Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3381/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(032)-1019/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, birgə nikahlarından doğulmuş 29 mart 2010-cu il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh olundan hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 iyul 2009-cu il tarixdə rəsmi qaydada nikahlarını qeyd etməklə evlənmişlər. Birgə nikahlarından 29 mart 2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(032)-1019/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikahın pozulması, 29 mart 2010-cu il təvəllüdlü X2 onun yanında saxlanılması və uşaq yetkinlik yaşına çatanadək onun saxlanılması üçün hər ay Cavabdeh 100 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh təyin edilən aliment məbləğini vaxtı-vaxtında ödəmir. Hazırda uşaq böyüyür o isə uşağın saxlanması, uşağın ehtiyacını ödəyə bilmir. Cavabdeh uşağı ilə maraqlanmır, ümumiyyətlə hər hansı maddi yardım göstərmir.Təyin edilmiş alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir.Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı,eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 193 manata çatdırılmalıdır. Uşaq orta məktəbdə təhsil alır. Ona görə də məsrəfləri artmışdır. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğı və ehtiyaclarını özü ödəməyə çalışır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin qətnaməsində təyin edilmiş aliment məbləği ilə razı olmasa da, həmin qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, o özü uşağı ilə birlikdə Bakı şəhərində yaşayır. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinə gedə bilməmişdir. Qeyd edir ki, alimentin məbləği çox azdır və uşağın saxlanmasına kifayət etmir. Özü kirayə yaşayır və hal –hazırda işləmir. Ona maddi yardımı atası edir. Uşaq 6-cı sinifdə oxuyur. Onun psixoloji problemləri və və psixoloqdan yardım alır. Cavabdeh özü Qarabağda fəhlə kimi işləyir. Əmək haqqı kifayət qədər yüksəkdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 418423 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 08 № ilə qeyd edilmişdir.
7. Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 477011 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r.
8. Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(032)-1019/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh ilə Şirvan şəhər Qeydiyyat şöbəsində 09 iyul 2009-cu ildə 292№ ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 29 mart 2010-cu ildə anadan olmuş X2 iddiaçı X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 08 iyul 2021-ci il tarixindən bağlayaraq, 29 mart 2010-cu ildə anadan olmuş X2yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında nikah bağlanmış, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur.
10. Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(032)-1019/2021 saylı qətnaməsi ilə, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 29 mart 2010-cu ildə anadan olmuş X2 iddiaçı X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 08 iyul 2021-ci il tarixindən başlayaraq, 29 mart 2010-cu ildə anadan olmuş X2yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı X4 verilməsi qət edilmişdir.
11. İddiaçı yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhərində yaşayır. Şirvan şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında X6 iştirak etməmişdir. Həmçinin qətnamədən apellyasiya şikayəti verməmişdir.
12. Hazırda isə iddiaçı Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(032)-1019/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
16. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
17. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
18. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
21. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
22. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
23. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
24. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
25. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
28. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
29. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, təyin edilmiş aliment məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan olduqca aşağıdır. Uşaq hazırda Bakı şəhərində orta məktəbdə təhsil alır. Həmçinin psixoloqdan dəstək alır. Təkbaşına uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanmasında demək olar ki, iştirak etmir. Təyin olunan alimenti belə vaxtı vaxtında, tələb edilən həddə ödəmir.
30. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşağın yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır, baxmayaraq ki, alimentin müəyyən edildiyi tarixdən cəmi 7 ay vaxt keçmişdir. Bu səbəbdən iddiaçının həmin qətnamə ilə razılaşmamasına baxmayaraq, həmin qətnaməni mübahisələndirməməsi onun ziyanına şərh edilməməlidir. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və uşağın yaşı nəzərə alındıqda həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılmasına kifayət etməməsi başa düşüləndir. Buna baxmayaraq yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas deyildir və bu səbəbdən alimentin artırılması məsələsi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir.
31. Qeyd edilən aspektdən yanaşdıqda alimentin qısa müddətdə təqribən 2 dəfəyə yaxın artırılması aliment ödəyən şəxsin mənafeyinə uyğun hesab edilməsə də, hal-hazırda ödənilən alimentin miqdarı da uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının 170 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin əmlak vəziyyəti ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmiş və Elektron informasiya sistemindən sorğulandıqda belə bu barədə məlumat əldə edilməmişdir. Bu səbəbdən də iddia tələbinin qismən təmin edilməsi məqsədəmüvafiq hesab edilməlidir.
32. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
33. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
35. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.
36. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
41. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(032)-1019/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 29 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
44. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(032)-1019/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 29 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev