbləğini başqa şəxs üçün bankdan götürsə də, həmin şəxs borcu ödəməkdən yayınmışdır. Bir neçə kredit borcu olduğundan ödəyə bilmir. Lakin hissə-hissə ödəməyə razıdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 iyul 2019-cu il tarixli RPF-00524-16/19A saylı kredit müqaviləsinə, “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 11 iyul 2019-cu il tarixli RPF-00524-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavəyə və ödəniş cədvəlinə əsasən bank borcalana şəxsi istehlak məqsədləri üçün, 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, illik 1 % dərəcəsi ilə 2759,79 manat kredit verməyi, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış KP-04445- 14/14A saylı 8 avqust 2014-cü il tarixli kreit müqaviləsi üzrə kredit borcunun qalıq mələğinin ödənilməsi məqsədilə istifadə etməyi və onu 11 iyul 2014-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İlk ödəniş tarixi 09 avqust 2019-cu il, sonuncu ödəniş tarixi 11 oktyabr 2023-cü il olaraq müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən borclu Cavabdeh ünvanlanan 02.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. “xxxx” MMC tərəfindən 11.11.2020-ci il tarixində tərtib olunan aktdan görünür ki, “Bank xxxx” ASC-nın “Həzi Aslanov” filialı tərəfindən Qurbanova Zülficət müsənnif qızına məktub göndərilmişdir. Kuryer ünvana getmiş lakin şəxs məktubdan imtina etdiyi üçün məktub geri qaytarılmışdır. “xxxx” ASC-nin 12.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 2727,29 manat əsas və 13,95 manat faiz borcu olmaqla, ümumilikdə 2741,24 manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə 237 gün təşkil edir. 16.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC ilə borcalan Cavabdeh arasında 11 iyul 2019-cu il tarixli RPF-00524- 16/19A saylı kredit müqaviləsi və “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 11 iyul 2019cu il tarixli RPF-00524-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavəyə bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank Cavabdeh 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2759,79 manat istehlak krediti verilmiş, Cavabdeh oğlu isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı “xxxx” ASC cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək, borcalanın kredit borcu məbləğini mübahisələndirməməsini nəzərə alaraq o qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və 11 iyul 2019-cu il tarixli, RPF-00524-16/19A saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 2727,29 manat, faiz borcu üzrə 13,95 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehin bankdan götürdüyü borc məbləğini başqa şəxsə verməsi barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, hazırki qətnamə digər şəxslər arasında olan öhdəlik münasibətlərinin icrasının tələb edilməsini istisna etmir. Eyni zamanda borc məbləğinin hissə-hissə icra edilməsi barədə cavabdehin xahişinə münasibətdə isə məhkəmə bildirir ki, kifayət qədər əsaslar olduqda həmin məsələ Mülki-Prosessual Məcəllənin 231-ci maddəsinin tələblərinə uyğun olaraq icra qaydasında araşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11 iyul 2019-cu il tarixli, RPF-00524-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 2727,29 (iki min yeddi yüz iyirmi yeddi manat, iyirmi doqquz qəpik) manat əsas borc və 13,95 (iki on üç manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2741,24 (iki min yeddi yüz qırx bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30.4 (otuz manat,qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 11 iyul 2019-cu il tarixli, RPF-00524-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 2727,29 (iki min yeddi yüz iyirmi yeddi manat, iyirmi doqquz qəpik) manat əsas borc və 13,95 (iki on üç manat, doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2741,24 (iki min yeddi yüz qırx bir manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar